Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-485/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı –qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması tələbi”nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qarajın boşaldılaraq təhvil verilməsi və ödənilməyən aylıq icarə haqqının ödənilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında qarajın təmiri üçün xərclənilən pulların qaytarılmasını, qarşılıqlı iddia ərizəsi üzrə isə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 336 nömrəli 15.07.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Nərimanov Rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən 20.0 kv.m sahəsi olan daş qarajdan çıxarılması, qarajın boşaldılaraq Cavabdeh təhvil verilməsi və İddiaçı 2020-ci ilin yanvar ayından bu günə qədər ödəmədiyi on aylıq (hər ay 100 manat) cəmi 1000 (bir min) manat kirayə pulunun alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək İddiaçı İbrhim oğlunun Bakı şəhəri, Nərimanov rayon İcra Hakmiyyəti Başçısının 336 nömrəli 15.07.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmiş qarajdan çıxarılması və 2020-ci ilin yanvar ayından bu günə qədər cəmi 1600 (min altı yüz) manat kirayə pulunun alınmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə yaşadığı binanın qarşısında tikilmiş avtomobil qarajını iddiaçı Cavabdeh icarəyə götürmüşdür. İcarə məbləğini 100 manata razılaşmışlar. İddiaçı qarajı götürən vaxt qaraj təmrisiz, çox pis vəziyyətdə idi. İddiaçı belə qərara gəlmişdir ki, qarajı təmir etdirsin. 2010-cu ildə iddiaçı cavabdehlə telefonla danışaraq qarajın təmir olunmasına icazə almışdır. Cavabdeh ona bildirmişdir ki, 100 il qala ora ona lazım deyil, onun aylıq haqqını versin. Çünki cavabdeh iddiaçının yaşadığı həyətdə yaşamadığı üçün qaraja ehtiyacı yox idi. 2004-cü ildən o başqa ünvana köçmüşdür. İddiaçı qarajı evro təmir elətdirərək 4000 manat məbləğində xərc çəkmişdir. İddiaçı qarajın icarə haqqını 2 aydan bir hər ayın 22-də 200 manat ödəyirdi. Çünki iddiaçıya cavabdeh demişdir ki, aylıq ödənişi 2 aydan bir verərsən. İddiaçı bu qayda ilə davam edirdi. Azərbaycan Respublikasında və bütün Dünyada baş verən COVİD-19 (korona virus) pandemiyası ilə əlaqəli, Hörmətli ölkə Prezidentinin göstərişinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan qərargahın əmri ilə ölkədə karantin elan edilmişdir. İddiaçının fəaliyyət göstərdiyi sahibkarlıq sahəsində də fəaliyyət tamamilə dayandırılmış, bu səbəbdən də heç bir gəlir əldə etməmişdir. Bu səbəbdən də 3 ayın ödənişini cavabdehə ödəyə bilməmişdir. Cavabdeh ona zəng vurub ödənişi tələb etdikdə iddiaçı ona çətinlikdə olduğu üçün 5 ayın pulunu bir dəfəlik verəcəyini demişdir. İddiaçı və cavabdehin övladları dostluq edirlər iddiaçı ilə ailəvi yaxın münasibətləri olmuşdur. İddiaçı təmirdən qabaq cavabdehdən icazə almışdır ki, təmir etdirsin. Cavabdeh ona demişdir ki, ora ona heç vaxt lazım deyil icarə pulunu verər. Cavabdeh ona demişdir ki, təcili qarajı boşaltsın iddiaçı da ona demişdir ki, təmir olunan xərcləri qaytarsın. İddiaçı daha sonra cavabdehə demişdir ki, icarə haqqını aylıq olaraq 100 manat vermişdir indi isə 250 manata təmirli qaraj verəcəkdir. Əgər cavabdeh onu çıxardırsa onun xərclərini qaytarsın. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırlmışdır ki, Cəfərov X3 Elşən Məcid oğluna məxsus qarajı təmir etdirmiş və həmin qarajın təmiri üçün xərclədiyi pulların geri qaytarılmasını istəyir. Bildirmək istəyir ki, ilkin iddia üzrə İddiaçı özüdə öz iddia ərizəsində qarajı öz istəyi ilə təmir etdirdiyini bildirir. Hətda ilkin iddia üzrə cavabdeh qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh 100 il qala ora mənə lazım deyil ifadəsinidə iddia ərizəsində qeyd etmişdir. Bununlada tam aydın olur ki, qarajın təmir edilməsi şərtini Cavabdeh irəli sürməmişdir. İddiaçı qarajı öz istifadəsi üçün 2010-cu ildə təmir etdirmiş və bu günə qədərdə ondan istifadə etmişdir. Bundan başqa İddiaçı öz iddia ərizəsində Cavabdeh aylıq ödənişi cəmi 3 ay ödəmədiyini bildirsədə qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh bildirir ki, 2020-ci ilin yanvar ayından İddiaçı qarajdan istifadəyə görə ödəniş etmir. Onun hal-hazırda Cavabdeh 1000 (bir min manat) borcu yaranmışdır. Hətda Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 336 N-li 15.07.2008-ci il tarixli sərəncamına əsasən Cavabdeh sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Nərimanov Rayonu, Həsənoğlu küçəsi, 851məhəllədə yerləşən 20.0 kv.m sahəsi olan daş qarajı təhvil vermir. İlkin iddia üzrə iddiaçı qarşılqlı iddia üzrə cavabdeh İddiaçı könüllü şəkildə qarajı təhvil vermir və 2020-ci ilin yanvar ayından bu günə qədər hər ay üçün ödəməli olduğu 100 (bir yüz) manat pulu, cəmi 1000 (bir min) manat pulu könüllü olaraq qaytarmadığı üçün məhkəmyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı izahatında ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 qarşılıqlı iddia ərizəsinin təmin edilməsini ilkin iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 13.11.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldrımaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 15.07.2008-ci il tarixli 336 nömrəli sərəncamı ilə Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 20,0 kv.m sahəsi olan daş qaraj, həmin məhəllədə yerləşən 10 nömrəli evin 9-cu mənzilində yaşayan vətəndaş Cavabdeh adına sənədləşdirilməsi, vətəndaş Cavabdeh xəbərarlıq edilməklə tikinti və abadlıq işləri ilə əlaqədar lazım gəldikdə qarjın sökülməsi və qarajdan öz təyinatı üzrə istifadə olunmasına nəzarət RMKTB-yə və 18-ci polis bölməsinə tapşırılması qərara alınmışıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli № 10/3942 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 20 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 4944,2 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının tələb hüququnun subyektiv cəhətdən təmin edilmə imkanının hüquqi dəyərləndirilməsini məqbul hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan qarajı icarəyə götürmüşdür. Müəyyən edilmiş razılaşmaya əsasən iddiaçı cavabdehə hər ay 100 (yüz) manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində ilkin İddiaçı qarajı təmir etdirməli idi. Sonuncu da bu əsasla qaralı təmir etdirmiş və oradan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 266.5-ci maddəsinə görə uzufruktuar özü əşyanı saz saxlamalı və əşyanın adi qaydada saz saxlanmasına aid yaxşılaşdırmaları və yeniləşdirmələri müstəqil həyata keçirməlidir. Əgər əşyanın qorunması üçün daha mürəkkəb işlərin və ya tədbirlərin görülməsi zəruridirsə, uzufruktuar bu barədə mülkiyyətçiyə məlumat verməli və lazım gəldikdə bunların mülkiyyətçinin qüvvəsi ilə həyata keçirilməsinə icazə verməlidir. Əgər mülkiyyətçi bunu etməzsə, uzufruktuar həmin işləri və tədbirləri mülkiyyətçinin hesabına özü görə bilər. Mübahisəli sahənin İddiaçı tərəfindən təmir edilməsini qarşı tərəf qəbul edərək mübahisələndirməmişdir. Bu hal mübahisələndirilmədiyindən məhkəmə iş materiallarında olan sübutlar əsasında hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli № 10/3942 nömrəli ekspert rəyindən göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 20 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 4944,2 manat məbləğində müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməli və Cavabdeh Sahib oğlundan onun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləsinin 164.1 maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən mərhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1 maddəsinə uyğun olaraq sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 675 Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. İşin hallarından göründüyü kimi mübahisəli sahədən istifadə edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında baş vermişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə yerləşən 20 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin onun müvəqqəti sahibliyinə və istifadəsinə verilməsinə görə hər ay 100 manat məbləğində qarşı tərəfə pul verməsini qəbul etmiş və məhkəmə mübahisəsinin yarandığı dövrdən də əvvəldən bu sahəyə görə pul ödəmədiyini bildirmişdir. Məhkəmə ilkin iddia tələbinin əsaslılığı ilə bağlı gəldiyi nəticəni ilkin iddia tələbi üzrə, cavabdehin verdiyi qarşılıqlı iddianın əsasları və konteksində araşdıraraq belə qənaətə gəlir ki, göstərilən faktlar əsaslıdır. Qarşılıqlı iddia tələbi pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Qarşılqlı iddia üzrə iddiaçının tələbi kirayə haqqının tutulması və cavabdehin ona məxsus sahədən çıxarılması ilə bağlı əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri İddiaçı və Cavabdeh Sahib oğlundan müştərək qaydada tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh 4944,20 (dörd min doqquz yüz qırx dörd manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851ci məhəllədə yeləşən 20 kv.m. sahəsi olan qarajdan çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-485/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-485/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver