Məhkəmə qərarları › İş №2(005)-486/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-486/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-486/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsində əməkdaşı X5 etibarnamə əsasında idarə etdiyi şirkətə məxsus ** PC *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı minik avtomobilinə Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəymişdir. İş üzrə təhqiqatı aparan Azərbaycan Respublikası DİN-in, Bakı şəhər BPİ, Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X4 “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxx 2020-ci il tarixli Qərarı ilə yol - nəqliyyat hadisəsinin törədilməsinə səbəb olan Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və həmin qərarın surəti onun barəsində AR-nm İXM-nin 333.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Baş vermiş hadisə ilə bağlı Nərimanov RPİnin DYPŞ-nin baş inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* saylı “İnzibati Xəta haqqında” Protokola əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 22:00-da özünə məxsus “Volkswagen Polo” minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün idarəetməni itirmiş və nəticədə dayanmış vəziyyətdə olan avtomaşınlarla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra göstərilən protokola baxılması üçün material Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3 (005)-l 145/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hücıuqu məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3 (005)-1145/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan apelyasiya şikayəti verilməmiş və qeyd olunan qərar qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. "xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “X7 əsasən, ** PC *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı minik avtomobilinin 7.282,96 (yeddi min iki yüz söksən iki manat doxsan altı qəpik) manat təmir xərci vardır. “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə 1.238,67 (min iki yüz otuz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəticədə 6.044,29 (altı min qırx dörd manat iyirmi doqquz qəpik) manat fərq qalmışdır. ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsi AC 625226 nömrəli, xx.xx.2016-cı il tarixdə AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş “Qeydiyyat səhadətnaməsi”nə əsasən "İddiaçı” MMC-nin mülkiyyətindədir. ** VJ *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” minik markalı nəqliyyat vasitəsi AD 755940 nömrəli, xx.xx.2020-ci il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş “Qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh mülkiyyətindədir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsinə dəymiş 6.044,29 (altı min qırx dörd manat iyirmi doqquz qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 6.074,29 (altı min yetmiş dörd manat iyirmi doqquz qəpik) manatın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsinə cəmi 7282,96 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan AR DİN-nin Bakı şəhər BPİ-si, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 xx.xx.2020-ci il tarixdə icraatına daxil olmuş yol-nəqliyyat hadisəsi barədə toplanmış HK-1/253 saylı materiala dair qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığına görə Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(005)-1145/2020 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan AC seriyalı 625226 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 755940 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** VJ *** Cavabdeh İddiaçı” MMC-nin mülkiyyətindədir. İş materiallarında olan ödəniş barədə arayışdan görünür ki, “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə 1.238,67 (min iki yüz otuz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5574 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4892,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı MMC-nin imülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Cavabdeh onun tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Vurulmuş zərərin məbləğinə gəldikdə məhkəmə ekspert rəyini nəzərə alaraq, zərər məbləğinin ağlabatan olması, cavabdehin xeyrinə azaldılmaması nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyində müəyyən edilmiş məbləğ əsas götürülməli və İddiaçı MMC-nin maddi zərər tələbinə dair iddiası qismən - həmin rəylə müəyyən edilmiş 4892,0 manat məbləğində vəsaitdən sığorta ödənişi – 1238,67 manat çıxılmaqla, qalan məbləğ – 3653,33 manat iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, eyni zamanda, ekspertiza xərcinin də cavabdehə aid edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı MMC-nin iddiası qismən təmin olunmalı, iddiaçının nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3653,33 manat, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub İddiaçı MMC-nə ödənilməli, məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3653,33 (üç min altı yüz əlli üç manat 33 qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq “X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar