Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-484/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə, pay hüququnun tanınması və pay hissəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməyi, verilmiş 4 otağa onun və övladlarının payının 1/3 hissədə olmaqla müəyyən edilməsi və ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh şəxs olan sabiq həyat yoldaşı X10 ilə xx xxxxxx 2009-cu ildə faktiki nikaha daxıl olub ailə həyatı qurmuşlar. Toydan əvvəl cehizlərini, toydan sonra isə onu cavabdeh şəxslərın yaşadıqları ünvan 2 nömrəli evə gəlin köçürmüşlər Ancaq onların nikahları xx xxxxxx 2011-cı ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx xxxxxx 2010-cı ıl təvəllüdlü X13 və xx xxx 2013-cü iİ təvəllüdlü X7 anadan olmuşlar. Əvvəlcə münasibətləri yaxşı olmuş, lakin sonradan ona qarşı münasibət dəyişmiş, cavabdeh X10 onu incitməyə başlamışdır. 2015-ci ilin oktyabr ayında onu uşaqları ilə evdən qovmuş, iddiaçı şəxs də öz növbəsində məcburiyyət qarşısında qalıb uşaqlarını goturüb valideynlərinin yanına getmişdir. Bir müddət keçdikdən sonra o yaşadığı ünvana qayıtmaq istəsə də, onu evə buraxmadılar. Qeyd edilməlidir ki, mübahisəli ev yerli sovetlərə məxsusdur, yəni mülkiyyətçi yerli sovetlərdir. Həmin ərəfədə ona Lənkəran Rayon Məhkəməsindən çağırış vərəqəsi gəlmiş və ona məlum olmuşdur kı, cavabdeh həyat yoldaşı olan X10 onunla arasında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2016-cı il tarixli qətnamə ilə onların aralarında bağlanmış nikah pozulmuşdur Həmin qətnamə ilə eyni zamanda uşaqların onun yanında saxlanılması müəyyən edilmişdir. O, cavabdehlərdən tələb etsə də, gəlin köçdüyü mübahisəli mənzilə onu pasport qeydiyyatına salmadılar. O, xx xxxxxx 2016-cı il tarixdə mənzildə yaşayış hüququnun tanınması və mənzilə köçürülməyi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)-2172/2016 nömrəli qətnaməsi ilə onun və uşaqlarının mübahisəli mənzilə Maqsud Əlizadə küçəsi 32 nömrəli evə köçürülərək, onların istifadə hüquqları tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı ıl tarixli 2(103)-6295/2016 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(102)-950/2017 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdehlərlə yaşadığı ürvan plana düşdüyündən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən yaşadığı evin sökülməsi yerində onlara yeni tikilmiş binadan 4 otaqı mənzil verilməsi müəyyən edilmişdir. Onun övladları ilə birgə sökülən evdə yaşamağı nəzərə alınaraq, hər biri 2 otaq olmaqla 2 mənzil verilmişdir. Eyni zamanda müqavilədə evin tikilib başa çatmasına qədər ona kirayədə yaşamaq üçün ayda 300 (üç yüz) manat, cavabdehlərə isə ayda 500 (beş yüz) manat məbləğində kirayə haqqı verilməsi müəyyən edilmişdir. 2020-ci ilin mart ayında ev tikilib başa çatdırılmış və onlara hər biri 2 otaq olmaqla 2 mənzil verilmişdir. Eyni zamanda mənzillərin təmiri üçün əlavə olaraq 8.978 (səkkiz min doqquz yüz yetmiş səkkiz) manat məbləğində cavabdeh şəxslərə pul verilmişdir. Mənzilləri təmir edərək və mənzillərə köçmələri üçün müvafiq pul vəsaitini şirkətdən Cavabdeh1 götürmüşdür. Həmin gündən də onlara verilən kirayə haqqı kəsilmişdir. Cavabdehlər mənzillərin qapısını bağlayıb onu evə buraxmadılar və o müvəqqəti kirayədə yaşadığı evin kirayə haqqını verə bilmədiyi uçün məcburiyyət qarşısında qalıb valideylərinin yanına köçmüşdür. Ev 2020-ci ildən tikilib verilsə də, cavabdehlər onu və uşaqlarını evə buraxmırlar. Onların bu hərəkətləri qanunsuz olduğundan və onun hüquqlarını kobud surətdə pozduğundan o ünvan 2 nömrəli mənzilə köçürülməlidir. Hesab edir ki, müqavilə əsasında onlara verilmiş evdə onun payı var və onun pay hüququ tanınmalıdır. Nə qədər ki, onların evləri dövlət mülkiyyətində olmuşdur, o və cavabdehlər də həmin evə dair eyni nüquqa malikdirlər. Cavabdehlər onu mənzilə buraxmamaqda və mənzilin təmiri üçün götürdükləri pulu ona vernəməkdə haqlı deyillər. Beləliklə, o və övladları qeydiyyatda oduğu mənzilə köçürülməli, həmin mənzildə paylar müəyyən olunmalı və hənim payı ayrılmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 2010-cu il təvəllüdlü X14 və xx xxx 2013-cü il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında inşa edilmiş yeni binanın 16-cı mərtəbəsində olan 2 otaqlı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair xx xxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 2010-cu il təvəllüdlü X14 və xx xxx 2013-cü il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yeni inşa edilmiş 40 nömrəli binanın 14-cü mərtəbəsində olan 2 otaqlı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X3 hər biri ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)-2172/2016 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “onun azyaşlı uşaqları ilə birlikdə mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı, onun xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu X9 və xx xxx 2013-cü il təvəllüdlü qızı X4 ünvan 2 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi müəyyən edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(103)- 6295/2016 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(005)-2172/2016 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(102)-950/2017 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(103)-6295/2016 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bir tərəfdən və digər tərəfdən “Mülkiyyətçi” adlanacaq ünvan 3 ünvanında yaşayan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalardan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini heyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı və faktiki sahələrinin cəmi 58 kv.metr sahəsi olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsi 15-25% əlavə etməklə 1 (bir) ədəd təmirli 4-cü girişin 16-cı mərtəbəsində, iki otaqlı, çöl divarlarını çıxmaq şərti ilə mənzilin daxilindəki bütün ümumi sahələrinin cəmi 52,8 kv.metr sahəsi olan və 1 (bir) ədəd 4-cü girişin 14-cü mərtəbəsində, təmirsiz 2 (iki) otaqlı, çöl divarı çıxmaq şərti ilə mənzilin daxilindəki bütün ümumi sahələrinin cəmi 65,4 kv.metr sahəsi olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünavanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 xx xxxx 2018-ci il tarixli 45 nömrəli müqavilədə mülkiyyətçi və mülkiyyət hüququnu Cavabdeh1 daşıyır. Mülkiyyətçinin, yəni Cavabdeh1 istəyi ilə xx xxxxxx 2019-cu il tarixli müqavilədə mənzilin təmir pulu hesablanaraq bank vasitəsi ilə kompensasiya şəklində mülkiyyətçinin hesabına ödənilmişdir; 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxxx 2020-ci il tarixli 003388 nömrəli arayışının məzmunundan görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı ünvan 2 nömrəli evdə pasport qeydiyyatındadır, ev sökülüb, pilot layihə əsasında evin yerində çoxmərtəbəli bina tikilibdir, müvafiq ünvanda qeydiyyatdadır, lakin yaşamır; 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxxx 2020-ci il tarixli 051623 nömrəli arayışının məzmunundan görünür ki, ünvan 2 nömrəli ev yerli sovetə məxsusdur, evin sahibi X12 ölmüşdür. Daimi qeydiyyatda olan şəxslər altı nəfərdən ibarətdir: 1993-cü il təvəllüdlü İddiaçı xx xxxx 2017-ci il tarixdən, 1985-ci il təvəllüdlü keçmiş həyat yoldaşı Cavabdeh2 1989-cu il tarixdən, 2010-cu il təvəllüdlü oğlu X14 2017-ci il tarixdən, 2013-cü il təvəllüdlü qızı X82017-ci il tarixdən, 1958-ci il təvəllüdlü qaynanası Cavabdeh1 1989-cu il tarixdən və 1983-cü il təvəllüdlü qaynı Cavabdeh3 1989-cu il tarixdən müvafiq ünvanda qeydiyyatdadırlar; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-1859/2020 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh1 tərəfindən İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxx 2010-cu il təvəllüdlü X14 və xx xxx 2013-cü il təvəllüdlü X8 ilə birlikdə 18.000 (on səkkiz min) manat məbləğində kompensasiya verməklə ünvan 2 nömrəli evdən İddiaçı istifadə hüququna xitam verilməsi, Cavabdeh1 tərəfindən İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 18.000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməsi və ünvan 2 nömrəli evdən İddiaçı istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməsi müəyyən edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2(103)- 2314/2021 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-1859/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi tərəfindən İddiaçı ünvanladığı xx xxxxxx 2021-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Maqsud Əlizadə küçəsində yerləşən 32 nömrəli evdə qeydiyyatda olmuşdur və həmin ev sökülmüşdür. Evdə qeydiyyatda olan digər şəxslərlə yanaşı onun da əmlakın sökülməsinə və yerində tikiləcək binadan veriləcək mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə razılıq ərizəsi notariat qaydasında təsdiq edilmişdir. Bu ərizələr Bakı şəhəri 51 nömrəli notariat ofisində deyil, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində rəsmiləşdirilmişdir. Bundan sonra sökülmüş evin yerində tikilmiş çoxmərtəbəli yaşayış binasından Cavabdeh1 23 və 99 nömrəli mənzillər verilmişdir. Lakin, binanın yerləşdiyi ünvan Maqsud Əlizadə küçəsi 32-dən (sökülən evin ünvanı) 40-a dəyişdirilmişdir. 01 və xx xxxxxx 2021-ci il tarixlərdə həmin mənzillər Bakı şəhəri 51 nömrəli notariat ofisində rəsmiləşdirilmiş müqavilələrlə başqa şəxslərə satılmışdır. “Elektron notariat” informasiya sistemindən əldə edilmiş arayışlardan məlum olur ki, mənzildə heç kim qeydiyyatda olmamış, habelə, onların üzərində həbs və qadağa qeydə alınmamışdır. Qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən 18.000 (on səkkiz min) manat kompensasiya müqabilində onun Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən 32 nömrəli evdən istifadə hüquları xitam verilməsi barədə Cavabdeh1 iddiası təmin olunmuş, qətnamədən verdiyi apelyasiya şikayəti hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli evdən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdeh1 qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək iddiaçı şəxsi və onun azyaşlı uşaqlarını evdən məhrum etmək istəyir. Ona görə cavabdeh şəxsin bu hərəkətinin qarşısı alınmalıdır. Göründüyü kimi İddiaçı, onun xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu X9 və xx xxx 2013-cü il təvəllüdlü qızı X4 ünvan 2 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli 2(005)-2172/2016 nömrəli qətnaməsi vardır. Belə ki, iddiaçı şəxs Bakı şəhəri, Maqsud Əlizadə küçəsində yerləşən 32 nömrəli evdə qeydiyyatda olmuş, yaşamış və həmin ev sökülmüşdür. Evdə qeydiyyatda olan digər şəxslərlə yanaşı onun da əmlakın sökülməsinə və yerində tikiləcək binadan veriləcək mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə razılıq ərizəsi notariat qaydasında təsdiq edilmişdir. Bu ərizələr Bakı şəhəri 51 nömrəli notariat ofisində deyil, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində rəsmiləşdirilmişdir. Bundan sonra sökülmüş evin yerində tikilmiş çoxmərtəbəli yaşayış binasından Cavabdeh1 23 və 99 nömrəli mənzillər verilmişdir. Lakin, binanın yerləşdiyi ünvan Maqsud Əlizadə küçəsi 32-dən (sökülən evin ünvanı) 40-a dəyişdirilmişdir. 01 və xx xxxxxx 2021-ci il tarixlərdə həmin mənzillər Bakı şəhəri 51 nömrəli notariat ofisində rəsmiləşdirilmiş müqavilələrlə başqa şəxslərə satılmışdır. Mənzildə heç kim qeydiyyatda olmamış, habelə, onların üzərində həbs və qadağa qeydə alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən 18.000 (on səkkiz min) manat kompensasiya müqabilində onun Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yerləşən 32 nömrəli evdən istifadə hüquları xitam verilməsi barədə Cavabdeh1 iddiası təmin olunmuş, qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2(103)-2314/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx xxxxxx 2010-cu il təvəllüdlü X14 və xx xxx 2013-cü il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yeni inşa edilmiş 40 nömrəli binanın 14-cü mərtəbəsində olan 2 otaqlı mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 2010-cu il təvəllüdlü X14 və xx xxx 2013-cü il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yeni inşa edilmiş 40 nömrəli binanın 14-cü mərtəbəsində olan 2 otaqlı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-484/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-484/2021
15.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver