Məhkəmə qərarları › İş №2(005)-4865/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4865/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4865/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.11.2019-cu il tarixli, YSNPU-1353 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 723,2 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 727,54 manat pulun tutulması, Cavabdeh 14.11.2019-cu il tarixli, YSNPU- 0363 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 714,27 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 718,61 manat pulun tutulması Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1446,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Rabitəbank" ASC-nin “Yasamal" filialı ilə Cavabdeh arasında bağlanmış 14.1 1.2019-cu il tarixli, YSNPU-0363 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % dərəcəsi olmaqla 60 ay müddətinə 714,27 manat məbləğində cavabdehə kredit verilmişdir. Bundan əlavə İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 14.11.2019-cu il tarixli, YSNPU- 1353 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % dərəcəsi olmaqla 60 ay müddətinə 723,2 manat məbləğində cavabdehə kredit verilmişdir. 14.11.2019-cu il tarixli, YSNPU-0363 KMP saylı və 14.11.2019-cu il tarixli, YSNPU-1353 KMP saylı kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdehnın 14.11.2019-cu il tarixli, YSNPU-1353 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 723,2 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 727,54 manat təşkil edir. Maliyyə arayışına əsasən Cavabdeh Hİ dar oğlunın 14.11.2019-cu il tarixli, YSNPU- 363 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 714,27 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 718,61 manat təşkil edir. Tərəflər arasında bağlanmış 14.11.2019-cu il tarixli, YSNPU-0363 KMP saylı və 14.11.2019-cu il tarixli, YSNPU-1353 KMP saylı kredit müqavilələrinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, bundan əlavə İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 14.11.2019-cu il tarixli, YSNPU- 1353 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % dərəcəsi olmaqla 60 ay müddətinə 723,2 manat məbləğində cavabdehə kredit verilmişdir. Cavabdeh 723,2 manat məbləğində pulu qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri və dəbbə pulunu qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Bank tərəfindən 3 iş günü ərzində kredit borcunun ödənilməsi məqsədilə cavabdehə rəsmi xəbərdarlıq edilmişdir. İddiaçı ASC Cavabdeh 14.11.2019-cu il tarixli, YSNPU-1353 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 723,2 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 727,54 manat pul, 14.11.2019-cu il tarixli, YSNPU-0363 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 714,27 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcu cəmi məbləği 718,61 manat pulun tutulmasını, hər iki müqavilə üzrə ümumilikdə 1446,15 manat borcunun olduğunu bildirir və həmin məbləği bankın xeyrinə ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 22.09.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.11.2019-cu il tarixli, YSNPU-1353 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 723,2 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 727,54 manat pul, 14.11.2019-cu il tarixli, YSNPU- 0363 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 714,27 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 718,61 manat pulun tutulması hər iki müqavilə üzrə ümumilikdə 1446,15 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.11.2019-cu il tarixli, YSNPU- 1353 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 723,2 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 727,54 manat pul, 14.11.2019-cu il tarixli, YSNPU- 0363 KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 714,27 manat əsas, faiz borcuna görə 4,34 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 718,61 manat pul ümumilikdə 1446,15 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar