Məhkəmə qərarları › İş №2(005)-4608/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4608/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4608/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı qızının Cavabdeh ASC-nə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızının Cavabdeh ASC-nə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC 5 oktyabr 2019-cu il tarixli BF/66443/71/23 saylı kredit müqaviləsi bağlayarkən onu düzgün yönəltmədiklərinə və hüquq normalarının pozulmasına yol verdiyinə görə "xxxx" ASC 5 oktyabr 2019-cu il tarixli BF/66443/71/23 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC və onun arasında bağlanmış 05.10.2019-cu il tarixli "Güzəştli kredit müqaviləsinə əsasən bank ona 60 ay müddətinə, illik 1% olmaqla 9680.97 manat məbləğində kredit vermişdir. Əvvəl 12 ay ona boş-boşuna faiz ödətdirmişlər, sonra da 12 aydan sonra hər ay 205.83 manatdan ödəniş cədvəli tərtib edərək ona imzalatmışlar. Onu bankda bankın işçiləri sözləri ilə elə "hipnoz" etmişdilər ki, nəyə imza etdiyini də bilməmişdir. 12 ay keçəndən sonra anlamışdır ki, bankın işçiləri ona müqaviləni və ödəniş cədvəlini düzgün tərtib etməmişdirlər. Çünki o borcundan artıq banka külli miqdarda pul ödəmiş və yenə üstəlik 9680.97 manat məbləğində üzərimə borc hesablayıb kredit borcu yaratmışlar. Dəfələrlə bu barədə "xxxx" ASC-nin Xirdalan şəhərindəki filialına, baş idarəyə və inzibati idarəsinə yaxınlaşsa da onlar bu barədə ona heç bir məlumat verməmişlər. Hətta müqaviləni və ödəniş cədvəlini də uzun müddət süründürməçilikdən sonra "xxxx" ASC -nin Xirdalan filialından əldə edə bilmişdir. Bank işlərindən onun anladığı bir şey olmadığından sənədləşmə işlərini bank öz öhdəsinə götürərək məni külli miqdarda ziyana salmışdır. İndi də "xxxx" ASC Qax Rayon Məhkəməsində ona qarşı almadığı kreditin banka qaytarılması haqqında iddia qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 izahat verərək, iddia tələbini qəbul etmədiklərini, mülki işə mahiyyəti üzrə baxılıb, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı iclasında iştirak etməmiş, üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən İddiaçı qızının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahaını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 04 aprel 2015-ci il tarixli №CD/54986/50/25 saylı kredit sazişindən görünür ki, Cavabdeh ASC İddiaçı qızına 42 ay müddətinə, illik 27 faizlə 12453 ABŞ dolları kredit borcu vermişdir. İş materiallarında olan № BF/66443/71/23 saylı “güzəştli kredit müqaviləsi”ndən görünür ki, Cavabdeh ASC 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 680.97 manat məbləğində kredit verilmişdir. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, "xxxx" ASC və İddiaçı qızı arasında bağlanmış 05.10.2019-cu il tarixli "Güzəştli kredit müqaviləsi”nə əsasən bank İddiaçı qızının 60 ay müddətinə, illik 1% olmaqla 9680.97 manat məbləğində kredit vermişdir. İddiaçı bununla bağlı razılığı olmadığını, kredit borcunun 12 ay ərzində ödədiyini, qanunsuz olaraq təqaüdündən hər ay kredit borcuna görə pul tutulduğunu bildirir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə görə, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı öz tələbini aşağıdakılarla əsaslandırmağa çalışmışdır – “bankda bankın işçiləri sözləri ilə elə "hipnoz" etmişdilər ki, nəyə imza etdiyini də bilməmişdir. 12 ay keçəndən sonra anlamışdır ki, bankın işçiləri ona müqaviləni və ödəniş cədvəlini düzgün tərtib etməmişlər. Çünki o borcundan artıq banka külli miqdarda pul ödəmiş və yenə üstəlik 9680.97 manat məbləğində üzərinə borc hesablayıb kredit borcu yaratmışlar”. Məhkəmə qeyd edir ki, qeyd olunanlarla bağlı iddiaçı tərəfindən hər hansı sübutlar təqdim edilməmişdir. Göründüyü kimi kredit müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. İddiaçı Cavabdeh ASC-nin müqaviləni bağlayarkən pozuntulara yol verməsini, bu səbəbdən də müqavilənin etibarsız hesab edilməsini xahiş edərkən, haqlı olmamışdır. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının Cavabdeh ASC-nə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar