Məhkəmə qərarları › İş №2(005)-46/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-46/2022

29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-46/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın yaxşılaşdırılmasına sərf edilən xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın yaxşılaşdırılmasına sərf edilən xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkdiyi 50.000 manat məbləğində xərclərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun cavabdeh X5 alınaraq İddiaçı verilməsi, onun mənzildən çıxarılmağı və pulun ödənilməsinin eyni anda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 23 noyabr 2013-cü il tarixli 103 saylı müqavilə bağlanmış, mənzilin razılaşdırılmış dəyəri iddiaçı tərəfindən Cəmiyyətin hesabına tam həcmdə ödənilmiş və mənzilin dəyərinin ödənilməsi barədə iddiaçıya müvafiq maliyyə arayışı verilmişdir. Mənzildə təmir işləri aparmasına "xxxx" MMC-nin rəhbərliyi icazə vermədikləri üçün məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(007)- 5195/2017 saylı qətnaməsi ilə iddiaçının iddia ərizəsi təmin edilərək onunla "xxxx" MMC arasında bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 23 noyabr 2013cü il tarixli 103 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması və həmin mənzildə təmir işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Nizami rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(007)-5195/2017 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin mənzil iddiaçının istifadəsinə verilmiş, tərəfindən mənzildə tikinti-təmir işləri aparılmışdır, bu günədək bütün kommunal xərclər və digər zəruri məsrəflər tərəfindən ödənilir. Həmin mənzil 2017-ci ilin oktyabr ayından iddiaçının istifadə və sahibliyindədir. Həmin dövrdə və mənzildə təmir işləri aparılarkən həmin mənzilə dair kimsə hər hansı tələb irəli sürməmişdi. 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzil X1, həmin mənzilin ona təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Nəsimi rayon Məhkəməsinin 19 avqust 2016-ci il tarixli 2(006)-2704/2016 saylı qətnaməsi ilə "xxxx" MMC-nin cavabdeh X8 qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılması və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi qismən təmin edilərək “ideal- V" MMC-nin direktoru Çingiz X2 arasında bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" 22 aprel 2011- ci il tarixli 53 saylı müqavilənin etibarsız sayılması, cavabdeh X8 münasibətdə restitusiya tətbiq edilməsi, “İdeal-V" MMC-dən 59.535 manat məbləğində pulun alınaraq cavabdeh X8 ödənilməsi, ilkin iddianın “etibarsız sayılan müqavilənin predmeti olan mənzilin üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüququnun tanınması" barədə hissəsinin təmin edilməməsi, cavabdeh X7 İdeal-V" MMC-nə qarşı "öhdəliyin icra edilməsinin cavabdehə həvalə edilməsi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2017-ci il tarixli 2(103)-7490/2017 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin iş üzrə 19 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq "xxxx" MMC-nin Cavabdeh qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılması və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsinin rədd edilməsi, Cavabdeh "xxxx" MMC-nə qarşı “öhdəliyin icra edilməsinin cavabdehə həvalə edilməsi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə “İdeal-V" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilin Cavabdeh təhvil verilməsi vəzifəsinin "xxxx" MMC- nin üzərinə qoyulması qət edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2017-ci il tarixli 2(103)-7490/2017 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına təqdimat verilməsi üçün müraciət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2017-ci il tarixli 2(103)-7490/2017 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına təqdimat verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019cu il tarixli 2(102)-1696/2019 saylı qərarı ilə təqdimat təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(007)- 5195/2017 saylı qətnaməsindən tərəf olmayan X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər “İdeal-V" MMC-nə və İddiaçı qarşı "müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi təmin edilərək “İdeal-V" MMC ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair 23 noyabr 2013-cü il tarixli 103 saylı müqavilənin etibarsız sayılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli 2(103)-3729/2018 saylı qərardadı ilə qeyd edilən mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli 2(103)- 3729/2018 saylı qətnaməsi ilə X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 5195/2017 saylı mülki iş üzrə qəbul etdiyi 27 sentyabr 2017-ci il taıixli qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdeh "İdeal-V” MMC-nə qarşı “mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbimə dair iddia ərizəmin rədd edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-786/2018 saylı mülki iş üzrə qəbul etdiyi 22 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, "xxxx" MMC- dən mənim xeyrimə 117.750 manat məbləğində pulun tutularaq verilməsi qət edilmişdir. Həmin qətnamədən tərəfimizdən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli 2(102)-122/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2(103)-6818/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinin bütövlükdə və X13 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-178/2019 saylı mülki iş üzrə qəbul etdiyi 19 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, X7 qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə “İdeal-V" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilin Cavabdeh təhvil verilməsi vəzifəsinin qoyulması, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı mülki iş üzrə qəbul etdiyi 27 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdeh "xxxx" MMC-nə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-786/2018 saylı mülki iş üzrə qəbul etdiyi 22 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İdeal- V” MMC-dən mənim xeyrimə 117.750 manat məbləğində pulun tutularaq verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda həmin mülki iş icra prosesindədir. Hazırda iddiaçı azyaşlı uşaqları ilə mənzildən çıxarılır, mənzilsiz qalmaq təhlükəsi ilə üz-üzə qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin təqsiri nəticəsində dəyərini tam həcmdə ödədiyi və yüksək səviyyədə təmir etdirdiyi mənzil əlindən alınır. ''İdeal-V’' MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair iki müqavilə bağlanması iddiaçını çıxılmaz vəziyyətdə qoymuşdur. Həmin mənzili özbaşına zəbt etməmişdir. Mənzili iddiaçının istifadəsinə “İdeal-V" MMC tərəfindən yazılı müqavilə bağlanılmaqla verilmişdir, mənzildəki təmir və abadlıq işləri Cəmiyyətin işçilərinin nəzarəti ilə aparılmışdır, görülmüş işlərin dəyəri iddaiçı tərəfindən ödənilmişdir. Hesab edir ki, mənzilin təmirinə və yaxşılaşdırılmasına çəkdiyi xərclərin dəyəri Cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Mənzilin təmirinə və yaxşılaşdırılmasına ümumilikdə 50.000 manat məbləğində pul sərf edilmişdir. Mənzildə sifariş əsasında otaqların ölçülərinə uyğun mebellər yığılmış və quraşdırılmışdır, həmin mebellər sökülərsə, istifadəsiz vəziyyətə düşəcəkdir. Həmin pul məbləği Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2017-ci il tarixli, 2(103)- 7490/2017 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC cavabdehlər X8 və qeyrilərinə qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun tanınması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdeh X7 nümayəndəsi X15 "xxxx" MMC-nə qarşı «öhdəliyin icra edilməsinin cavabdehə həvalə- edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-178/2019 saylı 19 avqust 2016-cı il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək, “İdeal-V" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Çingiz Məmmədov ilə Səlminaz Mehdiyevə arasında bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 53 saylı 22 aprel 2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, cavabdeh X8 münasibətdə restitusiya tətbiq edilməsi, "xxxx" MMC-dən 59.535 manat məbləğində pul vəsaitinin alınaraq X8 ödənilməsi, ilkin iddianın «etibarsız hesab edilən müqavilənin predmeti olan mənzilin üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüququnun tanınması barədə hissəsinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh X10 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2017ci il tarixli, 2(103)-7490/2017 saylı qətnaməsi ilə X7 apelyasiya şikayəti təmin edilərək, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilin X8 verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)- 3729/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, 23 noyabr 2013-cü il tarixli 103 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində sahəsi 94,2 kv.m olan 2 otaqlı 12 №-li mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsi, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində sahəsi 94,2 kv.m olan 2 otaqlı 12 №-li mənzildə təmir işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində "xxxx" MMC-dən İddiaçı xeyrinə 10 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin iş üzrə tərəf olmayan Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İddiaçı X16, qızı cavabdehlər "xxxx" MMC və İddiaçı qarşı "müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-786/2018 saylı 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair 23 noyabr 2013-cü il tarixli 103 saylı müqavilənin etibarsız sayılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6818/2019 saylı 16 may 2019-cu tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-ci il tarixli, 2(103)- 6818/2019 saylı qətnaməsindən müəyyən olunur ki, X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edil, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-178/2019 saylı 19 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməsi qət edilmiş, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi-haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun, tanınması» tələbinə dair ilk iddiası rədd edilərək, X7 qarşılıqlı iddiası təmin edilmiş, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin X8 təhvil verilməsi vəzifəsinin qoyulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-786/2018 saylı 22 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilməsi, "xxxx" MMC-dən 117750 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin bazar dəyəri 206 000 manat və təmir xərci 28 453 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında 23 noyabr 2013-cü il tarixdə müqavilə bağlanmışdır. İddiaçı mənzilin dəyərini tam olaraq ödəmiş və mənzilin ona təhvil verilməsi üçün məhkəməyə müraciət etmişdir. Mənzil onun istifadəsinə verildikdən sonra isə orda yaşamış və mənzilin yaxşılaşdırılması üçün xərc çəkmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-ci il tarixli, 2(103)-6818/2019 saylı qətnaməsi ilə "xxxx" MMCnin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin X8 təhvil verilməsi vəzifəsinin qoyulmuşdur. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında həmin mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edilmiş və "xxxx" MMC-dən 117750 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı X6 həmin mənzilə dair çəkdiyi təmir xərclərinin əvəzi olaraq 50 000 manat pul məbləğinin X5 tutulmasını xahiş edir. Mülki işin məhkəmə baxışı zamanı mənzilə çəkilmiş təmir xərclərinin məbləğini müəyyən etmək üçün iş üzrə 3 dəfə ekspertiza təyin edilmiş, lakin heç bir ekspertiza baxışının təşkil edilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfin təqdim etdiyi ekspert rəyinin iş üzrə sübut kimi qəbul etməsini məqbul hesab edir. Həmin ekspert rəyindən mənzilə çəkilmiş təmir xərcinin məbləğinin 28 453 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı X6 tərəfindən tələb etdiyi təmir xərclərinin dəyərinin 28 453 manat olması məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan, qeyd edilən pul məbləği cavabdeh tərəfindən iddiaçıya ödəməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın yaxşılaşdırılmasına sərf edilən xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi olaraq 28 453 manat məbləğində pul cavabdeh X5 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 17,70 manat dövlət rüsumunun əvəzi cavabdeh X5 alınaraq iddiaçı X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi olaraq 28 453 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,70 manat məbləğində pul cavabdeh X5 İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar