Məhkəmə qərarları › İş №2(005)-4747/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4747/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4747/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı X3, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində vurulmuş maddi ziyanın və dövlət rüsumu qaydasında ödədiyi 30 manatın, ümumilikdə 1030 manat pul vəsaitinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2000-ci ildən tanımış və hazırda aralarında pulun qaytarılmamasına görə mübahisə davam edir. Cavabdeh “Topdan satış deposunda” tibbi dərmanların satışı ilə məşğul olduğundan, onunla dərman alış-verişi edirdi. 2015-cı ildən X2 onunla ortaqlı dərman satışı ilə birlikdə çalışırdı. Dərmanları "Avromed" dərman şirkətinə verirmişlər, əvəzində qarşılıqlı dərman götürürdülər və həmin dərmanlan Cavabdeh verirdilər. Cavabdeh 15-30 gün müddətində dərmanların satış pulunu X1 ödəyirdi. Sonradan o Samirəyə verilən dərmanların satış pulunu istəyəndə onun aldatdığını hiss edib bundan sonra Samirə vasitəsilə göndərilən pulun özünə verilməsini bildirmişdir. Həmin zaman Fərhad əlində pulun olmadığını deyəndən sonra gözləməyə məcbur olmuşdur. Cavabdehlə razılaşdıqları müddətdə, yəni ki 2018-ci ilin axırında verəcəyi 3000 manat pul vəsaitindən cəmi 2000 manat ödəmiş və qalan 1000 manatı isə tezliklə qaytaracağına söz vermişdir. Cavabdeh bu günədək həmin pulu qaytarmaqdan məqsədli şəkildə boyun qaçırır. Məhkəmədən kənar şəkildə qalan pulun qaytarılmasını tələb etsə də, heç bir nəticə alınmadığından, onun hərəkətləri barədə aidiyyəti üzrə polis orqanlarına şikayət etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-də cavabdehin izahatı alınsa da, mübahisənin mulkı xarakter daşıması baxımından məhkəməyə müraciət olunması tövsıyyə edilmişdir. Cavabdeh aldadaraq pulunu mənimsədiyindən, hazırda da 1000 manat məbləğində ona vurduğu maddi zərəri və çəkdiyi məhkəmə xərclərini tam şəkildə ödəməlidir. Cavabdeh tərəfindən vurulmuş maddi ziyan zamanında qaytarılsaydı, həmin pul vəsaitinə müəyyən işlər görüb əlavə pul vəsaiti qazana bilərdi. Onun hərəkətləri nəticəsində bu qazancdan məhrum olmuşdur. Buna baxmayaraq real şəkildə vurulmuş maddi ziyanı cavabdehdən tələb edir. Cavabdehin hərəkətlərinin nəticəsi olaraq bu gunə qədər vurulmuş zərərin ödənilməsi barədə məhkəmədən kənar şəkildə mübahisənin həlli mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etmiyərək, iddianın rədd olunmasını xahiş etdi. Həmçinin ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 ünvan 1 ünvanında qediyyatdadır. “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh Nizami RPİ-nin 23-cü PB-də verdiyi izahatın surətindən görünür ki, X4 heç bir borcu yoxdur, əksinə X3 ona 2000 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan müddəalara əsasən tərəflər arasında borc müqaviləsi olmasa da, öhdəlik münasibətlərinin mövcudluğu ilə bağlı mübahisəli halı araşdırma baxımından məhkəmə hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məbləği cavabdehə verməsi barədə inandırıcı sübut təqdim etməmiş, həmçinin cavabdeh tərəfindən həmin fakt etiraf olunmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehə müəyyən məbləğldə pul verməsini göstərsə də, yalnız şahid ifadələri ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət etmir. İddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi olmadığılndan iddiaçının hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar