Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4767/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 2870 manat məbləğində vurulmuş maddi ziyanın və dövlət rüsumu qaydasında ödədiyi 30 manat olmaqla, cəmi 2900 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin internet saytlarında çoxsaylı reklamlarını görüb əlaqə telefonları vasitəsilə faktiki olaraq fəaliyyət göstərdikləri Sabunçu rayonu, Zabrat qəsəbəsində 2021-ci ilin mart ayının əvvəllərində Cavabdeh1 MMC-nin təsisçisi, özünü müdir kimi qələmə verən Cavabdeh2 ilə görüşmüş, yaşayış evi üçün 8800 manat dəyərində mətbəx və iki ədəd şkaf mebellərini sifariş etmişdir. Razılaşma əsasında mətbəx mebelini 18.03.2021-ci il tarixdə, digər mebelləri isə bundan 20 gün sonra gətirib quraşdıracaqlarını bildirmişdir. Bu barədə sadə yazılı formada qəbz yazıb götürdüyü öhdəliyə dair razılaşmanı möhür ilə təsdiq etmişdir. Cavabdeh1 MMC-nin işçisi, mebel quraşdıran X1 müdir çağırıb göstərişlərini vermişdir. İlkin olaraq materialların alınması üçün 300, 1000, 3100, 1500 manat olmaqla, cəmi 5900 manat pul vəsaiti vermişdir. Sonradan mebel aksesuarlarını və digər materialları almaq üçün isə hissə-hissə 2970 manat ödəmişdir. Ödədiyi pul vəsaitinə dair hər iki qəbz imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Sifariş verilmiş mebeldən gec də olsa 6000 manat qiymətində mətbəx mebeli quraşdırılmışdır. Lakin digər mebellər (şkaf) deyilən vaxtda quraşdırılmamışdır. Dəfələrlə əlaqə saxlamış ki, şkaflar nə vaxt hazır olacaq. Müdür ona, bu gün, sabah deyədeyə, hazıradək götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, mebel sexinə getmiş, daha sonra telefon əlaqələri yaratmışdır. Götürülmüş öhdəliyi yerinə yetirmək əvəzinə, pulu mənimsəyiblər, heç bir iş görməmişlər. Nəticədə cavabdeh tərəfindən ona 2870 manat məbləğində ziyan vurulmuşdur. Sonuncu dəfə, sentyabr ayının ortalarında Cavabdeh2la görüşəndə, iddiaçıdan yenidən 2000 manat pul istəyib, şərikli işləməyi təklif verməklə mebeli hazırlayacağını və əlavə verdiyim pulu qaytaracağını bildirmişdir. Cavabdeh MMC və işçiləri tərəfindən mənə 2870 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmədən kənar şəkildə mebellərin hazırlanıb quraşdırılmasına etdiyi cəhd alınmadığından, cavabdehdən, əvvəlcədən ödədiyi 2870 manat pulumun qaytarılmasını tələb etmiş, lakin heç bir nəticə olmadığından, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məlikov X4 rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüququ ünvanı ünvan 2.2021-ci il tarixli Cavabdeh2 tərəfindən yazılmış və möhürlənmiş iltizamdan görünür ki, Cavabdeh2 iddiaçı tərəfindən sifariş verilmiş 8800 manat dəyərində olan mebelin 5900 manat pulu əvvəlcədən almışdır. Həmçinin sifariş verilmiş mətbəx mebelini 18.03.2021-ci ilədək təhvil verməyi, qalan mebeli isə 20 gün ərzində təhvil verməyi öhdəsinə götürmüşdür. X3 tərəfindən yazılmış və Cavabdeh1 MMC-nin möhürü ilə möhürlənmiş iltizamdan görünür ki, iddiaçıda 300, 1000, 3100, 1500 manat mebel üçün alındığı qeyd edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 786.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəf məhkəməyə beh verilməsi təsdiq edən yazılı razılaşma təqdim etmiş, lakin cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi icra edilməsinə dair sübut təqdim edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 2870 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılrıması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2870 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul məbləği İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4767/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4767/2021
26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver