Məhkəmə qərarları › İş №2(005)-4527/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4527/2022

23.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4527/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün 193 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə rəsmi nikahda olmuş və bu nikahdan xx.xx.2004-cü il təvəllüdlü Murad adlı övladları dünyaya gəlmişdir. 2018, 2019 və 2021-ci illərdə alimentin artırılmasıyla əlaqədar məhkəməyə müraciət etmişdir. Övladı Murad Cavabdeh yaşadığı evdə yanığ xəsarəti almış, lakin buna baxmayaraq onun müalicəsində cavabdeh heç bir köməklik göstərməmişdir. Uşağa qayğı və baxım zərurəti olduğundan, eləcə də sağlamlığında olan problemlərlə əlaqədar hazırda işləmir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə oğlu Maraqlı şəxs saxlanması üçün onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bunlardan əlavə bildirir ki, cavabdeh aliment öhdəliklərini lazımi qaydada icra etmir. Bunları nəzərə alaraq xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün 193 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını, Cavabdeh nümayəndəsi X4 isə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Tərəflər məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 178235 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X1 arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra qadına Orucova soyadı verilmişdir; AZ-İ № 566675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2004-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş, Cavabdeh mediasiya prosesinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılasına baxmayaraq, iştirak etməmişdir. AR DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7 A, mənzil 7 ünvanında qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2004-ci il təvəllüdlü Maraqlı şəxs doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalması müəyyən edilmişdir. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin, 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən xx xxxxxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün İddiaçı cavabdeh tərəfindən hər ay 170 manat sabit pul məbləğində aliment ödənilmişdir. Hazırda xx xxxxxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs yetkinlik yaşına çatmışdır. Bu baxımdan iddiaçı subyektiv hüquqa malik deyil. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Digər tərəfdən, məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulmuş və xx xxxxxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs artıq yetkinlik yaşına çatmış, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hesablanmış aliment məbləğinin artırılması üçün əsas yoxdur. İşin hallarından da müəyyən olunur ki, Maraqlı şəxs yetkinlik yaşına çatdığından və barəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edəcək (fəaliyyət qabiliyyəti olmamasına dair) hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmadığından iddia tələbi rədd olunmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment məbləğinin artırılması barədə tələbi əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment məbləğinin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar