Məhkəmə qərarları › İş №2(005)-4656/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4656/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4656/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80415 olan Samsung Galaxy A80 markalı telefon üçün 1000 (min) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan üçün 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, 04.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********90584 olan Samsung Galaxy A9 markalı telefon üçün 569 (beş yüz altmış doqquz) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu, Paltaryuyan üçün 1199 (min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə, ümumilikdə 3754 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 13.11.2019-cu il, 29.06.2019-cu il, 04.10.2019-cu il və 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80415 olan Samsung Galaxy A80 markalı telefon, LG Paltaryuyan, İMEİ kodu **********90584 olan Samsung Galaxy A9 markalı telefon, Samsung Soyuducu, Paltary uyan almış və nəticədə 3754 (üç min yeddi yüz əlli dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1502 (min beş yüz iki) manat (6 ay x 250 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********80415 olan Samsung Galaxy A80 markalı telefon üçün ümumilikdə, 1300 (min üç yüz) manat olmaqla ondan, 1000 (min) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 924 (doqquz yüz iyirmi dörd) manat (11 ay x 84 manat + 0 manat ilkin ödəniş) olan LG Paltaryuyan üçün ümumilikdə, 197 (yüz doxsan yeddi) manat olmaqla ondan, 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1104 (min yüz dörd) manat (12 ay x 92 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********90584 olan Samsung Galaxy A9 markalı telefon üçün ümumilikdə, 734 (yeddi yüz otuz dörd) manat olmaqla ondan, 569 (beş yüz altmış doqquz) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2290 (iki min iki yüz doxsan) manat (12 ay x 190 manat f 10 manat ilkin ödəniş) olan Samsung Soyuducu, Paltaryuyan üçün ümumilikdə, 1523 (min beş yüz iyirmi üç) manat olmaqla ondan, 1199 (min yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2905 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 olaraq penya ödəyir. Məhkəmə iclasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə İddiaçı arasında bağlanan 13.11.2019-cu il, 29.06.2019-cu il, 04.10.2019-cu il və 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80415 olan Samsung Galaxy A80 markalı telefon, LG Paltaryuyan, İMEİ kodu **********90584 olan Samsung Galaxy A9 markalı telefon, Samsung Soyuducu, Paltary uyan almış və nəticədə 3754 (üç min yeddi yüz əlli dörd) manat borc yaranmışdır. İşdə olan maliyyə arayışının məzmunundan görünür ki, X2 2915 (iki min doqquz yüz on beş) manat ödənilməmiş hissə, 839 (səkkiz yüz otuz doqquz) manat dəbbə, ümumilikdə 3754 (üç min yeddi yüz əlli dörd) manat yaranmışdır; İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh oğluna ünvanlanmış 05 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, müvafiq müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun qısa bir zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh İddiaçı ilə 13.11.2019-cu il, 29.06.2019-cu il, 04.10.2019-cu il və 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80415 olan Samsung Galaxy A80 markalı telefon, LG Paltaryuyan, İMEİ kodu **********90584 olan Samsung Galaxy A9 markalı telefon, Samsung Soyuducu, Paltaryuyan almış və nəticədə 3754 (üç min yeddi yüz əlli dörd) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2905 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.11.2019-cu il, 29.06.2019-cu il, 04.10.2019-cu il və 11.11.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və 839 manat məbləğində dəbbə pulu 100 manat müəyyən edilərək, cavabdeh şəxslərdən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13.11.2019-cu il, 29.06.2019-cu il, 04.10.2019-cu il və 11.11.2019-cu il tarixli müqavilələrə əsasən 2915 (iki min doqquz yüz on beş) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, ümumilikdə 3.015 (üç min on beş) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar