Məhkəmə qərarları › İş №2(103)-7435/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7435/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7435/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 (eyni zamanda Cavabdeh3 prosessual hüquq varisi) və Cavabdeh2, Cavabdehlərin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-484/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə, pay hüququnun tanınması və pay hissəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməyi, verilmiş 4 otağa onun və övladlarının payının 1/3 hissədə olmaqla müəyyən edilməsi və ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, cavabdeh şəxs olan sabiq həyat yoldaşı X14 ilə 17 noyabr 2009-cu ildə faktiki nikaha daxıl olub ailə həyatı qurmuşlar. Toydan əvvəl cehizlərini, toydan sonra isə onu cavabdeh şəxslərın yaşadıqları ünvan 2 nömrəli evə gəlin köçürmüşlər Ancaq onların nikahları 24 fevral 2011-cı ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından 23 avqust 2010-cı ıl təvəllüdlü X19 və 04 may 2013-cü il təvəllüdlü X8 anadan olmuşlar. Əvvəlcə münasibətləri yaxşı olmuş, lakin sonradan ona qarşı münasibət dəyişmiş, cavabdeh X14 onu incitməyə başlamışdır. 2015-ci ilin oktyabr ayında onu uşaqları ilə evdən qovmuş, iddiaçı şəxs də öz növbəsində məcburiyyət qarşısında qalıb uşaqlarını goturüb valideynlərinin yanına getmişdir. Bir müddət keçdikdən sonra o yaşadığı ünvana qayıtmaq istəsə də, onu evə buraxmadılar. Qeyd edilməlidir ki, mübahisəli ev yerli sovetlərə məxsusdur, yəni mülkiyyətçi yerli sovetlərdir. Həmin ərəfədə ona Lənkəran Rayon Məhkəməsindən çağırış vərəqəsi gəlmiş və ona məlum olmuşdur kı, cavabdeh həyat yoldaşı olan X14 onunla arasında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. 16 fevral 2016-cı il tarixli qətnamə ilə onların aralarında bağlanmış nikah pozulmuşdur Həmin qətnamə ilə eyni zamanda uşaqların onun yanında saxlanılması müəyyən edilmişdir. O, cavabdehlərdən tələb etsə də, gəlin köçdüyü mübahisəli mənzilə onu pasport qeydiyyatına salmadılar. O, 23 fevral 2016-cı il tarixdə mənzildə yaşayış hüququnun tanınması və mənzilə köçürülməyi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli 2(005)-2172/2016 nömrəli qətnaməsi ilə onun və uşaqlarının mübahisəli mənzilə Maqsud Əlizadə küçəsi 32 nömrəli evə köçürülərək, onların istifadə hüquqları tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 23 avqust 2016cı ıl tarixli 2(103)-6295/2016 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2017-ci il tarixli 2(102)-950/2017 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdehlərlə yaşadığı ürvan plana düşdüyündən "Pearl Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 09 mart 2018-ci il tarixli müqaviləyə əsasən yaşadığı evin sökülməsi yerində onlara yeni tikilmiş binadan 4 otaqı mənzil verilməsi müəyyən edilmişdir. Onun övladları ilə birgə sökülən evdə yaşamağı nəzərə alınaraq, hər biri 2 otaq olmaqla 2 mənzil verilmişdir. Eyni zamanda müqavilədə evin tikilib başa çatmasına qədər ona kirayədə yaşamaq üçün ayda 300 (üç yüz) manat, cavabdehlərə isə ayda 500 (beş yüz) manat məbləğində kirayə haqqı verilməsi müəyyən edilmişdir. 2020-ci ilin mart ayında ev tikilib başa çatdırılmış və onlara hər biri 2 otaq olmaqla 2 mənzil verilmişdir. Eyni zamanda mənzillərin təmiri üçün əlavə olaraq 8.978 (səkkiz min doqquz yüz yetmiş səkkiz) manat məbləğində cavabdeh şəxslərə pul verilmişdir. Mənzilləri təmir edərək və mənzillərə köçmələri üçün müvafiq pul vəsaitini şirkətdən Cavabdeh1 götürmüşdür. Həmin gündən də onlara verilən kirayə haqqı kəsilmişdir. Cavabdehlər mənzillərin qapısını bağlayıb onu evə buraxmadılar və o müvəqqəti kirayədə yaşadığı evin kirayə haqqını verə bilmədiyi uçün məcburiyyət qarşısında qalıb valideylərinin yanına köçmüşdür. Ev 2020-ci ildən tikilib verilsə də, cavabdehlər onu və uşaqlarını evə buraxmırlar. Onların bu hərəkətləri qanunsuz olduğundan və onun hüquqlarını kobud surətdə pozduğundan o ünvan 2 nömrəli mənzilə köçürülməlidir. Hesab edir ki, müqavilə əsasında onlara verilmiş evdə onun payı var və onun pay hüququ tanınmalıdır. Nə qədər ki, onların evləri dövlət mülkiyyətində olmuşdur, o və cavabdehlər də həmin evə dair eyni nüquqa malikdirlər. Cavabdehlər onu mənzilə buraxmamaqda və mənzilin təmiri üçün götürdükləri pulu ona vernəməkdə haqlı deyillər. Beləliklə, o və övladları qeydiyyatda oduğu mənzilə köçürülməli, həmin mənzildə paylar müəyyən olunmalı və hənim payı ayrılmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair 15 fevral 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun 23 avqust 2010-cu il təvəllüdlü X20 və 04 may 2013-cü il təvəllüdlü X9 ilə birlikdə ünvan 2 ünvanında inşa edilmiş yeni binanın 16-cı mərtəbəsində olan 2 otaqlı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair 15 aprel 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun 23 avqust 2010-cu il təvəllüdlü X20 və 04 may 2013-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yeni inşa edilmiş 40 nömrəli binanın 14-cü mərtəbəsində olan 2 otaqlı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-484/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 23 avqust 2010-cu il təvəllüdlü X20 və 04 may 2013-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yeni inşa edilmiş 40 nömrəli binanın 14-cü mərtəbəsində olan 2 otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində mülki işə baxılarkən müəyyən edilmişdir ki, 12 iyul 2021-ci il tarixdə Cavabdeh3 ölmüşdür. Bu səbəbdən də məhkəmənin 17 avqust 2021-ci il tarixli iclasında Cavabdeh1 (eyni zamanda iş üzrə cavabdeh) və həyat yoldaşı X18 işə prosessual hüquq varisi kimi işə cəlb edilmişlər. Daha sonra "xxxx" MMC, X15 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzil ünvan 44 fevral 1989-cu il tarixli sərəncamına əsasən Cavabdeh1 mərhum əri X10 məxsus olmuşdur. Ərinin vəfatından sonra mənzil onun istifadəsində olmuşdur. Cavabdeh İddiaçı Cavabdeh1 oğlu Cavabdeh2 ilə 24 fevral 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından iki övladları anadan olmuşdur. Rəvanə ilə Söhrabın nikahlarının pozulmasına səbəb iddiaçı olmuşdur. Belə ki, İddiaçı Cavabdeh2la nikahda olduğu halda ərini başqa kişi (Nəcəf) ilə aldadaraq ona xəyanət etmişdir. Təsadüf nəticəsində Söhrab Rəvanənin xəyanətindən xəbərdar olmuşdur. İddiaçının əxlaqsız hərəkətlərindən xəbərdardar olan qardaşları Sərxan Mirzəyev, Orxan Mirzəyev və atası Tağı Mirzəyev onlara gələrək Rəvanəni uşaqlarla birlikdə yaşadıqları Digah qəsəbəsinə aparmışdılar. Söhrab isə cavabdehlə olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda Cavabdeh3 prosessual hüquq varisi), Cavabdeh2 və cavabdehlərin nümayəndəsi-vəkili X16 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli 2(005)-2172/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “onun azyaşlı uşaqları ilə birlikdə mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı, onun 23 avqust 2010-cu il təvəllüdlü oğlu X11 və 04 may 2013-cü il təvəllüdlü qızı X3 ünvan 2 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2016-cı il tarixli 2(103)-6295/2016 nömrəli qətnaməsi ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2017-ci il tarixli 2(102)-950/2017 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2016-cı il tarixli 2(103)- 6295/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bir tərəfdən və digər tərəfdən “Mülkiyyətçi” adlanacaq ünvan 5 ünvanında yaşayan Cavabdeh1 arasında bağlanmış 09 mart 2018-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, "xxxx" 1 (bir) ədəd təmirli 4-cü girişin 16-cı mərtəbəsində, iki otaqlı, çöl divarlarını çıxmaq şərti ilə mənzilin daxilindəki bütün ümumi sahələrinin cəmi 52,8 kv.metr sahəsi olan və 1 (bir) ədəd 4-cü girişin 14-cü mərtəbəsində, təmirsiz 2 (iki) otaqlı, çöl divarı çıxmaq şərti ilə mənzilin daxilindəki bütün ümumi sahələrinin cəmi 65,4 kv.metr sahəsi olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(005)-1859/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh1 tərəfindən İddiaçı yetkinlik yaşına çatmayan uşaqları 23 avqust 2010-cu il təvəllüdlü X20 və 04 may 2013-cü il təvəllüdlü X9 ilə birlikdə 18.000 (on səkkiz min) manat məbləğində kompensasiya verməklə ünvan 2 nömrəli evdən İddiaçı istifadə hüququna xitam verilməsi, Cavabdeh1 tərəfindən İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 18.000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməsi və ünvan 2 nömrəli evdən İddiaçı istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2(103)- 2314/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(005)-1859/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(102)-4075/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2(103)- 2314/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi tərəfindən İddiaçı ünvanladığı 26 fevral 2021-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Maqsud Əlizadə küçəsində yerləşən 32 nömrəli evdə qeydiyyatda olmuşdur və həmin ev sökülmüşdür. Evdə qeydiyyatda olan digər şəxslərlə yanaşı onun da əmlakın sökülməsinə və yerində tikiləcək binadan veriləcək mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə razılıq ərizəsi notariat qaydasında təsdiq edilmişdir. Bu ərizələr Bakı şəhəri 51 nömrəli notariat ofisində deyil, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində rəsmiləşdirilmişdir. Bundan sonra sökülmüş evin yerində tikilmiş çoxmərtəbəli yaşayış binasından Cavabdeh1 23 və 99 nömrəli mənzillər verilmişdir. Lakin, binanın yerləşdiyi ünvan Maqsud Əlizadə küçəsi 32-dən (sökülən evin ünvanı) 40-a dəyişdirilmişdir. 01 və 06 fevral 2021-ci il tarixlərdə həmin mənzillər Bakı şəhəri 51 nömrəli notariat ofisində rəsmiləşdirilmiş müqavilələrlə başqa şəxslərə satılmışdır. “Elektron notariat” informasiya sistemindən əldə edilmiş arayışlardan məlum olur ki, mənzildə heç kim qeydiyyatda olmamış, habelə, onların üzərində həbs və qadağa qeydə alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş 24 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanı Cavabdeh1 adına "xxxx" MMC tərəfindən verilmiş 16.12.2020-ci il tarixli, 52 saylı maliyyə arayışına və 09.03.2018-ci il tarixli müqaviləyə əsasən ilkin qeydiyyata alınmışdır. Sözügedən mənzil 51 saylı NO-nun 4ə-189 reyestr nömrəli, 06.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X5 adma qeydiyyata alınmışdır. 51 saylı NO-nun 4ə-1704 reyestr nömrəli, 23.08.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin əmlak X7 adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 7 ünvanı Cavabdeh1 adına "xxxx" MMC tərəfindən verilmiş 16.12.2020-ci il tarixli, 51 saylı maliyyə arayışına və 09.03.2018-ci il tarixli müqaviləyə əsasən 26.01.2021-ci il tarixdə ilkin hüquqi qeydiyyata alınmışdır. 51 saylı NO-nun 4ə-150 reyestr nömrəli, 01.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X12 adına qeydiyyata alınmışdır. 51 saylı NO-nun 4ə-632 reyestr nömrəli, 06.04.2021-ci il tarixli alğı-satqı müqaviləsinin imzalanması ilə həmin mənzil X13 mülkiyyətinə keçmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır.. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli 2(005)-2172/2016 nömrəli qətnaməsi ilə iddiaçının övladları ilə birlikdə ünvan 2 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri qət edilmişdir. Göründüyü kimi, iddiaçının həmin mənzilə dair istifadə hüqüqları mövcud olmuş və onun həmin mənzilə köçürülməsi qərara alınmışdır. Sonradan ona kompensasiya ödənilməklə istifadə hüquqlarının itirilməsinə dair iddia tələbi ilə Cavabdeh1 müraciət etsə də, yekun nəticədə iddia tələbi rədd edilmişdir. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 onun mülkiyyətində olmuş ünvan 2 nömrəli evə evin sökülməsi müqabilində verilmiş kirayə haqqı, sökülmüş evin yerində işda edilmiş çoxmərtəbəli yaşayış binasından mənzillər verilmiş və həmin mənzillərin təmiri üçün kompensasiya məbləği ödənilmişdir. Bundan sonra, Cavabdeh1 verilmiş mübahisəli mənzillər üçüncü şəxslərə satılmışdır və hazırda həmin şəxslərin mülkiyyətindədir. Göründüyü kimi iddiaçının uşaqları ilə birlikdə köçürülməyini tələb etdiyi yaşayış evi halhazırda mövcud deyil və həmin yaşayış evi müqabilində Cavabdeh1 verilmiş mənzillər üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilmişdir. Həmin şəxslərin hüquqları ilə qeyd olunan maddi hüquq normaları, eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun tələbləri ilə qorunur. İddiaçının mövcud olmayan yaşayış evinə köçürülməsi isə mümkün deyil. Həmin yaşayı evi müqabilində verilmiş mənzillər isə üçüncü şəxslərə məxsus olduğundan iddiaçının həmin mənzillərə köçürülməsi halı belə nəzərdən keçirilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və yanlış nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, iddiaçının ünvan 2 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsi qənaətinə gəldiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, X14 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-484/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İddiaçıya izah edilsin ki, ünvan 2 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar