Məhkəmə qərarları › İş №2(125)-4428/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4428/2024

17.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4428/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X7, İddiaçı X4 Cavabdeh qarşı “mənzilə köçürülmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı X5 Cavabdeh qarşı “mənzilə köçürülmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi, mənzilə girib-çıxmağının və sərbəst istifadəsinin təmin edilməsi və mənzilə dair mülkiyyət hüququna maneə yaratmağın cavabdehə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu nəzərdən keçirilən zaman məlum olmuşdur ki, iddia ərizəsinə qiymətləndirilməyən iddianın verilməsi üçün hökumət ödəniş portalına 100 (bir yüz) manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbz üzrə ödənişi edən şəxs X2 adlı şəxsdir. Halbuki, həmin iş üzrə iddiaçı X3maqla, iddia ərizəsində də iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi qismində X1 qeyd edilmiş və onun səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilmişdir. Bundan başqa iddia ərizəsinin sonunda dövlət rüsumunun iddiaçının xarici ölkə vətəndaşı olması səbəbindən başqa şəxs tərəfindən ödənildiyi qeyd olunmuşdur. Məhkəmə, hazırkı iddia üzrə dövlət rüsumunun işə aidiyyəti olmayan şəxs tərəfindən ödənilməsini doğru hesab etmir. Belə ki, “X8” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Göründüyü kimi qanunvericilik digər şəxslərlə yanaşı əcnəbilərin də şəxsən dövlət rüsumu ödəmək öhdəliyi daşıdığını dəqiq müəyyən etmişdir. Belə olan halda məlum olur ki, hazırki iddia üzrə dövlət rüsumu iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən deyil, hazırki işə aidiyyəti olmayan şəxs tərəfindən ödənilmişdir. O cümlədən iddiaçı tərəfindən sözügedən rüsumunun ödənilməsi barədə qəbzin əsli deyil kserosurəti iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108, 149-152, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı X4 Cavabdeh qarşı “mənzilə köçürülmə, mülkiyyət hüququna yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı X5ə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar