Məhkəmə qərarları › İş №2(005)-470/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-470/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-470/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı avtomobilə görə verilmiş pulun vərəsələrdən tələb edilməsinə dair iddia ərizəsi və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı vərəsəlik payının müəyyən edilməsi, əmlakın təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı avtomobilə görə verilmiş pulun vərəsələrdən tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən “NİSSAN X-TRAİL” markalı ** EH *** nömrə nişanlı avtomobili iddiaçının mülkiyyətinə keçirilməsi və ya avtomobil üçün ödədiyi 12000 manatın və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X6 mülkiyyətində olan “NİSSAN X TRAİL” markalı ** EH *** nömrə nişanlı avtomobili 05.05.2014-cü il tarixdə dünyasını dəyişdikdən sonra iddiaçının qaynanası X1 qərarına gəlmişdir. Lakin həmin avtomobili qohumlara satmaq istəməsini və ərinin avtomobilini tez-tez görmək istədiyini bildirdi. Bu səbəbdən iddiaçıya məxsus avtomobili satanadək iddiaçı 2000 manat məbləğində pulu qaynanası X4 ödəmiş və qaynanası tərəfindən avtomobilə dair etibarnamə verilmişdir. İddiaçı avtomobilini sataraq üzərinə əlavə pul qoyaraq 10000 manatla qaynanası X4 ödəmişdir. Sürücülük vəsiqəsinin müddətinə 1 il qaldığına görə etibarnamə qısa zaman ərzində verildi. Sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra yenisi ilə əvəz edildi. Yenidən sürücülük vəsiqəsinin sonuncu müddətinə kimi yəni 17.12.2026-cı il tarixə kimi etibarnamə verildi. Həmin dövrdə avtomobilə dair sərəncam vermək hüququ ilə etibarnamə verilməsi müddəti 1 il müddətinə endirildiyindən, idarə etmək üçün uzun müddətli etibarnamə almış və istənilən vaxt avtomobili adına keçirilməsi barədə X7 öhdəlik götürmüşdür. Həmin dövrdən bu günə kimi iddiaçı avtomobili mülkiyyəti kimi idarə edir. 23 noyabr 2019-cu il tarixdə qaynanası X7 dünyasını dəyişdi. Rəhmətə getdikdən sonra adına olan mülkiyyət hüququ ilə əmlaklar vərəsəlik hüququ ilə qızlarına keçdi. Hazırda cavabdehlər iddiaçının 12000 manat verərək aldığı “NİSSAN X- TRAİL” markalı ** EH *** nömrə nişanlı avtomobili miras kütləsinə daxil olunmasını tələb edirlər. Belə olan halda avtomobilin iddiaçının mülkiyyətinə keçirilməsi üçün ödədiyi 12000 manat pulu vərəsələrdən tələb etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “NİSSAN X TRAİL” markalı ** EH *** nömrə nişanlı avtomobilin alınması üçün ödədiyi 12000 manatın və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarsı mıras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “NİSSAN X Trail” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomaşına miras əmlak olaraq vərəsə kimi iddiaçıların 1/3 hissədə pay hüququnun tanınması, həmin avtomaşının cavabdehlərdən alınaraq qanun üzrə vərəsə kimi iddiaçıların sərəncamına, istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia ərizələrini onunla əsaslandırmışdır ki, anaları X7 23 noyabr 2019-cu ildə uzun sürən onkoloji xəstəlikdən vəfat etmişdir. “NİSSAN X Trail” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ona ataları X6 ölümündən sonra 25.11.2014-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə keçmişdir. Bacıları Cavabdeh3 əri digər cavabdeh İddiaçı anaları 17.12.2026-cı il tarixədək etibarnamə vermiş və o, avtomaşını uzun müddət idarə etmiş, mərhum analarına həmin avtomaşınla qulluq edərək istifadə etmişdir. Analarının ölümündən sonra bütün əmlaklar vərəsəlik qaydasında bölünsə də, cavabdehlər avtomaşına dair sənədləri miras açıldığı 2 saylı Asan xidmətdə olan notariusa təqdim etməmiş, avtomaşının bölgüsünü aparmağa şərait yaratmamışdır. Mübahisəli avtomaşından başqa, analarından miras qalmış bütün əmlaklar iddiaçılar və Cavabdeh3 Tofıq qızı arasında hər birinə 1/3 hissədə pay düşməklə bölünmüşdür. 14 aprel 2021-ci il tarixli 2(001)-3531/2021 nömrəli Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı miras əmlak olan avtomaşının üzərinə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vərəsəlik payının müəyyən edilməsi tələbinə dair 2(005)-470/2021 saylı mülki işlə birlikdə baxılması üçün birləşdirilmişdir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia ərizəsinə dəqiqləşmə verərək, NİSSAN X TRAİL” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomaşınına miras əmlak olaraq vərəsə kimi iddiaçıların 1/3 hissədə paylarının tanınması, həmin avtomaşının cavabdehlərdən alınaraq qanun üzrə vərəsə kimi sərəncamlarına, istifadələrinə verilməsi və texniki pasportunun cavabdehlərdən alınması və müvafiq olaraq vərəsəliyin sənədləşdirilməsi üçün notariat orqanına təqdim edilməsi, həmin avtomaşının cərimə meydançasında saxlanılma xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq, hər iki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında X11 şahid qismində ifadə verərək X2 dəfələrlə avtomobilin 3 qızının vərəsəlik üzrə payı olduğunu bildirdiyini, avtomobilin bütün xərclərini X7 çəkdiyini, X2 minik maşınını ümumi etibarnamə ilə iddiaçıya deyil, öz qardaşına verdiyini, avtomaşının İddiaçı tərəfindən yalnız öz məqsədləri üçün istifadə etdiyini, yalnız bir dəfə X5 Gürcüstana müalicə məqsədi ilə apardığını bildirmiş və qeyd etmişdir ki, X7 yalnız pensiya alırdı, digər gəlir mənbəyi yox idi, İddiaçı öz avtomobili olmadığından həmin avtomobili idarə etmək üçün ona verilmişdi. X10 məhkəmə iclasında şahid qismində ifadə verərək, İddiaçı 99EH709 dövlət qeydiyyat nişanlı minik maşınını etibarnamə üzrə idarə etdiyini, həmin avtomobilin uzun müddət onun istifadəsində olduğunu bildirmişdir. Qurbanlı Güləndam Hicran qızı məhkəmə iclasında iddiaçının qızı olduğu, atasının 99EH709 dövlət qeydiyyat nişanlı minik avtomaşınını etibarnamə üzrə idarə etdiyini bildirdi. X12 məhkəmə iclasında şahid qismində ifadə verərək, 2017-ci ildən İddiaçı ilə birlikdə işlədiklərini və iddiaçını tez-tez işə NİSSAN X-Trail markalı maşını ilə gəldiyini, iddiaçının özünün həmin avtomobili pul ödəyərək aldığını bildirmişdir. Hüseynov Mübariz sahib oğlu məhkəmə iclasında X8 ifadələrinə oxşar ifadə verdi. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X7 99EH709 qeydiyyat nişanlı NİSSAN x-TRAİL markalı minik avtomobilinə vərəsəlik h/h şəhadətnaməsi (Bakı N\K-1S,25.11.2014) əsasında sahibdir. İş materiallarında olan ƏN-İV 404475 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X7 99EH709 dövlət qeydiyyat nişanlı NİSSAN X-TRAİL markalı minik avtomobilini idarə etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 25 noyabr 2014-cü il tarixli reyestrdə 2V-1-489 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 15 may 2014-cü ildə vəfat etmiş X6 vərəsəsi arvadı – ünvan 1 ünvanında qeydiyyatda olan X7 miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən 18.04.2014-cü il tarixdə verilmiş AC № 051248 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mərhuma məxsus olan, NİSSAN X-TRAİL minik markalı, ban № NT30082118, mühərrik № 348276, buraxılış ili 2003, qeydiyyat nömrəsi ** EH *** olan nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23.11.2019cu il ildə ”ağciyərin ikincili bədxassəli yeni törəməsi” səbəbdən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin dekabr ayının 10-cu günündə 2222 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən AR DİN BDYPİ Qİİ-yə 26 sentyabr 2020-ci il tarixdə ünvanlandığı 749 nömrəli məktubdan görünür ki, vərəsəlik işinin həlli ilə əlaqədar mərhum X4 məxsus olmuş 99EH709 qeydiyyat nişanlı NİSSAN X-TRAİL markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin dublikatını verməyi xahiş etmişdir. İş materiallarında olan 05.08.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin məhdudiyyəti sənədindən görünür ki, 99EH709 dövlət nömrə nişanlı minik avtomobili “sahibi vəfat etmiş, vərəsəlik sənədi. Ərizə 016-68761 05.08.2020” əsasında axtarılır. İş materiallarında olan Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli 2V-257 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 23.11.2019-cu il ölmüş X3 vərəsəsi Cavabdeh3dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. İş materiallarında olan Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 05 avqust 2020-ci il tarixli 2V-356 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 23.11.2019-cu il ölmüş X3 vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. İş materiallarında olan Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 04 avqust 2020-ci il tarixli 2V-352 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 23.11.2019-cu il ölmüş X3 vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. İş materiallarında olan 07.03.2015-ci il tarixində AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC462012 seriya və nömrəli qeydiyyat şəhadətnaməsi ilə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki,99EH709 dövlət qeydiyyat nişanlı NİSSAN X-TRAİL minik maşını mülkiyyətçisi X7 tərəfindən Əhmədov Fidayıl Həsən oğluna “nəqliyyat vasitəsini idarə etmək” etibar edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı X7 tərəfindən mübahisəli avtomobilin idarə edilməsi üçün etibarnamə verilmiş, daha sonra X7 vəfat etmişdir, mübahisəli avtomobilə vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı vərəsələr tərəfindən iddia qaldırıldığından, İddiaçı onun pul dəyərini mərhumun vərəsələrindən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə tərəflərin izahatlarını, mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı vərəsəlik payının müəyyən edilməsi, əmlakın təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarsı mıras əmlak üzərində payların müəyyən edilməsi tələbi əsaslı olduğundan, təmin edilməli, iddiaçılar analarının bir nömrəli vərəsələri olduğundan onların miras əmlaka pay hüquqları rəsmiləşdirilməlidir. Avtomobilin cavabdehlərdən alınaraq qanun üzrə vərəsə kimi sərəncamlarına, istifadələrinə verilməsi və texniki pasportunun cavabdehlərdən alınması və müvafiq olaraq vərəsəliyin sənədləşdirilməsi üçün notariat orqanına təqdim edilməsi, həmin avtomaşının cərimə meydançasında saxlanılma xərclərinin cavabdehlərdən tutulması barədə tələbləri məhkəmə əsassiz hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, iddiaçılar gələcəkdə paylı mülkiyyətçilərin arasında yarana biləcək mübahisələri qanunla nəzərdə tutulmuş qaydada həll etməlidirlər. Bununla yanaşı məhkəmə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinin təmin edilməsini mümküm hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli əmlakın iddiaçıya alqı-satqısını təsdiq dən hər hansı sübut məhkəməyə təqdim edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı, “NİSSAN X Trail” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomaşına miras əmlak olaraq vərəsə kimi iddiaçıların 1/3 hissədə pay hüququnun tanınması, həmin avtomaşının cavabdehlərdən alınaraq qanun üzrə vərəsə kimi sərəncamlarına, istifadələrinə verilməsi və texniki pasportunun cavabdehlərdən alınması və müvafiq olaraq vərəsəliyin sənədləşdirilməsi üçün notariat orqanına təqdim edilməsi, həmin avtomaşının cərimə meydançasında saxlanılma xərclərinin cavabdehlərdən tutulması barədə iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 “NİSSAN X Trail” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomaşına miras əmlak olaraq vərəsə kimi hərəsinin 1/3 hissədə pay hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar