Məhkəmə qərarları › İş №2(005)-465/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-465/2021

21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-465/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Əlvan oğluna və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlvan oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzinə xxxxna **-OF-*** qeydiyyat nişanlı VAZ 21074 markalı minik avtomobili üçün ödədiyi 6221.12 (altı min iki yüz iyirini bir manat on iki qəpik) AZNnin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 27.04.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, X3 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 15 may 2009-cu il tarixdə X6 şəxsdən “VAZ-2107” markalı **-OF-*** qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 2600 (iki min altı yüz) AZN edərək aldı. Sözügedən avtomobil Azərbaycan Beynəlxalq X1 adında kreditdə idi. Avtomobil alınandan sonra o, ilkin ödənişini ABB-yə 04.06.2009-cu ildən başlayaraq 14.09.2010-cu ilə qədər aylıq kredit məbləğini ödəyərək cəmi 3621.12 (üç min altı yüz iyirmi bir man on iki qəp) AZN olan krediti bağladı. Artıq 10 ildən çoxdur ki,sözügedən avtomobil faktiki olaraq onun istifadəsindədir. Həmçinin avtomobil bankdan girovluqdan çıxmışdır. Avtomobil 11 ildir istifadəsində olsa da nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə etməkdə çətinlik çəkir. Avtomobili aldığı şəxs X4 dəfələrlə bu barədə bildirməyə çalışsada onu tapmaq qeyri-mümkündür. Onun tapılmasında qeydiyyatda olduğu Sumqayıt şəhərinin Polis idarəsinə də müraciət etsəmdə heç bir nəticə əldə etmədi. Avtomobilin sahibi X7 isə avtomobilin onun adına sənədləşdərilməsindən boyun qaçırır. Bu yaxınlarda da onun borcu olduğu üçün avtomobil ondan alınaraq cərimə meydançasına aparılmışdır. 15 ay da kredit bitənə kimi vaxtıvaxtmda kredit borcunu ödədiyi məbləğ 3621.12 (üç min altı yüz iyirmi bir man.on iki qəp) AZN-dir .Krediti ödəməyimə və avtomobilin 11 ildir faktiki olaraq onun istifadəsində olmasına baxmayaraq avtomobil ondan alınaraq Həsənov A.X oğlunun hansısa borclarına ödənilməsi üçün hərraca çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mükün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, ƏN-İ № 001530 nömrəli etibarnamədən görünür ki, X2 Fərman Əlvan oğluna daşınmaz əmlak istisna olmaqla həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etdməyi və üzərində sərəncam verməyi etibar edir. İş materiallarında olan, 22.07.2020-ci il tarixli “xxxx” ASC-nin Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh adına olan hesaba 3612.12 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin “Kürdəmir” filialının məhkəmə sorğusuna 25.11.2020ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına olan kredit borcuna 3612.12 manat ödənilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1728/2012 saylı, 20.07.2012-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 2141 (iki min yüz qırx bir) manat məbləğində əsas , 689,14 (altı yüz səksən doqquz manat on dörd qəpik) manat faiz, 400 (dörd yüz) manat cərimə, cəmi 3.230 (üç min iki yüz otuz) manat və ödənilmiş 20 (iyirmi) manat pul tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus dövlət nömrə nişanı ** OF *** olan ’’VAZ-21074” markalı” avtomobilə yönəldilməsi və həmin avtomobil açıq hərracda satılaraq əldə edilən vəsait hesabına “xxxx” ASC-nə ödənilməsi qət edilmişdir. Məhkəmədə müəyyən edilən hallar ondan ibarətdir ki, ƏN-İ № 001530 nömrəli etibarnamədən görünür ki, X2 Fərman Əlvan oğluna daşınmaz əmlak istisna olmaqla həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etdməyi və üzərində sərəncam verməyi etibar edir. “xxxx” ASC-nin “Kürdəmir” filialının məhkəmə sorğusuna 25.11.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına olan kredit borcuna 3612.12 manat ödənilmişdir. 22.07.2020-ci il tarixli “xxxx” ASC-nin Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh adına olan hesaba 3612.12 manat məbləğində vəsait köçürülmüşdür. Hazırda iddiaçı cavabdehlərdən avtomobilə görə ödədiyi 6221,12 manat məbləğində pulun tutulmasını xahiş edir. Bildirir ki, 15 may 2009-cu ildə cavabdeh X4 mübahisəli avtomobil üçün 2600 manat ödəniş edərək, almışdır. 04.06.2009-cu il tarixdən 14.09.2010-cu ilədək isə “xxxx” ASC-yə 3621,12 manat ödəyərək kredit borcunu tam bağlamışdır. Habelə qeyd edir ki, mübahisəli avtomobil girovluqdan azad edilmişdir. Cavabdeh mübahisəli avtomobili uzun müddətdir ki, banka aparıb təhvil verdiyini bildirir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təqdim etdiyi ödəniş sənədlərinə əsaslanaraq Cavabdeh adına olan kredit borcunun tam olaraq ödədiyini, habelə digər cavabdeh X4 ilkin olaraq 2600 manat ödədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehlərin ona borclu olduğunu və bu səbəbdən də onlardan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1728/2012 saylı, 20.07.2012-ci il tarixli icra vərəqəsinin surətindən göründüyü kimi Cavabdeh adına olan kredit müqaviləsi üzrə olan borcunun ödənilməsi ipoteka ilə yüklü edilmiş “VAZ 21074” minik markalı, **-OF-*** qeydiyyat nişanlı avtomobilinə yönəldilərək, hərracda satılması qət edilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələblərinin dəlilləri kimi istinad etdiyi hallar mövcud deyil. Belə ki, onun tərəfindən borcun tam ödənildiyi, girovdan azad edilmə və s. kimi hallar mülki işdən müəyyən edilmir. Bununla belə məhkəmə araşdırması zamanı iddiaçı özü etiraf etmişdir ki, mübahisəli avtomobili Cavabdeh deyil, məhz digər cavabdeh H.Həsənovdan etibarnamə əsasında təhvil almışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, əgər iddiaçı iddia etdiyi kimi borc məbləğini tam ödəmişdirsə, bunun nəticəsində də avtomobil girovdan azad edilmişdirsə, onda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1728/2012 saylı, 20.07.2012-ci il tarixli məhkəmə aktı üzrə borc məbləğinin ipoteka əmlakına yönəldilməsi zərurəti yaranmazdı. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar