Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4623/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB“ ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli 300265-1-34154 saylı "Nağd pul kredit müqaviləsi”nə əsasən 02.09.2021-ci il tarixinə Banka borclu olduğu 2010.61 manat məbləğində əsas borc, 38.97 manat məbləğində faiz borcu, 16.90 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2066.48 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli 300265-1- 34154 saylı "Nağd pul kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 30 aprel 2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2010.61 manat məbləğində əsas borc, 38.97 manat məbləğində faiz borcu, 16.90 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2066.48 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli 300265-1-34154 saylı "Nağd pul kredit müqaviləsi”ndən müəyyən olunur ki, Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 48 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank borcalanın yaranmış borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “Courier Service” tərəfindən "xxxx" ASC-nə ünvanlanmış məktubdan müəyyən olunur ki, xəbərdarlıq məktubundan qeyd edilən ünvanda Nərimanov RPİ yerləşir və vətəndaşların adına daxil olan sənədləri qəbul etmirlər, Bu səbəbdən də xəbərdarlıq məktubu geri qaytarılmışdır. İş materiallarında olan iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 30 iyul 2020-ci il tarixli 300265-1-34154 saylı "Nağd pul kredit müqaviləsi”nə əsasən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nə 2010.61 manat məbləğində əsas borc, 38.97 manat məbləğində faiz borcu, 16.90 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2066.48 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 2010.61 manat məbləğində əsas borc, 38.97 manat məbləğində faiz borcu, 16.90 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2066.48 manat pul məbləği iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 2010.61 manat məbləğində əsas borc, 38.97 manat məbləğində faiz borcu, 16.90 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2066.48 (iki min altmış altı manat qırx səkkiz qəpik) manat pul və 30 manat məbləğində dövlət rüsumu iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4623/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4623/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver