Məhkəmə qərarları › İş №2(005)-4584/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4584/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4584/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayonu , aşıq Alı küçəsi bina 4 , 4 0 saylı mənzilində 07.01 2014 -cü il tarixdə anadan olmuş 07.01 2014 -cü il tarixdə anadan olmuş X4 və 24.112015-ci il tarixdə anadan olmuş Miriyeva Səmra Ruslan qızının yaşamaq və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 02 may 2013-cü ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçı cavabdehlərin yaşadığı evə gəlin köçmüş və hər iki uşaq həmin evdə dünyaya gəlmişdir. Bildirir ki, Lənkəran rayon məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(049 )-6193 saylı qətnaməsi ilə Bakı şəhəri şəhəri Nərimanov rayonu Aşıq Alı küçəsi bina 4 mənzil 40 yaşayan Cavabdeh1 07.01 2014 -cü il tarixdə anadan olmuş X4 və 24.112015-ci il tarixdə anadan olmuş Miriyeva Səmra Ruslan qızının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün aliment tutulması qət edilmişdir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin mülkiyyətçi ilə birgə yaşayan və ya kənarda yaşayan ailə üzvlərinin (ər, arvad, uşaqlar, valideynlər) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəldiyi üçün belə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamağa ehtiyac yoxdur. Mülkiyyətçinin övladları öz yetkinlik yaşına çatmayan uşaqlarım mülkiyyətçinin razılığı olmadan da köçürə bilərlər, lakin həyat yoldaşlarını yalnız mülkiyyətçinin razılığı ilə köçürə bilərlər. Bu zaman yeni köçən şəxslərə mülkiyyət deyil, yalnız istifadə hüququ keçir və onların bu hüquqları alqı-satqı, girov və icarənin müstəqil predmeti ola bilməz. Əgər mənzil başqa şəxsin xeyrinə özəlləşdirilərsə üçüncü şəxslər əgər öz istifadə hüquqularından rəsmi qaydada (notarial qaydada təsdiq olunmuş) imtina etməyiblərsə bu hüquq saxlanılır. Yəni burada konkret yaşayış sahəsi istifadə hüququ ilə yüklü olduğundan mülkiyyətçi dəyişsə də bu hüquqa xitam verilmir. Qeyd edilənlərdən görünür ki, azyaşlı 07.01 2014 -cü il tarixdə anadan olmuş X4 və 24.112015-ci il tarixdə anadan olmuş Miriyeva Səmra Ruslan qızının cavabdehlərin yaşadığı məzildən yaşamaq və istifadə hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X10 müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Eyni zamanda cavabdehlər 13.10.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək etirazlarını onunla əsaslandırmışdırlar ki, X3 iddiası hüquqi əsası olmadığı üçün tamamilə əsassızdır belə ki, onların mülkiyyətində heç bir mənzil yoxdur. Belə olan halda onun keçmişdə onunla mülkiyyətində olan mənzilə köçürülməklə bağlı verdiyi iddiası prossesual hüquq normalarına ziddir. Əvvəllər ona məxsus olmuş iddia tələbində göstərilən ünvan 1 ünvanındakı mənzili satmışam və həmin mənzil artıq X5 mülkiyyətindədir. Oğlu Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, 2143 saylı bağ evində qeydiyyatdadır. Onların həmin mənzillə bağlı heç bir hüquqa malik olmadığı üçün həmin mənzilə dair onlara iddia qaldırıla bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2734/2021 saylı, 22.10.2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər X8, X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli 2(005)-439/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə Miriyeva (Abbaslı) Gülqədəm Rasim qızı arasında 02 may 2013-cü il tarixdə 1 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 252 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması,07 yanvar 2014-cü il təvəllüdlü X12 və 24 noyabr 2015-ci il təvəllüdlü X13 anası Miriyeva (Abbaslı) Gülqədəm Rasim qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri,Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4, mənzil 40 yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi,11, M10, m2 Cavabdeh3 adına 11.10.2017-ci il tarixdə hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan 27.10.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X11 Bakı şəhəri,Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4, mənzil 40 yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi,11, M10, m2 ünvanında yerləşən mənzili hədiyyə alan X9 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 523792 saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri,Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4, mənzil 40 yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi,11, M10, m2 X5 adına 28.10.2020-ci il tarixdə hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan 13.10.2021-ci il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının DİN tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 2143 saylı bağ evində 30.12.2019cu il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülki məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşlar, iddiaçı qayınatasına, yəni Cavabdeh3 məxsus olan Bakı şəhəri,Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4, mənzil 40 yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi,11, M10, m2 ünvanına 2013-cü ildə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından iki uşağı doğulmuşdur. İddiaçı Cavabdeh1 ilə münasibətləri pozulduqdan sonra uşaqları ilə birlikdə həmin mənzildən çıxmış və ayrı ünvanda yaşayır. Daha sonra sözügedən mənzil Cavabdeh3 tərəfindən X9 bağışlanmışdır. Bundan başqa müəyyən edilmişdir ki, 13.10.2021-ci il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının DİN tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 2143 saylı bağ evində 30.12.2019-cu il tarixindən qeydiyyatdadır. Eyni zamanda işdə olan qətnamələrdən görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar, anası İddiaçı himayəsinə verilmişdir. Odur ki, hazırda İddiaçı və yetkinlik yaşına çatmayan X12 və X13 qeyd olunan ünvanda yaşamırlar. Üstəlik də iş materiallarından göründüyü kimi, hazırda mübahisəli əmlak üçüncü şəxsin mülkiyyətindədir, digər tərəfdən yetkinlik yaşına çatmayan X12 və X7 ataları Cavabdeh1 mübahisəli ünvanda qeydiyyatda deyil. Cavabdehin həmin ünvanda yaşaması müəyyən edilmir. Həmçinin də azyaşlıların valideynlərindən birinin olduğu ünvanda yaşaması, həmin mənzilə gəlib-getməsi üçün qeydiyyatda olmasına ehtiyac yoxdur. Belə ki, onlar hər bir halda valideynlərinin yaşayış yerinə gəlib-getmək, orada yaşamaq hüququna malikdirlər. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar