Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-458/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 ASC-yə və cavabdeh1 qarşı “hüquqların tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 ASC-yə və cavabdeh1 qarşı “hüquqların tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 ASC-yə və cavabdeh1 qarşı “hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 ASC-yə məxsus nizamnamə kapitalındakı səhmlərin ½ hissəsinə onun hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili vəkil3 iddia ərizəsinə əlavə barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsinin iddiaçının hüququnun tanınması, həmçinin cavabdehlərdən müştərək qaydada 267624 manat məbləğində pulun və ödənilmiş 558 manat dövlət rüsumunun tutularaq iddiaçının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh2 ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsi üzərində iddiaçı2 hüququ tanınsın, cavabdehlər cavabdeh2 ASC-dən və cavabdeh1 müştərək qaydada iddiaçı iddiaçı2 xeyrinə 267624 (iki yüz altmış yeddi min altı yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 558 (beş yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilməsi qət edilmişdir. ## ###### 2026-cı il tarixdə məhkəməyə hazırkı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 ASCnin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 ASC-yə və cavabdeh1 qarşı “hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin ona qaytarılması, cavabdeh cavabdeh2 ASCnin nümayəndəsi Nümayəndə tərəfindən ## ###### 2026-cı ildə ödənilmiş (Şəki Apellyasiya Məhkəməsinə, qəbzin nömrəsi 1956855831) 281 (iki yüz səksən bir) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması və qərardadın həmin hissədə icrasının Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili vəkil1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən ## #### 2026-cı il tarixdə ərizəsi daxil olmuş, ərizədə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 ASC-yə və cavabdeh1 qarşı “hüquqların tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin yoxlanılması məsələsinə və cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 ASC-yə və cavabdeh1 qarşı “hüquqların tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə ## #### 2026-cı il tarixli, 2(063)- ***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verib Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrinə uyğun olaraq Ucar Rayon Məhkəməsinin 2(063)-813/2025 sаylı, ## #### 2026-cı il tariхli qərаrdаdı ləğv edilərək cavabdeh cavabdeh2 ASC-nin qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsini, qətnamədən apellyasiya şikayətinin apellyasiya unstansiyasında baxılmasının təmin olunması, əks halda hazırkı şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamənin surəti ## ###### 2026- cı il tarixli məktubla tərəflərə rəsmi qaydada göndərilmişdir. Iş materiallarında olan Ucar Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsinin tərəflərə ünvanlanması barədə məktubdan görünür ki, cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə şəxsən sözügedən qətnaməni ## ###### 2026-cı il tarixdə imza etməklə qəbul etmişdir. Mübahisələndirilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin axımı, qətnamənin məhz imza edilərək alındığı vaxtdan (## ###### 2026-cı il tarixdən) hesablanmalıdır. Məhkəmə bundan əlavə onu qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə özü apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsində də qeyd etmişdir ki, “Ucar Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli qərardadı ilə həmin apellyasiya şikayətini elektron qaydada verilmədiyi səbəbindən geri qaytarmışdır. Həmin qərardad cavabdeh cavabdeh2 ASCyə ## #### 2026-cı ildə daxil olmuşdur. Cavabdeh cavabdeh2 ASC qətnamədən apellyasiya şikayətini elektron qaydada yenidən ## #### 2026-cı il tarixdə göndərmişdir.”. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehcavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə özü Ucar Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli qərardadını ## #### 2026-cı il tarixdə əldə etdiyini bildirir, lakin həmin gündən 04 gün sonra, yəni ## #### 2026-cı il tarixdə müddətin bərpası barədə ərizə vermişdir. Məhkəmə hesab etmişdir ki, əvvəla Ucar Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsində apellyasiya şikayətinin verilmə qaydası (elektron qaydada) və müddəti göstərilmişdir. Bundan başqa, Ucar Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli, *(***)-***/**** saylı qərardadından da şikayət vermə müddətini ötürmüş və bu halın üzrlü sayılması barədə hər hansı mötəbər sübut təqdim etməmiş, ərizə formal mülahizələrə əsaslanmışdır. Göründüyü kimi, cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-458/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-458/2026
03.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver