Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4809/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 iyul 2018-ci ildən AR Ədliyyə Nazirliyi Baki şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş akta əsasən ona təhvil verilmiş A. Haqverdiyevanın əşyalarının (altı ildən artıq müddətdə onların mənzilində saxlanıldığını nəzərə alaraq) onun cavabdehliyindən çıxarılması-sahibsiz əmlakin daşınmasına və əldən çıxmış fayda olaraq-25 iyul 2018-ci il tarixdən əşyalar daşınan günə qədər hər ay üçün 300 (üç yüz) manat məbləğinin əşyaları üzündən mənzildən istifadə edə bilmədikləri üçün A. Haqverdiyevanın ona ödəməsini, onu sosial mediada təhqir edib böhtan atdığı üçün cəzalanmasını ) və mənəvi zərər olaraq 30.000 manat ona ödəməsini, A.Haqverdiyevə və oğlu H.Qənbərovun mənzilə heç bir hüquqi sənədi olmadan daxil olaraq 12 gün mənzildə yaşayıb enerji, qaz, sudan istifadə edib mənzilin döşəmələrini tualet kimi istifadə edib mənzili bərbad etdikləri üçün vurduqları maddi və mənəvi zərərin qarşılığı olaraq ona 10.000 (on min) manat ödəmələrini, A. Haqverdiyeva və oğlu H. Qənbərovun maddi ziyan tələbi ilə məhkəməyə müraciət edərək 60.000 (altmış min) manatın ekspertiza və araşdırma nəticəsində sübut olunmadığı üçün böhtan olaraq qəbul edilib Cavabdeh və oğlu H.Qənbərovun şər atdıqları üçün mənəvi zərər olaraq həmin məbləğin 60.000 (altmış min) manat ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, “X1” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. İddiaçı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə görə məhkəməyə 390 manat həcmində dövlət rüsumunun ödəməsini təsdiqləyən qəbz əlavə etməli olduğu halda, həmin qəbzi iddia ərizəsinə əlavə etməmiş, hazırki iddia ərizəsi üzrə ********** nömrəli qəbzə əsasən 100 manat ödəniş etmişdir. Göründüyü kimi, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azad olmaya dair hər hansı bir sənəd əlavə edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı tələbinin əsaslılığını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməli olduğu halda bu sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4809/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4809/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver