Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4793/2025 11.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı (açar sözlər: borc tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Hümmət oğlu ilə 2020-ci ildə tanış olmuşdur. Özünü və qardaşı Azadini iş adamları kimi təqdim etmişlər. X17 və özünü hər sahədə insanlara, yəni ev sənədləri düzəltmək və köməklik göstərən şəxslər kimi təqdim etmişdir. Onlara etibar edib pul verə biləcəyinə iddiaçını inandıraraq Cavabdeh və X17 ondan 7500 manat pulu aldatma yolu ilə alıb yoxa çıxmışlar. Zəng edib işləri nə zaman düzələcəyi sualını ünvanladıqda, bəhanələr gətirərək iddiaçını aldadırdılar. O, götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırırdı. İddiaçı yaşlı qadının sağlamlığına ziyan vuraraq xəstəlik keçirməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq cavabdehdən 7500 manat pulun qaytarılmasın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2437/2022 nömrəli xx.xx.2022ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh 7.500 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4793/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2437/2022 nömrəli xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, 6000 manat məbləğini cavabdehlə qardaşı birgə alıblar. Polis İdarəsində izahatı var və hətta qızından da pul alıblar. Cavabdeh özü ondan 1.500 manatdan da artıq pul alıb, lakin sübutu yoxdur. O, dəfələrlə gəlib və ona pul vermişdir. Azadiyə dair məhkəmə qətnaməsi çıxıb. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıdan 1.500 manat məbləğində pul almışdır. Onun 900 manatını polisdən çıxandan sonra və ondan sonra 600 manatını ayrıca qaytarmışdır. Nərimanov Polis İdarəsində işə xitam verilib və yazmışdır ki, təcridxanadan çıxandan sonra ödəyəcəkdir. Qardaşı iddiaçının kartına pul göndərib və hazırda pensiyasından da tutulmalar olur. İddiaçıya borcu yoxdur və aldığı 1.500 manatı qaytarmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -xx.xx.2020-ci il tarixli Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru X1 qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında Qərarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, X7 2001-ci ildən tanımışdır. Lakin, daha sonra uzun müddət bir-birilərini görməmişlər. 2016-cı ilin iyul ayında o, Raminlə Binəqədi rayonu 6-cı mikrorayonda təsadüfən rastlaşmışlar, o, onu tanımasa da o, onu tanıyıb yaxınlaşmışdır. Bu illər ərzində Ramin çox arıqlamışdır, tanınmaz halda olmuşdur. Həmin vaxt Ramin onun mobil nömrəsini götürüb sonradan onunla bir-neçə dəfə danışmış və görüşmüşdür. Bir dəfə o, Nərimanov rayonunda eyni adlı istirahət parkında olarkən Ramin ona zəng vurub onunla görüşmək istədiyini demişdir. Görüş zamanı o, ona bildirmişdir ki, bir nəfər Afaq adında tanışı var, onun Abşeron rayonu Xırdalan şəhərində yerləşən evi vardır, həmin evə dair çıxarış almaq istəyir, sənədlərə bax gör düzəlməsi mümkündürsə ona istiqamət ver dözəltsin. O, etiraz etməmiş, bir müddət sonra onların yanlarında həmin xanım da gəlmişdir. Afaq ona mənzilə dair bir-iki sənəd göstərmiş, o, onlara baxmış və bildirmişdir ki, “məncə bu sənədlərlə düzəlməz, lakin yenə də maraqlanaram”. Bundan Afaq xanım onlardan aralanıb getmiş, o da Raminlə sağollaşıb öz işlərinin arxasınca getmişdir. Daha sonra onun Raminlə heç bir əlaqəsi olmamışdır. Təxminən 2016-cı ilin sentyabr-oktyabr aylarında Afaq xanım onun mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, etiraz etməmiş və Afaq anası Mahirə müəllimə ilə birlikdə Gənclik metrostansiyasının yaxınlığına gəlmiş və onlar üçü orada görüşmüşlər. Görüş zamanı onlar ona demişlər ki, Ramin onun adından istifadə edib onlardan xeyli miqdarda pul almışdır. O, bütün bunların yalan olduğunu, Raminlə onun arasında heç bir pul danışığı və alış-verişi olmamışdır. Həmin vaxt o, Raminlə telefon əlaqəsi saxlayıb deyilənləri aydınlaşdırmaq istəsə də Afaq onun Ukraynada olduğunu demişdir. Həmçinin onlar onun Azərbaycan Respubliaksı Prezident Administrasiyasında işləməyi ilə bağlı soruşduqda o, onlara bildirmişdir ki, o, orada işləməmişdir. Raminlə ilk dəfə tanış olan zaman o, Xüsusi Dövlət Mühafizə Xidmətində işləyirmiş. 2007-ci ildə isə oradan öz ərizəsi lə işdən azad olmuşdur. Lakin, bir müddət keçdikdən sonra Ramin Bakıya qayıdan zaman o, onunla görüşüb Afaqın dedikləri ilə bağlı ondan soruşduqda o, ona bildirmişdir ki, Afaqgil onu bezdirib tez-tez telefonla yığdıqları üçün o, məcbur qalıb sərxoş halda onun adını çəkmişdir. Həmçinin onun yanından Ramin Afaqa zəng edib aralarında olan məsələlərlə bağlı onun heç bir əlaqəsi olmadığını ona demişdir. Qeyd edilən məsələyə görə Afaq, o və Ramin “Nərimanov” parkında görüşüb sənədlərə baxsa da nə Raminlə, nə də Afaqla bu barədə pulla bağlı heç bir danışıqları olmamış və Ramin ümumiyyətlə ona heç bir məbləğ pul verməmişdir. Bundan başqa 2017-ci ilin may-iyun aylarında İddiaçı ona bildirmişdir ki, bir nəfərin ona səhv etmirsə 37000 manat borcu vardır və borclu olan şəxsin borcu ilə bağlı əl yazısı olduğu üçün o, ona bildirmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsin. Mahirə demişdir ki, Sevil razıdır ki, evinin yarı hissəsini onların adlarına keçirsin, lakin evin çıxarışını almaq lazımdır ki, qeyd olunan məsələ həll olunsun. O, Mahirə xanıma bu hişi həll edə biləcəyini bildirmişdir. Bununla bağlı adını və vəzifəsini demək istəmədiyi yüksək vəzifədə işləyən tanışına müraciət etmiş və məlum olmuşdur ki, həmin evin sənədinin alınması üçün başqa bir şəxs tərəfindən beh verilmişdir. O, bununla bağlı Mahirə xanıma məlumat verərək evə görə başqa bir şəxs tərəfindən çıxarış alınması üçün beh verildiyini bildirmişdir. O, həmin yüksək vəzifədə işləyən tanışından xahiş etmişdir ki, behi geri qaytarsın, Mahirə xanımın məsələsini həll etsin. Belə ki, 500 manat çıxarış alınması üçün pul verilmişdir. Mahirə xanım bildirmişdir ki, 500 manat verilən behi qaytararlar, həmin şəxsin çıxarış alınması üçün müraciətini ləğv etsin, onların işini həll etsin. Bununla bağlı Mahirə xanım ona 540 manat pul vermişdir. O da pulu aparıb həmin yüksək vəzifədə işləyən tanışına çatdırmışdır. Bundan sonra ilkin çıxarış alınması üçün beh vermiş şəxsin müraciəti ləğv olunmuşdur. Daha sonra Mahirə xanım məhkəməyə müraciət etməli olmuş, lakin, müraciət etməmişdir. Bundan başqa 2018-ci ilin sentyabr ayında Mahirə xanımın deməsinə görə bir nəfər şəxs ona pul borclu olmuş, qaçıb gizlənirmiş, onu da heç kim tapıb gətirə bilmirmiş. O da yüksək vəzifədə işləyən adını demək istəmədiyi tanışma bununla bağlı müraciət etmiş, o da razılaşmış və həmin şəxsi tapıb polis bölməsinə gətirmişlər. O da buna görə Mahirə xanımdan 150 manat özü üçün pul almışdır. Bundan başqa 2018-ci ilin oktyabr ayında Mahirə xanım Zeynəb adlı tanışı ilə onun yanına gəlmişlər. Onlar Nəsimi rayon məhkəməsində mülki qaydada məhkəmə prosesləri getdiyini və məhkəmə prosesinin müddətini uzatmaq üçün onlara köməklik göstərməyini xahiş etmişlər. O da razılaşmış və adını çəkmək istəmədiyi vəzifədə işləyən tanışları vasitəsilə bu məsələni həll etmək istəmişdir, Mahirə xanımdan da buna görə 500 manat pul almış, lakin həll edə bilməmişdir, pulu isə maddi tələbatına xərcləmişdir. Mahirə xanıma da pulu yaxın zamanda qaytaracağını bildirmişdir. Bundan sonra 2019-cu ilin yanvar ayında ona pul lazım odluğu üçün Mahirə xanımdan 200 manat borc pul istəmişdir. O da ona Nərimanov rayonu ərazisində həmin pulu vermişdir. Bundan sonra yenidən ona pul lazım olduğu üçün Mahirə xanıma müraciət etmişdir. Ondan 400 manat borc pul istəmişdir. O da ona kömək kimi lombardda qızılları olduğunu və həmin qızılların yenidən girov qoyularaq 400 manat pulu öz adına sənədləşdirib götürə biləcəyini bildirmişdir. O da Neftçilər metrosunun yanında yerləşən, Mahirə xanımın dediyi lombarda gedərək orada qızılları girov qoyub öz adına 400 manat kredit rəsmiləşdirmişdir. Daha sonra maddi vəziyyəti yaxşı olmadığı üçün ödənişləri edə bilməmiş və hazırki vaxtadək qızıllar girovda saxlanılır. O, Ramindən aldığı 300 manat pulu Afaqın özünə sonradan qaytarmış, qalan pulların Afaq tərəfindən ona verilməsini isə xatırlamamışdır. Pulları verdiyi vəzifəli şəxslərin adlarını və vəzifələrini demək istəməmişdir. İstintaq zamanı X3 ilə X15 üzləşdirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiyi xüsusatları bir-birilərinin üzlərinə qarşı təsdiq etmişlər. İstintaq zamanı İddiaçı ilə X15 üzləşdirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiyi xüsusatları bir-birilərinin üzlərinə qarşı təsdiq etdikləri göstərilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əl yazısından görünür ki, “bu əl yazısı heç bir zor və təzyiq altında olmadan ondan ötrü yazıram ki, mənim İddiaçı 1500 manat borcum var. Mən qardaşımın borcuna da şahidlik edərək bildirirəm ki, 1500 manat və 6000 manat borcu həbsdən çıxdıqdan sonra ödəyəcəyəm. Bir daha qeyd edirəm ki, bu əlyazmanı yazma səbəbim İddiaçı ilə aramızda olan razılaşma əsasında yazıram. Əl yazma öz sözlərim və xəttimlə yazıldı düzgündür qeyd olunmuşdur.” - Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edib onu aldadaraq 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi xüsusatı üzrə Cavabdeh təqsirliliyi sübuta yetmədiyindən həmin xüsusat üzrə başlanılmış cinayət təqibinə xitam verilməsi, İddiaçı cinayət prossesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi və iddiası ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmin qərardan həmçinin görünür ki: Təqsirləndirilən şəxs Cavabdeh ifadəsindən həmçinin bildirmişdir ki, həqiqətən də Mahirə Zülfıqarovadan 1500 manat pul almışdır. Lakin, həmin pulu faiz borcu olaraq almışdır. 2019-cu ilin iyun ayında pula ehtiyacı olduğu üçün qardaşı Azadiyə müraciət etmişdir. Oda faizlə borc olaraq pul almağı təklif etmişdir. Lakin, Azadi Mahirənin şərböhtançı biri olmasını bildirmişdir. O da əlbəəl pul alıb pul verəcəyini deyib hansı şərböhtandan söhbət gedəcəyini bildirmişdir. Mahirə ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən Günəş şadlıq evinin qarşısında görüşmüş və ondan aylıq 10 faiz olmaq şərti ilə 1500 manat pul almışdır. Təxminən 2-3 ay faiz ödədikdən sonra maddi vəziyyəti pisləşmişdir. Bu səbəbdən Mahirə ilə danışıq apararaq faizi ödəyə bilmədiyini, bir neçə aya borcu tam şəkildə ödəyəcəyini bildirmişdir. Mahirə bunu eşitdikdən sonra ondan şikayətlər etməyə başlamışdır. Bundan sonra Mahirə ilə Keşlə qəsəbəsində yerləşən ət kombinatında xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində görüşərək 600 manat, 3-4 gün sonra Keşlə qəsəbəsində yerləşən stansiyanın yaxınlığında onunla görüşərək əlavə 1000 manat pul Mahirəyə vermiş və əlavə olaraq Mahirəyə 100 manatın faiz borcu olmasını bildirib bir daha ondan pul istəməməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonundan məcburi köçkün olduğu üçün dövlət tərəfindən Nizami rayonu, Keşlə qəsəbəsində 178 saylı uşaq baxçasmda müvəqqəti yaşamaq üçün məskunlaşmışdır. İllər ərzində müəllimə işləyərək özünə kiçik bir ev almaq istəyirmiş və bu niyyətlə az az pullar yığırmış. 2014-cü ildə yığdığı pullarla ev almaq qərarına gəlmişdir. Yaşadığı ərazidə gözəllik salonunda işləyən Sevil adlı şəxslə tanış olmuşdur. Həmin Sevil ilə söhbət zamanı Sevil bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli mənzilin birinci mərtəbəsini satır. O da ev almaq istədiyi üçün evin qiyməti ilə maraqlanmışdır. Sevil bildirmişdir ki, həmin evi 35000 manata satır. Sevilə hal-hazırda 35000 manatı olmadığını bildirmiş, lakin həmin pulu hissə-hissə ona ödəyə biləcəyini demişdir. Sevil də onunla razılaşmışdır.Təxminən 2014-cü ilin noyabr-dekabr aylarında Sevil, əri Şirvan ilə görüşmüş və Sevilə ərinin iştirakı ilə Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən saatlı binanın qarşısında 5000 manat pul vermişdir. Bu minvalla 2017-ci ilədək olan müddət ərzində ümumilikdə X9 38000 manat pul ödəmişdir. Bu pullar içində məişət əşyaları, qızılzinyət əşyalarıda daxildir. Çünki, evi almaq üçün pul əvəzinə 8000 manatlıq qızıl-zinyət əşyası, televizor və başqa məişət əşyaları vermişdir. Bundan sonra Sevil ondan əlavə 6000 manat pul istəmişdir ki, evi ona versin. O isə buna razılaşmamışdır ki, ona 38000 manat pul ödəmişdir. Bundan sonra ona aydın olmuşdur ki, Sevil ondan aldığı pulları öz şəxsi borclarına vermişdir. Sevil ondan təkidlə 6000 manat pul istəmişdir. Sonradan Sevilin borclu olduğu şəxslərdən biri həmin evə qeydiyyata düşərək evi özünə götürmüş və Sevildə buna etiraz etməmişdir. Bundan sonra Sevil evi ona vermək üçün həmin şəxsləri məhkəməyə vermişdir ki, onları evdən çıxarsın, lakin o məhkəmədə məğlub olmuş və evi geri qaytara bilməmişdir. Hal-hazırda Sevil nə evi ona verə bilir, nədə onun ödədiyi 38000 manatı. Həmin 8000 manatlıq qızılı Sevilin qızı onun yaşadığı ünvandan gəlib aparmışdır. Bundan əlavə Sevilin yaşadığı evi sənədləşdirmək lazım imiş. Bu səbəbdən o da əvvəldən tanıdığı X8 bu barədə müraciət etdikdə o bu işi görə biləcəyini bildirmişdir. Bu səbəbdən 2019-cu ilin may ayının ortalarında ünvan 2 ünvanda yerləşən “Günəş” şadlıq sarayının qarşısında X11 ilə görüşmüş və ona 1500 manat pul vermişdir ki, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli mənzil üçün sənədləri düzəldərək mənzilə çıxarış alsın. Vidadi ondan pulu aldıqdan sonra işini görməmiş və müxtəlif bəhanələrlə pulunu hazırki dövrə qədər verməmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-448/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh X6 1.790 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli e246985/2022-15-2/01 nömrəli İnkasso sərəncamının surətindən görünür ki, ödəyici Cavabdeh vəsait alan Nərimanov rayon İcra şöbəsinə 7.198 manat pul vəsaiti köçürməlidir, aylıq tutulmalı olan borc isə 80 manatdır. - xx.xx.2025-ci il tarixli e246985/2022-15-2/1 nömrəli İnkasso sərəncamının surətindən görünür ki, ödəyici Cavabdeh vəsait alan İddiaçı oğlunun hesabına 160 manat pul vəsaiti köçürülməlidir. - xx.xx.2025-ci il tarixli e246985/2022-15-2/1 nömrəli İnkasso sərəncamının surətindən görünür ki, ödəyici Cavabdeh vəsait alan İddiaçı oğlunun hesabına 140 manat pul vəsaiti köçürülməlidir. - xx.xx.2025-ci il tarixli e246985/2022-15-2/1 nömrəli İnkasso sərəncamının surətindən görünür ki, ödəyici Cavabdeh vəsait alan İddiaçı oğlunun hesabına 160 manat pul vəsaiti köçürülməlidir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 4793025-15-2 nömrəli xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2437/2022-016 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh 7.500 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcraat zamanı borclu Cavabdeh pensiyasından 618 manat pul vəsaiti tutularaq tələbkarın hesabına ödənilmişdir.Borclu tərəfindən tələbkarın hesabına hazırkı tarixədək yalnız pensiyadan tutulmalar və əlavə ödəniş olunmamışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı iş materialları və məhkəmənin sorğusuna əsasən Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş X16 və X2 müraciəti əsasında başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan, Nərimanov rayon İcra şöbəsindən hazırkı iş üzrə ləğv edilmiş qiyabi qətnamənin icrası ilə bağlı təqdim edilmiş cavab məktubundan, iş üzrə digər təqdim edilmiş sənədlərdən və tərəflərin məhkəmədə verdikləri izahatlar ilə müəyyən edilmişdir ki, İddiaçı alacağı mənzilin çıxarışının alınmasına kömək göstərməsi üçün Cavabdeh 1.500 manat pul vermişdir. Lakin sonuncu iddiaçıya verdiyi vədi yerinə yetirməmiş, iddiaçı bununla bağlı cavabdehdən polisə şikayət etsə də, cinayət təqibinə xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, tərəflərin izahatları alınmış, iddiaçı cavabdehə mənzilə çıxarış almasını təmin etməsi üçün 1.500 manat pul verdiyini bildirmiş, cavabdeh isə öz izahatında iddiaçıdan sənəd düzəltməsi üçün deyil, aylıq 10 faiz olmaq qaytarmaq şərtilə 1.500 manat pul adığını təsdiq etmişdir. Lakin cavabdeh həmçinin verdiyi izahatında iddiaçıya olan borcunu qaytardığını da bildirmişdir. İddiaçı hazırda cavabdehdən 7.500 manat pul tələb edərək, iddia ərizəsini əsaslandığı hallarda göstərmişdir ki, o, Cavabdeh və onun qardaşı Azadi Xudiyevə ümumilikdə 7.500 manat pul vermişdir. Lakin iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-448/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı həmçinin cavabdehin qardaşı X10 qarşı maddi ziyana görə 6.000 manat pul tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddiası qismən təmin edilərək, Azadi Xudiyevdən 1.790 manat pulun xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, iddiaçının tələbi müəyyən hissədə Azadi Xudiyevə qarşı olmuş, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçının hazırkı iş üzrə tələb etdiyi 7.500 manat puldan 6.000 manat hissəsinə hüquqi qiymət verilmişdir. Məhkəmə iddia tələbinin 1.500 manat hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 1.500 manat pulun verilməsi işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə çıxarılmış qiyabi qətnamənin icrası ilə bağlı isə cavabdehin aylıq təqaüdündən borc üzrə cəmi 618 manat pul tutulmuşdur. Belə olan təqdirdə hazırda mübahisə edilən qaytarılmamış pulun məbləği 882 manat təşkil edir. Cavabdeh iddiaçıdan pul aldığını, lakin borcunu tam şəkildə qaytardığını bildirsə də, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən arqumentlərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara istinad edərək, həmin qərarda iddiaçıya borcunu qaytardığı və artıq ona borcu olmadığının təsdiq olunduğunu qeyd etsə də, lakin həmin qərarın məzmununda bu halı təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericilyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda isə iddiaçı tərəfindən cavabdehə 1.500 manat pulun verilməsi tərəflərin izahatları və işin araşdırılan yuxarıda qeyd edilən halları ilə öz təsdiqini tapsa da, lakin cavabdehin borcunu tam şəkildə iddiaçıya qaytarmasına dair arqumentləri işin hər hansı araşdırılan halı ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh iddiaçıdan 1.500 manat borc pul almış, lakin aldığı pulu geri qaytarmamaqla, iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən hazırda aldığı borcdan qalıq qalan 882 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə iddiaçı məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azad olan şəxslər sırasında olduğundan, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 882 manat pul tutularaq, İddiaçı xeyrinə, həmçinin cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 882 (səkkiz yüz səksən iki) manat pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4793/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4793/2025
11.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver