Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-113/2022 11.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı özbaşın tikillilərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək X8 tərəfindən Şərur Rayon Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli 7 nömrəli qərarı ilə Şərur rayon Babəki kəndində mərhum atası X2, X1, X5, X6 və X4 mülkiyyətinə verilmiş 0,43 ha torpaq sahəsində tikilmiş özbaşına tikililərin sökülməklə zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin siyahısında iddiaçının adı göstərilməmiş, iddiaçının subyektiv hüququnu əsaslandıran sübut (mərhum atasından qalmış mirasın qəbul edilməsini təsdiq edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin) surəti iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin “Naxçıvan” X3 Orqanının hesabına 31.12.2020-ci il tarixli 31682 nömrəli qəbzlə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-113/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-113/2022
11.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver