Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4598/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdeh Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun bərpa edilməsi və aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, A.Nemətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun bərpa edilməsi və X1 adına rəsmiləşdirilmiş və bu barədə, Cavabdehndə 11 dekabr 2018-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin11 avqust 2016-cı il tarixli, 2(005)-3841/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən 45 saylı qeyri-ya binasının və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsinin satılmasına dair Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş X2 və İddiaçı arasında bağlanmış 05 iyun 2013-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı- müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh İddiaçı , Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilməsi qət edilmişdir. Hazırki halda iddiaçının ərizəsinin məzmunundan aydın olur ki, onun tələbi Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən 45 saylı qeyri-ya binasının üzərində mülkiyyət hüququnun bərpa edilməsi və üçüncü şəxs qismində cəlb edilmiş X1 adına rəsmiləşdirilmiş və bu barədə, Cavabdehndə 11 dekabr 2018-ci il tarixdə ********** nömrə ilə aparılmş qeydiyyatın ləğv edilməsindən ibarətdir. Göründüyü kimi, sözügedən əmlakla bağlı İddiaçı Məhəmməd qızı və X2 arasında bağlanmış alqı -satqı müqaviləsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3841/2016 saylı qətnaməsi ilə etibarsız edilmişdir. Nəticədə iddiaçının iddia etdiyi mülkiyyət hüquqları ilə bağlı artıq 2(005)- 3841/2016 saylı qətnamə ilə hüquqi qiymət verilmişdir. Lakin, iddiaçı yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə müraicət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun bərpa edilməsi və aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4598/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4598/2021
16.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver