Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4524/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Ramazanovnaya qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat olmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nərimanov rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında 17 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, VVADQ şöbəsində 644 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012-ci il təvəllüdlü X3 onun yanında saxlanmaları, Cavabdeh 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Halhazırda uşaqlardan birinin 15, digərinin 10 yaşı var. Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir. Uşaqlar böyüdükcə məsrəflərin qarşılamaq çətinləşir. Uşaqların bütün qayğısıyla o, məşğul olur, cavabdeh isə öz növbəsində onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək üçün yardım etmir, məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti də vaxtı-vaxtında ödəmir, müəyyən məbləğ borc da yığılıb qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarına əsasən cavabdehin xeyrinə 15 iyul 2007-ci ildə anadan olmuş oğlu X4 və 23 iyun 2012-ci ildə anadan olmuş qızı X1 üçün tutulan alimentin miqdarı azaldılmaqla, cavabdehin xeyrinə ondan tutulan hər uşağa görə 160 manat ümumilikdə 320 manat alimentin, hər uşağa görə 100 manata endirilməsi ümumilikdə 2 uşağa görə 200 manat miqdarında ondan aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nərimanov rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında 17 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, VVADQ şöbəsində 644 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012-ci il təvəllüdlü X3 onun yanında saxlanmaları, Cavabdeh 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o əmək haqqısı yaxşı işdə çalışmış, lakin hal-hazırda heç bir yerdə işləmir və heç bir digər gəliri yoxdur. Onun ailə həyatı o qədər dəyişib ki, əvvəlki miqdarda təyin olunmuş alimenti ödəyəndə kirayə qalmır, ailəli deyil və yeni övladı da yoxuydu, həmçinin yüksək məvacibli rəsmi əmək haqqı olan işdə çalışırdı. Yeni ailə həyatından Nuray adlı bir azyaşlı qızları vardır. İki uşağa təyin edilmiş 320 manat təyin edilən alimenti ödəməkdə çətinlik çəkir, yaşlı anasının yaşa görə aldığı təqaüddən başqa maddi dəstəyi yoxdur. Yaşlı ananın təqaüddən nəvələrinə ayırdığı vəsaitə görə dərmanlarını vaxtı-vaxtında ala bilmir, səhhəti günü-gündən pisləşir, kirayə pulunu və kommunal pullarını ödəməkdə çətinlik çəkir. Yeni ailəsinə hər ay 80 manata qədər maddi yardım göstərir, yaşının çox olmasıyla əlaqədar əmək bazarındakı cari tələbatı ödəyə bilmir. Hal-hazırda kirayədə yaşlı anası, həyat yoldaşı və az yaşlı qızıyla qalır. Adında daşınar və daşınmaz heç bir əmlak yoxdur, yeganə gəlir mənbəyi anasının yaşa görə aldığı təqaüddür. Cavabdehin ondan fərqli olaraq yaşaması üçün şəxsi evi, öz adına olan avtomobili belə mövcuddur. Onun hal-hazırda durumu acınacaqlı vəziyyətdədir. Məhkəmə iclaslarında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ilk iddia qismən və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 335288 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 299 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Cavadova soyadı verilmişdir; Bakı Şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı , 906387 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası-Cavabdeh, anası-İddiaçıdır. Bakı Şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı , 970113 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Atası-Cavabdeh, anası-İddiaçıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-256/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan 17 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, VVADQ şöbəsində 644 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanmaları, Cavabdeh 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında nikah pozulmuş, tərəflərin birgə nikahından 15 iyul 2007-ci il təvəllüdlü X6 və 23 iyun 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 256/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 15 iyul 2007-ci il təvəllüdlü X4 və 23 iyun 2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə hər iki iddia tələbi rədd olunmalıdır. İşin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. İlk iddia tələbi üzrə İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaçı onun baqşqa nikahdan övladının olmasına istinad etmiş, bu əsasla qətnamə ilə müəyyən olunan alimentin azaldılmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, alimentin məbləğinin azaldılması uşağın mənafeyinə zidd olmaqla, onların əvvəlki təminatını daha aşağı səviyyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşağın üstün maraqlarının təminatı baxımından yolverilməzdir. Belə ki, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin azaldılması və ya onun aliment öhdəliyindən azad edilməsi imkanlarını nəzərdə tutmuşdur. Lakin qanunvericilik alimentin azaldılması və ya alimentdən azad etmə imkanını nəzərdə tutarkən heç də aliment alan şəxsin təminatının azaldılması və ya alimentə ehtiyacı olduğu halda aliment almaq imkanından məhrum edilməsi kimi nəzərdə tutmamışdır. Ona görə də aliment ödəyən şəxsin aliment ödənilməsi vəzifəsindən azad edilməsi və ya aliment məbləğinin azaldılması üçün məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı iddia tələblərində göstərilən hallar qətnamə ilə müəyyən edilmiş alimentin artırılması və ya azaldılması üçün əsas hesab edilə bilməz. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdurki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbiləri əsassızdır, buna görə də ilk və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ilk iddia ərizəsi rədd olunsun. İddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4524/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4524/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver