Məhkəmə qərarları › İş №2(005)-493/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-493/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-493/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə restruktizasiya qaydalarına uyğun onun borcuna yenidən baxılaraq, artıq hesablanmış qalıq borcun və faizlərin silinməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06 aprel 2015-ci ildə Cavabdeh ASC ilə kredit müqaviləsi bağlayaraq illik 28 faizi olmaqla, 48 ay müddətinə 3170 ABŞ dolları məbləğdə kredit götürmüşdür. İlk vaxtlar ödənişləri ödəniş cədvəlinə uyğun olaraq ödəmiş, lakin AR-da iki dəfə baş vermiş devalivasiyaya görə sonradan ödənişlərdə gecikmələr olmuşdur. Bildirir ki, Azərbaycan Respublikasının Prezidenti X4 tərəfindən imzalanmış “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ 2019-cu il 28 fevral tarixli Fərmana əsasən problemli kreditlərin həlli məsələsini məhz banklar həll etməlidir. Həmin fərmanda bu barədə vətəndaşların banka müraciət məsələsi heç bir yerdə göstərilməmiş, əksinə banklara həmin məsələnin həll edilməsi tövsiyə edilmişdir. O, da həmin Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, həmin vaxt ona 4788,29 manat məbləğdə cəmi borc hesablanmış, həmin borcdan 2173 manat məbləği azaldılmış və onun cəmi ödəyəcəyi məbləğ 2615,29 manat müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh onunla onunla yenidən kredit müqaviləsi bağlamamışdır. Bu azmış kimi cavabdeh onu məhkəməyə vermiş və ondan 06 aprel 2015-ci il tarixli müqavilə üzrə cəmi 3718,56 ABŞ dolları məbləğdə pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hüquqi savadı olmadığı üçün həmin qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Lakin, bildirmişdir ki, müvafiq Fərmanla ona 2713 manat güzəşt olunmuş və cavabdehə olan borcu manat ekvivalenti ilə 2615,29 manat müəyyən edilmişdir. Hesab edir ki, hazırki vəziyyətdə Cavabdeh ASC-nin ondan 3718,56 ABŞ dolları məbləğdə borcun ödənilməsi əsassızdır və ödənilmiş, eləcə də ona güzəşt olunmuş məbləğlər silinməlidir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı əsas borcu 2889,33 (iki min səkkiz yüz səksən doqquz dollar otuz üç sent) ABŞ dolları, faiz borcu 829,24 (səkkiz yüz iyirmi doqquz dollar iyirmi dörd sent) ABŞ dolları və cəmi 3718,56 (üç min yeddi yüz on səkkiz dollar əlli altı sent) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir . Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “problemli kreditlərin kompensasiyası”na əsasən sonuncuya 2173 (iki min bir yüz yetmiş üç) manat kompensasiya hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/188 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və Cavabdeh ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 09-xx-xx-014891 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli qətnamə məlumatlarına əsasən İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; maliyyə arayışı müddətinə yəni, xx.xx.2016-cı il tarixinə əsas borc üzrə 2889,33 ABŞ dolları, faiz borcu üzrə 829,24 ABŞ dolları təşkil edir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Fərmanı ilə güzəşt edilmiş məbləğ xx.xx.2019-cu il tarixdə 1278,24 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin məbləğ əsas borc məbləğindən çıxdıqda İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 1611,11 ABŞ dolları, faiz borcu üzrə 829,24 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 85 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "Muğanbank” ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə illik 28% olmaqla 3170 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda İddiaçı bank tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının Prezidenti X4 tərəfindən imzalanmış “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ 2019-cu il 28 fevral tarixli fərmana uyğun olaraq restrukturuzasiya tətbiq edilmədiyini və kredit müqaviləsi üzrə artıq əsas və faiz borcunun tutulduğunu iddia edir və həmin artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. Mülki işin araşdırılması zamanı məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı artıq hesablanmış əsas və faiz borcunun olub-olmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/188 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və Cavabdeh ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 09-xx-xx-014891 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli qətnamə məlumatlarına əsasən İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; maliyyə arayışı müddətinə yəni, xx.xx.2016-cı il tarixinə əsas borc üzrə 2889,33 ABŞ dolları, faiz borcu üzrə 829,24 ABŞ dolları təşkil edir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Fərmanı ilə güzəşt edilmiş məbləğ xx.xx.2019-cu il tarixdə 1278,24 ABŞ dolları məbləğində müəyyən edilir. Həmin məbləğ əsas borc məbləğindən çıxdıqda İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 1611,11 ABŞ dolları, faiz borcu üzrə 829,24 ABŞ dolları təşkil edir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassızdır və rədd edilməlidir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı cavabdehə irəli sürdüyü şərtlər daxilində faiz borcunun silinməsi əsassızdır və qanuni əsası yoxdur. Hazırda iddiaçı bank tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ 2019-cu il 28 fevral tarixli fərmana uyğun olaraq restrukturuzasiya tətbiq edilmədiyini və kredit müqaviləsi üzrə artıq faiz borcunun tutulduğunu iddia edir və həmin artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞdollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcunamünasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələriüzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsaskredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi...

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində banklarınvalyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kreditborcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: ...8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqlarıistisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);... 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fizikişəxslərə güzəştli kreditlərin verilməsi;... 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmışfaizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları iləbağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına nəzarət Palatasının 27 mart 2019cu il tarixli Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”na dair qərarının 6.16-cı bəndindən görünür ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır. Bundan əlavə mülki işin araşdırılması zamanı məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı artıq hesablanmış əsas və faiz borcunun olub-olmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert rəyi ilə güzəşt edilmiş məbləğ 1278,24 ABŞ dolları məbləğində müəyyən edilməklə əsas borc məbləğindən çıxdıqda İddiaçı banka olan borcu əsas borc üzrə 1611,11 ABŞ dolları, faiz borcu üzrə 829,24 ABŞ dolları olduğu müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı əsas borcu 2889,33 (iki min səkkiz yüz səksən doqquz dollar otuz üç sent) ABŞ dolları, faiz borcu 829,24 (səkkiz yüz iyirmi doqquz dollar iyirmi dörd sent) ABŞ dolları və cəmi 3718,56 (üç min yeddi yüz on səkkiz dollar əlli altı sent) ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassızdır və rədd edilməlidir. Halbuki tərəflər arasında artıq qanuni qüvvəsini almış və preyudisial xarakterli məhkəmə aktı mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2 və 82.3-cü maddələriə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi iddiası rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar