Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4943/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “paykart kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “paykart kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1731,94 manat məbləğində əsas kredit borcunun, 4002,15 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 0,80 manat məbləğində cərimə borcunun, cəmi 5734,89 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 17.09.2015-ci il tarixli 15011-0609/073259 saylı Paykart kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 25% dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini X1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Paykart kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 09.09.2021-ci il tarixə İddiaçı ASC-yə 1731,94 manat məbləğində əsas kredit borcu, 4002,15 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0,80 manat cərimə borcu olmaqla, cəmi 5734,89 manat məbləğində borcu qalmaqdadır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 13.09.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 17.09.2015-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC-dən istehlak məqsədi üçün 60 ay müddətinə 17.09.2020-ci il tarixədək 1800 manat məbləğində PayKart Kredit plastik kart vasitəsilə kredit xətti açılmasınına dair müraciət etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.09.2015-ci il tarixli 15011- 0609/073259 nömrəli paykart kredit müqaviləsinindən görünür ki, Cavabdeh 60 ay müddətinə 1800 manat məbləğində istehlak kredit xətti açılmışdır. Cavabdeh ünvanlanmış 09.09.2021-ci il tarixli pretenziya məktublarından görünür ki, müqavilə üzrə öhdəlikləi irca etmədiklərinə görə kredit müqaviləsinin ləğv edilməsi üçün 3 bank iş günü müddətində banka yaxınlaşmadıqları təqdirdə, kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə iş materialları hazırlanıb aidiyyatı üzrə məhkəmə orqanlarına göndərilməsi bildirilmişdir. 09.09.2021-ci il tarixli Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh 09.09.2021.2021-ci il tarixə əsas borcu üzrə 1731,94 manat, faiz borcu üzrə 4002,15 manat, cərimə borcu üzrə 0,80 manat olmaqla, cəmi 5734,89 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslərəlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.09.2015-ci il tarixli 15011-0609/073259 saylı Paykart kredit müqaviləsinə əsasən Cavabdeh 60 il müddətinə illik 25% dərəcəsi ilə 1800 manat məbləğində kredit xətti açılmışdır. Lakin Cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17.09.2015-ci il tarixli 15011-0609/073259 saylı Paykart kredit müqaviləsinə əsasən 1731,94 manat əsas, 4002,15 manat faiz, 0,80 manat cərimə olmaqla, cəmi 5734,89 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17.09.2015-ci il tarixli Rest 15011-0609/073259 saylı Paykart kredit müqaviləsi üzrə əsas borcuna görə 1731,94 manat, faiz borcuna görə 4002,15 manat, cərimə borcuna görə 0,80 manat olmaqla, cəmi 5734,89 (beş min yeddi yüz otuz dörd manat 89 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4943/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4943/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver