Məhkəmə qərarları › İş №2(005)-4687/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4687/2021

29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4687/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1ndən birgə qaydada İddiaçı xeyrinə beh kimi ödənilmiş məbləğin iki mislini-3000 manat və dəymiş zərər- 2000 manat, cəmi 5000 manat pulun tutulmasına dair pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15.11.2020-ci il tarixdə mebel sifarişi məqsədi ilə mebel istehsalı ilə məşğul olan Cavabdeh1 MMC-nin işçisi kimi özünü təqdim edən Cavabdeh3 ilə telefon əlaqəsi saxlayaraq mətbəx mebeli və yataq dəsti yığılması üçün onunla və “Mebeletta" MMC-nin direktoru olan cavabdeh X1 ilə danışığlar aparmış. Mebelin və yataq dəstin yığılması üçün cavabdehlər ondan ümumilikdə 3100 AZN pul istəmişlər. Ertəsi gün 16.11.2020- ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti ’’Çinar Plaza”nın qarşısında Cavabdeh3 ilə görüşərək, ona beh kimi 1500 AZN pul verilib, arada 2020-ci ilin dekabr ayınca işi təhvil verəcəyini barədə razılıq əldə olunmuşdur, lakin cavabdehlər Cavabdeh3 və X1 ilə dəfələrlə əlaqə saxlanılsada da, onlar sifariş edilən mebeli təhvil verməmişlər və müxtəlif bəhanələr gətirərək beh kimi ödənilmiş pulu qaytarmamışlar. Bundan sonra 11.04.2021-ci il tarixdə ərizə ilə Nizami RPİ- nin 23-cü PBnə müraciət etmişdir. Polis Bölməsində iş üzrə izahatları alınan cavabdehlər X2 və Cavabdeh3 3100 AZN pula mətbəx mebeli sifarişi götürdüyünü, beh uçün 1500 AZN pul aldığını, lakin pandemiya səbəbindən İddiaçı mebelinin təhvilinin gecikdiyini, pulu isə qaytarmağa maddi imkanlarının olmadığını bildirmişlər. Nizami RPİ-nin 23-cü PB-də aparılmış təhqiqat nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.04.2021-ci il tarixli Qərar qəbul edilmiş və mülki mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi hüququ izah olunmuşdur. Mebel sifariş edilən mənzilə öz ailəsi ilə 2020ci ili dekabr ayının axırlarında köçməyə planlaşdırmışdı. Lakin cavabdehlər sifariş olunan mebeli vaxtında təhvil vermədiyindən və beh verilən 1500 manat pulun qaytarmadığı üçün iddiaçı yeni tikilimiş mənzilə köçə bilməmiş və bu səbəbdən də 2021-ci ilin yanvar ayından hazırki zamana qədər hər ay 250 manat kirayə haqqı ödəyərək 2000 manat zərər çəkmişdir. (250 AZN X 8 ay=2000 AZN). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini qismən qəbul ediklərini bildirdi. Digər cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 22.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, izahatı alınan vət. Cavabdeh2 sahibi olduğu mebel sexində sex rəisi işləyən Elxanın tanımadığı “Məhərrəm" adlı şəxslə razılaşaraq, 3100 AZN pula mətbəx mebeli sifarişi götürdüyünü, beh üçün 1500 AZN pul aldığını, pulun üzərinə əlavələr də edilib material alındığını, detalların hazırlandığını, lakin pandemiya və onun paralic keçirməyi səbəbindən Məhərrəmin mebelinin təhvilinin gecikdiyini, mebelin bu gün hazır olsa da, Məhərrəmin prinsipə mebeli götürmədyini, müəssisənin isə pulu qaytarmağa maddi imkanın olmadığın bildirmişdir. İzahatı alınan vət. Cavabdeh3 16.11.2020-ci il tarixdə “Məhərrəm" adlı şəxsdən mebel düzəltmək üçün beh olaraq 1500 AZN məbləğində pul aldığını, müəyyən səbəblərdən, o cümlədən pandemiya ilə bağlı müəssisə işləmədiyindən qəbul etdiyi sifarişin gedcikdiyini, onu sifarişini qəsdən gecikdirmədiyini, 8-9 gündür ki, hazır olduğunu, lakin Məhərrəmin gecikməni bəhanə gətirərək sifarşi qəbul etmədiyini bildirmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Həmin Məcəllənin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 786.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəf məhkəməyə beh verilməsii təsdiq edən yazılı razılaşma təqdim edə bilmədiyindən və cavabdehlər 1500 manat məbləğində pulu iddiaçıdan aldıqlarını etiraf etdiklərindən ödənilmiş 1500 manat pul məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd etdiyi müddət ərzində kirayə xərci ödəmiş olmasını təsdiq edən sübutlar təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1500 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılrıması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1500 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar