Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4602/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafiq qızından 10000 manat məbləğində pulun və hazırki iddianı qaldırmaq üçün ödədiyim 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Rafiq qızını Gülbənizin vasitəsi ilə tanımış, onunla normal münasibətdə olmuşdur. İddiaçı yaşadığı evin yaxınlığında qızı üçün ev tikdirsə də, qızı həmin evdə yaşamaq istəmədiyi üçün evi satmış və pulu iddiaçıya vermişdir. İddiaçı Dubay şəhərinə gedərək, ordan qızıl almaq fikrinə düşmüş, bu məqsədlə 2013-cü ilin noyabr ayında və 2014-cü ilin yanvar ayında Dubay dövlətinə getmək üçün viza almış, bundan sonra həmin dövlətə gedib oradan “Papa Aziz” şirkətindən müxtəlif adda, dəyərdə qızıl məmulatları almışdır. Belə ki, 2013-cü ilin noyabr ayında Dubay dövlətində olarkən əvvəlcə 9 adda, sonra 6 adda qızıl məmulatı almış, bundan sonra 2014-cü ilin yanvar ayında həmin dövlətdə olarkən 18 adda qızıl məmulatları alıb, Azərbaycana gətirmişdir. Qızıl məmulatları alıb gətirməyi barədə tanışı Gülbənizin məlumatı olmuş, həmin ərəfədə Gülbəniz onu Cavabdeh adlı qızıl alverçisi ilə tanış etmiş, onunla yaşadığı Masazır qəsəbəsindəki evində görüşmüş, aralarında olan razılaşmadan sonra 2014-cü ilin yanvar ayında Cavabdeh iddiaçıdan 10.000 manat dəyərində qızıl qolbağı satın almaq üçün götürmüşdür. Aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı qızıl məmulatlarını ona verir, o isə qısa müddət ərzində qızılın pulunu iddiaçıya qaytarmalı idi. İddiaçının cavabdehə qarşı etibar hissi olmuş, lakin o qızılı götürdükdən sonra hər dəfə müxtəlif bəhanələr gətirərək nə pulu ödəmədi, nə də qızılı geri qaytarmamışdır. Dəfələrlə əlaqə saxlasa da, hər dəfə m bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, onun barəsində cinayət işinin başlanılmasını tələb etmişdir. İllərlə davam edən araşdırmadan sonra 08 iyul 2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsində cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh Rafiq qızından 10000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı rəfiqəsidir. Cavabdeh qızıl almaq üçün İddiaçı evinə gəlmişdir. Həmin vaxt o da evdə olmuşdur. Sevda Mehribana 10 min manatlıq qızıl verdi. Bildirdi ki, 2 günə satılmadığı halda geri qaytarılacaq. Ama sonradan eşitdi ki, həmin qızılları qaytarmamışdır. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı dayısıoğludur. Mehribanla qohumluq əlaqəsi yoxdur. Sevdagildə Mehribanı 2 dəfə görmüşdür. Bir dəfəyə Mehribana 10 min manatlıq qızıl verməsinin şahidi olmuşdur. Qızılları aldıqdan sonra Mehriban Sevdanın telefon zənglərinə cavab verməmişdir, həmin əmlakların pulunu qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə 10.000 manat məbləğində qızıl əşyaları cavabdehə verdiyini və cavabdehin isə qısa müddət ərzində qızılın pulunu ona qaytarmalı olduğunu bildirir. Lakin, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, borcun olmasını və ya qaytarılmasını təsdiq edən şahidlərin ifadələri, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə onun tərəfindən cavabdehə tələb olunan məbləğdə qızıl əşyalarının verilməsi halını sübut etməli idi. Lakin İddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında hər hansı borc münasibətləri olmamış, qızıl əşyalarının cavabdehə verməsinə dair iddiaçı tərəfindən mötəbər sübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf qızıl əşyalarının mövcudluğu, onların dəyərinin 10.000 manat olması, həmin əşyaların cavabdehə verilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı cavabdehə 10.000 manat dəyərində qızıl verməsinə dair sübutları- sadəcə təqdim etdiyi şahid ifadədir. Məhkəmə həmin şahid ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, hazırkı şahid ifadələri iş üzrə qənaət yaradıcı sübut kimi dəyərləndirilə bilməz. Həmin şahidlərin 2014-cü ildə baş vermiş proseslərlə bağlı göstərdikləri hallar ağlabatan hesab olunmur. İddiaçə tələbində qeyd olunan pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 10.000 manat dəyərində qızılın dəyərinin cavabdehə verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçı, cavabdehə 10000 manat dəyərində qızıl əşyaları verilməsinə dair sübut təqdim etməmişlər. Eyni zamanda, tərəflər arasında bu münasibətləri təsdiqləyən hər hansı bir müqavilə də bağlanmamışdır. Digər tərəfdən, qeyd edilən məbləğdə pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc qismində verilmiş vəsait kimi də qiymətləndirilə bilməz. Məhkəmə iddianı pul tələbi hissəsində əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4602/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4602/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver