Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4750/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019cu il tarixli 123102-CNS-11111/3 saylı Nağd pul krediti müqaviləsinə əsasən 21.09.2021-ci il tarixə Banka borclu olduğu 3482.56 manat məbləğində əsas borc, 11.62 manat məbləğində faiz borcu, ümumilikdə isə 3494.18 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 123102-CNS-11111/3 saylı Nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh daşınmaz əmlakın alınması məqsədilə illik 26 faiz hesablanması şərti ilə 36 ay müddətinə 315000 RUB məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış 123102-CNS-11111 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 29 oktyabr 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən cavabdehin banka 29.10.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 265 225,95 RUB məbləğində borcu illik 26 faiz hesablanması şərti ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə cavabdeh arasında bağlanmış 123102-CNS-11111 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 02 fevral 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən cavabdehin banka 02.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 278 666 RUB məbləğində borcu illik 26 faiz hesablanması şərti ilə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Razılaşmanın 3-cü bəndinə əsasən kredit alana 12 ay müddətinə güzəşt müddəti təyin edilmişdir. “Azərbaycan Respublikasında fizik şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq cavabdehin kredit borcu restrukturizasiya olunmuş və Bank ilə cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 123102- CNS-11111/3 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3973,78 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 21.05.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3482,56 manat məbləğində əsas borc, 11,62 manat məbləğində faiz borcu, ümumilikdə isə 3494,18 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 123102-CNS-11111/3 saylı Nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh daşınmaz əmlakın alınması məqsədilə illik 26 faiz hesablanması şərti ilə 36 ay müddətinə 315000 RUB məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış 123102-CNS-11111 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 29 oktyabr 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən cavabdehin banka 29.10.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 265 225,95 RUBL məbləğində borcu illik 26 faiz hesablanması şərti ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə cavabdeh arasında bağlanmış 123102-CNS-11111 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 02 fevral 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən cavabdehin banka 02.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 278 666 RUB məbləğində borcu illik 26 faiz hesablanması şərti ilə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Razılaşmanın 3-cü bəndinə əsasən kredit alana 12 ay müddətinə güzəşt müddəti təyin edilmişdir. “Azərbaycan Respublikasında fizik şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq cavabdehin kredit borcu restrukturizasiya olunmuş və Bank ilə cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixli 123102- CNS-11111/3 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3973,78 manat məbləğində kredit verilmişdir. Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank borcalanın yaranmış borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 21 oktyabr 2019-cu il tarixli 123102-CNS-11111/3 saylı kredit müqaviləsinə əsasən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nə 3482.56 manat əsas, 11.62 manat faiz borcu vardır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh əsas məbləğ üzrə 3482.56 manat məbləğində əsas borc, 11.62 manat məbləğində faiz borcu, ümumilikdə isə 3494.18 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 21 oktyabr 2019-cu il tarixli 123102-CNS-11111/3 saylı kredit sazişi üzrə Cavabdeh əsas məbləğ üzrə 3482.56 manat məbləğində əsas borc, 11.62 manat məbləğində faiz borcu, ümumilikdə isə 3494.18 (üç min dörd yüz doxsan dörd manat on səkkiz qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4750/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4750/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver