Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4775/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1724.17 AZN əsas borc, 216.13 AZN faiz , 18.53 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1958.83 AZN borcu, 12 iyun 2019-ci il tarixli kredit müqaviləsi üzrə 996.43 AZN əsas borc, 112.72 AZN faiz borcu, 19.01 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1128.16 AZN və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Yelo Bank “ ASC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli və 12 iyun 2019-ci il tarixli kredit müqavilələrini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 10 dekabr 2018-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 24 faizlə 48 ay müddətinə 3000 AZN, 12 iyun 2019 -cu il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC -dən illik 22 faizlə 48 ay müddətinə 1500 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 17 -dək Cavabdeh banka 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1724.17 AZN əsas borc, 216.13 AZN faiz , 18.53 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1958.83 AZN borcu, 12 iyun 2019-ci il tarixli kredit müqaviləsi üzrə 996.43 AZN əsas borc, 112.72 AZN faiz borcu, 19.01 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1128.16 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçı «Yelo Bank” ASC-nin nümayəndəsi X3 qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh 10 dekabr 2018-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 24 faizlə 48 ay müddətinə 3000 AZN kredit götürmüşdür. İş materiallarında olan 12 iyun 2019 -cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “Yelo Bank" ASC -dən illik 22 faizlə 48 ay müddətinə 1500 AZN kredit götürmüşdür. İş materiallarında olan 10 dekabr 2018-cu il tarixli kredit müqaviləsi üzrə Ödəniş qrafikindən görünür ki, Cavabdeh 3000 manat məbləğində vəsaiti illik 24% hesablanmaqla, 48 ay müddətinə aylıq 97.81 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 12 iyun 2019 -cu il tarixli kredit müqaviləsi üzrə Ödəniş qrafikindən görünür ki, Cavabdeh 1500 manat məbləğində vəsaiti illik 22% hesablanmaqla, 48 ay müddətinə aylıq 47.26 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 10.09.2021-cu il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış Xəbərdarlıq məktubunun surətindən görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında 17.09.2021-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1724.17 AZN əsas borc, 216.13 AZN faiz , 18.53 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1958.83 AZN borcu yaranmışdır. İş materiallarında 17.09.2021-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh 12 iyun 2019-ci il tarixli kredit müqaviləsi üzrə 996.43 AZN əsas borc, 112.72 AZN faiz borcu , 19.01 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1128.16 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə 17.09.2021-ci il tarixli maliyyə arayışlarını və hesabdan çıxarışları əsas götürərək hesab edir ki, iddia tələbi hər iki kredit müqaviləsi üzrə əsaslıdır. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1724.17 AZN əsas borc, 216,13 AZN faiz , 18,53 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1958,83 AZN borcu, 12 iyun 2019-ci il tarixli kredit müqaviləsi üzrə 996,43 AZN əsas borc, 112,72 AZN faiz borcu, 19,01 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1128,16 AZN tutulmalıdır. Eyni zamanda göründüyü kimi cavabdeh 10.12.2022-ci il və 12.06.2023-cü il tarixdə müddəti bitəcək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli və 12 iyun 2019-cu il tarixli kredit müqavilələri ləğv edilməli, cavabdehdən də tələb olunan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 18.53 AZN və 19.01 AZN cərimə borcu hər iki kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərinə mütənasib olduğundan cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 37,54 manat məbləğində cərimə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli və 12 iyun 2019-cu il tarixli kredit müqavilələri ləğv edilsin. Cavabdeh 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1724,17 AZN əsas borc, 216,13 AZN faiz, 18,53 AZN cərimə borcu olmaqla cəmi 1958,83 AZN borcu, 12 iyun 2019-ci il tarixli kredit müqaviləsi üzrə 996,43 AZN əsas borc, 112,72 AZN faiz borcu , 19,01 AZN cərimə borcu olmaqla cəmi 1128,16 AZN və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4775/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4775/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver