Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-466/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alıcı İddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixli, M-1716 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilədə qeyd olunan 1716 nömrəli mənzil üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə artıq ödənilmiş 19.229,75 (on doqquz min iki yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 19.259,75 (on doqquz min iki yüz əlli doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh təşkilatdan alınaraq iddiaçı şəxsə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, M-1716 nömrəli alqı-satqı haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, müqavilə üzrə ümumi sahəsi 135 kv.metr olan, üç otaqdan ibarət, bir kv.metr dəyəri 814,82 (səkkiz yüz on dörd manat səksən iki qəpik) manat, ümumi dəyəri 110.000,07 (bir yüz on min manat yeddi qəpik) manat olan 1716 nömrəli mənzili tam ödəniş edərək almışdır. İddiaçı şəxsə adıçəkilən mənzilin müqavilədə qeyd olunan sahəsinin qeyri-qanuni və əslində xeyli az olduğu mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli çıxarışı aldıqdan sonra məlum olmuşdur. Belə ki, yuxarıda qeyd olunan mənzilin sahəsi xx xxxxxxxx 2020-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəli çıxarışa əsasən 111.40 kv.metr təşkil edir. Belə olan halda cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı aldatması yolu ilə əsassız varlanmasına gətirib çıxarmışdır. Çünki, İddiaçı müqavilədə göstərilən mənzilin sahəsini qanuna uyğun bilib qəbul edərək mənzilin hər kv.metr sahəsi üçün 814,82 (səkkiz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində ödəniş etmək şərti ilə cavabdeh İddiaçı rəsmi olaraq cəmi 110.000,07 (bir yüz on min manat yeddi qəpik) manat məbləğində tam ödəniş etmişdir. Mənzilin sahəsinin müqavilədə qeyd edildiyi kimi olmadığını və mənzilin hər kv.metr üçün məbləğdə xeyli fərq etməsi və artıq ödənilən pul vəsaitinin geri qaytarılması barədə müraciət etməyinə baxmayaraq, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona bildirilmişdir ki, alınmış mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış rəsmi müqavilədə 135 kv.metr kimi göstərilmişdir. Belə olan halda cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məqsədli təqsiri ucbatından İddiaçı maddi ziyan dəymişdir. Belə ki, İddiaçı tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə artıq olaraq xx xxxxxx 2018-ci il tarixli M-1716 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1716 nömrəli mənzilin sahəsinə görə 23,6 kv.metr üçün 19.229,75 (on doqquz min iki yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat məbləğində artıq ödəniş edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuşdur. Belə ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 59-cu maddəsində tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları qeyd edilmişdir. Göstərilənlərə əsasən, cavadeh təşkilat olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində qeyd edilən maddələrə heç bir məhəl qoymadan mənzilin ümumi sahəsini öz istəyinə uyğun şəkildə müqavilədə qeyd etmişdir. Beləliklə də, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməyərək müqavilədə qeyd etdiyi 135 kv.metr sahəni qanuna uyğun şəkildə İddiaçı təhvil verməmişdir. Əksinə isə iddiaçı şəxsdən qeyri-qanuni olaraq əlavə ödəniş almışdır. Göründüyü kimi, iddiaçı şəxs faktiki olaraq 135 kv.metr təşkil edən mənzil üçün artıq ödəniş etmişdir. Zəhmətlə qazandığı pul əlindən çıxmış, özü isə məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunların səbəbkarı isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyidir. Çünki, adıçəkilən Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi iddiaçı şəxsi aldadaraq və sui-istifadə edərək müqavilədə qeyd edilən yaşayış sahəsinin (mənzilin) kv.metrini düzgün qeyd etməyərək onun hüquqlarını pozmuşdur. Buna görə də, məhkəmə tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə müqavilə üzrə öhdəliyin düzgün icra edilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə nəzərə almalıdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə öhdəliyini pozması ucbatından iddiaçı şəxsə real maddi zərər dəymişdir. Belə ki, cavadeh təşkilat mənzili iddiaçı şəxsə hər kv.metri 814,82 (səkkiz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində hesablayaraq satmış və ondan artıq ödəniş tələb etmişdir. Belə ki, həmin mənzilin sahəsinin 23,6 kv.metr az təşkil etdiyi nəzərə alınsa, (23,6 kv.metr x 814,82 = 19.229,75 manat) cavabdeh təşkilat iddiaçı şəxsdən əlavə olaraq 19.229,75 (on doqquz min iki yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat məbləğində artıq pul vəsaiti alaraq maddi ziyan vurmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq cavabdeh təşkilat müqavilə üzrə öhdəliyi kobud şəkildə pozaraq iddiaçı şəxsə maddi ziyan vurmuşdur. Belə olan halda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam olaraq yerinə yetirilmədiyindən iddiaçı şəxsdən artıq ödəniş tələb edərək ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, M-1716 nömrəli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, müqavilə üzrə ümumi sahəsi 135 kv.metr olan, üç otaqdan ibarət, bir kv.metr dəyəri 814,82 (səkkiz yüz on dörd manat səksən iki qəpik) manat, ümumi dəyəri 110.000,07 (bir yüz on min manat yeddi qəpik) manat olan 1716 nömrəli mənzili tam ödəniş edərək almışdır; - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 264 nömrəli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, müqavilə üzrə ümumi sahəsi 135 kv.metr olan, üç otaqdan ibarət olan 1716 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 3123-cü məhəllə yerləşən evin 2 nömrəli korpusun 3-cü girişində olan 1716 nömrəli ümumi sahəsi 111,40 kv.metr olan mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 141, M17, mənzil 6) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 10/3923 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, üç otaqdan ibarət 1716 nömrəli mənzilin ümumi sahəsi 118,01 kv.metr təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, üç otaqdan ibarət 1716 nömrəli mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 135,69 kv.metr təşkil edir. Qeyd olunan sahəyə mənzilin daxilində olan iki (1,4 kv.metr və 0,6 kv.metr) havalandırma şaxtasının da sahəsi daxildir; - xx xxxxxxx 2020-ci il tarixli 26087 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, M-1716 nömrəli alqı-satqı haqqında müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, müqavilə üzrə ümumi sahəsi 135 kv.metr olan, üç otaqdan ibarət, bir kv.metr dəyəri 814,82 (səkkiz yüz on dörd manat səksən iki qəpik) manat, ümumi dəyəri 110.000,07 (bir yüz on min manat yeddi qəpik) manat olan 1716 nömrəli mənzili tam ödəniş edərək almışdır. Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 3123-cü məhəllə yerləşən evin 2 nömrəli korpusun 3-cü girişində olan 1716 nömrəli ümumi sahəsi 111,40 kv.metr olan mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 141, M17, mənzil 6) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 10/3923 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, üç otaqdan ibarət 1716 nömrəli mənzilin ümumi sahəsi 118,01 kv.metr təşkil etmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X6 küçəsi, 31/23-cü məhəllədə inşa edilmiş Şimal Korpus adlı yaşayış binasında, blok 3, üç otaqdan ibarət 1716 nömrəli mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi isə 135,69 kv.metr təşkil etmiş, qeyd olunan sahəyə mənzilin daxilində olan iki (1,4 kv.metr və 0,6 kv.metr) havalandırma şaxtasının da sahəsinin daxil olması müəyyən edilmişdir. İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alıcı İddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixli, M-1716 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilədə qeyd olunan 1716 nömrəli mənzil üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə artıq ödənilmiş 19.229,75 (on doqquz min iki yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 19.259,75 (on doqquz min iki yüz əlli doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh təşkilatdan alınaraq iddiaçı şəxsə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı şəxs tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, M-1716 nömrəli mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 6.4-cü maddəsinin tələbinə əsasən mənzilin ümumi sahəsinə bloka çıxan divarın tamamı, içəri divarların tam hissəsi (içəri divarların döşəmə ilə birləşdiyi hissədə tutduğu sahə) daxildir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 135 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-466/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-466/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver