Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-930/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 cavabdehlər «xxxx» ASC-yə və cavabdeh1 qarşı “hüquqların tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılması) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsayev Elman Bəhruz oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı iddiaçı2 cavabdehlər «xxxx» ASC və cavabdeh1 qarşı “hüquqların tanınması” tələbinə mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddiaçı2 cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh1 qarşı ## ### 2025-ci ildə iddia ərizəsi və ## #### 2025-ci ildə isə iddia ərizəsinə əlavə ərizə ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus nizamnamə kapitalındakı səhmlərin ½ hissəsinə onun hüququnun tanınması və həmçinin, cavabdehlərdən müştərək qaydada 267624 manat məbləğində pulun və ödənilmiş 558 manat dövlət rüsumunun tutularaq iddiaçı iddiaçı2 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(063)- ***/**** nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, «xxxx» ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsi üzərində iddiaçı2 hüququnun tanınması, cavabdehlər «xxxx» ASC-dən və cavabdeh1 müştərək qaydada iddiaçı iddiaçı2 xeyrinə 267624 (iki yüz altmış yeddi min altı yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin və ödənilmiş 558 (beş yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh1 ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh cavabdeh1 Ucar Rayon Məhkəməsinə şikayət verərək, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin apellyasiya instansiyasında baxılmasının təmin olunmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269- cu maddəsinin tələblərinə əsasən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə münasibətdə qismən təmin edilməsi, cavabdeh cavabdeh1 Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ## ###### 2026-cı ildə verdiyi apellyasiya şikayətinin qaytarılması haqqında qəbul edilmiş Ucar Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının tam ləğv edilməsi qərara alınmışdır. Daha sonra Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə, iddiaçı iddiaçı2 cavabdehlər «xxxx» ASC-yə və cavabdeh1 qarşı “hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, 2(063)- 813/2025 qərardadından cavabdeh cavabdeh1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan hakim işin nəticələri ilə maraqlı olduğunu bilavasitə nümayiş etirərək Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinin tələblərini pozaraq 5 aydır cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayətinə apellyasiya instansiyasında baxılmasına imkan vermir, apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmir. Məhkəmə işin faktik hallarını dəqiq araşdırmayıb, Şəki Apellyasiya Məhkəməsinin qanun qüvvəsində olan 2(3-10)- ***/**** saylı, ## #### 2026-cı il qərardadında yazılanları nəzərə almamışdır. Məhkəmə cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermə müddətini buraxmasını sübut etməmişdir. Məhkəmənin cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermə müddətini buraxması barədə qərardadda göstərdikləri işin faktik hallarına, o cümlədən qərardadın əsaslandırıcı hissəsində yazılanlara uyğun gəlmir. Ucar Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 2(063)- ***/**** saylı qərardadı ilə, iddiaçı iddiaçı2 cavabdehlər «xxxx» ASC-yə və cavabdeh1 qarşı “hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından iş üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilməli və Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses ştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam mətni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə ## ###### 2026-cı ildə, saat 20:06-da yerləşdirilməklə, elektron imza ilə imzalanmışdır. Bundan sonra sözügedən qətnamə ## ###### 2026-cı il tarixli məktubla cavabdeh cavabdeh1 göndərilmiş poçt zərfi isə “Bu ünvanda yaşamır” qeydi aparılmaqla, ona təqdim edilmədən Ucar Rayon Məhkəməsinin özünə qaytarılmışdır. Daha sonra Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(063)- ***/**** nömrəli qətnaməsinin surətinin cavabdeh cavabdeh1 təqdim edilməsi məqsədilə həmin qətnamə Ucar Rayon Məhkəməsinin Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və ünvan 1 Kommunal Təsərrüfat Birliyinə ünvanlanmış ## ###### 2026-cı il tarixli məktublara əlavə edilməklə göndərilsə də, həmin poçt göndərişləri də müvafiq ünvanlara təqdim edilmədən Ucar Rayon Məhkəməsinin özünə qaytarılmışdır. Cavabdeh cavabdeh1 ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya qeyd edir ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin tam mətni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə ## ###### 2026-cı ildə yerləşdirilmiş, həmin tarixdən hesabat aparıldıqda tərəflərin qətnamədən şikayət vermə müddətinin sonuncu günü ##.##.2026-cı il tarixi olmuş, cavabdeh cavabdeh1 tərəfindən isə ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət vermə müddətinin axımı «qətnamənin surətinin rəsmi qaydada verildiyi» vaxtdan hesablandığına görə və qətnamə rəsmi qaydada cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixdə təqdim edilmiş hesab olunsa belə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Belə olan halda apellyasiya şikayəti müəyyən edilmiş vaxtda verildiyindən onun buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməsinə ehtiyac yoxdur və məhkəmənin cavabdehdən bunu tələb etməsi də yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi əsasına görə geri qaytarılması barədə ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı əsassızdır. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ##.##.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPMdə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin VI və VII hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(063)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən müddətin buraxılması halı müəyyən edilmədiyindən qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərаrdаdı ləğv edilməli, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(063)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərаrdаdı ləğv edilsin. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(063)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-930/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-930/2026
24.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver