Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4641/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3rşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mən İddiaçı adına olan Bakı şəhəri H.Əliyev Pr 79/2 mənzil 16 (Moskva Pr 79/2 mənzil 16) yerləşən mənzildən istifadə hüququna birdəfəlik xitam verilməsi və həmin mənzildən birdəfəlik qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 28.02.2003-cü il tarixdə 86koop saylı reyster kitabında 13304səhifəsində qeydə alınmış 30/3645qeydiyyata alınmış seriya ÖM №144753 çıxarışı ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı adına alınmışdır. Qeyd etdiyi ünvanda onun ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır.Cavabdehlər onun adına olan mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamırlar. Bununla bağlı dəfələrlə Bakı şəhəri Nərimanov rayon Polis Şöbəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri H.Əliyev Pr 79/2 mənzil 16 (Moskva Pr 79/2 mənzil 16) qeydiyyatdan çıxarılması və mənzildən istifadə hüququna xitam verilməsinə dair müraciət etmişdir.Ancaq buna baxmayaraq heç bir nəticə olmamışdır. Dəfələrlə o bununla bağlı aidiyyatı üzrə məhkəməyə rəsmi müraciət etsə də cavabdehlər buna etiraz etmişdir. Hal-hazırda cavabdehin ya şadığı ünvan haqqında heç bir məlumatı yoxdur. Həmin vaxtdan bugünki günə qədər cavabdehlər qeyd etdiyi ünvanda yaşamır.Yaranmış vəziyyət, cavabdehlərin bu ünvanda qeydiyyatda qalması onun mülkiyyət hüququnu məlum dərəcədə məhdudlaşdırır. Belə ki, defakto o, öz mülkiyyətinə sərəncam hüququndan məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeyidyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 79/2, 16 saylı mənzildə qeydiyyatdadır. Həmçinin onunla birlikdə Cavabdeh1, Cavabdeh2 də həmin məznildə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2(005)-3637/2020 saylı qətnaməsindən görünür ki, X2 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 79/2 evin 16,0 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 16 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 79/2, 16 saylı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 86 koop nömrəli reyestr kitabının 13304 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti, ev 79/2, 16 saylı mənil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 86 koop nömrəli reyestr kitabının 13304 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadır. İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Hazırda iddiaçı heç bir hüquqi əsas olmadan mənzilində qeydiyyatda qalan cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və onların qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və qismən əsaslı olduğundan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı adına olan Bakı şəhəri H.Əliyev Pr 79/2 mənzil 16 (Moskva Pr 79/2 mənzil 16) yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə habelə qeyd edir ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı məsələ müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olduğundan iddia tələbi həmin hissədə əsaslı deyil, bu səbəbdən də təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4641/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4641/2021
18.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver