Məhkəmə qərarları › İş №2(005)-498/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-498/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-498/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC 12 saylı marşurut xəttinə üzrə şəhərdaxili sərnişindaşımada istifadə etdiyi “Daewoo” markalı, 10-TE 208 dövlət qeydiyyat nişanlı avtomaşını icbari sığortası olmadığından 2600 manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi ABN 603842 №-li, “30” iyun 2021-ci il tarixli texniki pasporta əsasən, 199556 Jfeli mühərrik, KMHCF31FPVU799556 №li kuza olan **-KO-*** dövlət nömrə nişanlı, alqı satqı müqaviləsi BDYPİ qeydiyyatda olan “Hundai Sonata” markalı avtomaşın ona məxsusdur. “15” oktyabr 2021-ci ildə təxminən saat 10 radələrində Babək prospekti istiqamətindən Məhəmməd Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində yuxarıda qeyd olunan avtomaşını idarə edərkən onunla yol-nəqliyyat hadisəsi baş vermişdir: Avtomobilində işıqforun qırmızı işığında dayanıb yolun açılmasın gözləyərkən 10- TE-2U8 dövlət nömrə nişanlı “Daewoo” markalı 12 saylı sərnişin avtobusu avtomobilini arxadan vurub əzmişdir. Zərbənin gücündən avtomobili birneçə metr sürüşdürüb qabaqda işıqforun qırmızı işığında dayanan digər avtomobilə çırpılmışdır. Zərbənin gücündən həm arxadan həm də ön tərəfdən avtomobilə ciddi maddi ziyan dəymişdir. Göstərilən yol-nəqliyyat hadisəsi 12 saylı marşurut üzrə hərəkət edən “Daewoo” markalı **-TE-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh MMC şirkəti AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması hadisə yerində DYP müfəttişinin tərtib edilmiş olduğu sənədlərlə və Xətai RPİ-nin baş təhqiqatçısı polis polkovnik-leytinantı Teymur Ağamirovun yazdığı qərarda təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən 12 saylı sərnişin avtobusunun sahibi "xxxx" MMC-nin təqsiri Azərbaycan Respublikası Xətai RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov və DYP-ıı n müfəttişi tərətmdən tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına arxa “bufer", arxa baqajın qapısı, arxa stop işıqları, arxa sol “krılo”, ön tərəfdən həm sağ həm də sol dönmə işıqları, ön “bufer” və radiator əzilmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı 12 saylı marşrut xəttinin sahibləri əvvəlcə söz versələr də sonradan hər hansı ödəniş etməkdən boyun qaçırmışlar. “Daewoo" markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən X2 arxasında təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına bu şəkildə zərər vurulmuşdur: Avtomaşında yararsız vəziyyətə düşmüş hissələrin yenisi ilə dəyişdirilməsi və təmir işlərinin aparılmasının dəyəri 2600 manatdır; Vurulmuş ziyanın ümumi miqdarı 2600 manat təşkil edir. İddiaçı 28.03.2022-ci il tarixdə iddia tələbinə artırılma verərək Cavabdeh MMC-dən onun xeyrinə 3.155 manatın tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15.11.2021-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, 15 oktyabr 2021 -ci il tarixdə saat təxminən 10 radələrində X8 idarə etdiyi «Daewoo» markalı **-TE-*** dövlət nömrə nişanlı avtobusla Xətai rayonu, M.Hadi küçəsində İddiaçı idarə etdiyi «Hyundai Sonata» markalı **-KO-*** dövlət qeydiyyat nömrəli avtomobillə və X3 idarə etdiyi «Mersedes 220» markalı **-VH-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuşdur. X1 xəsarət almışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi «Hyundai Sonata» markalı **-KO-*** dövlət qeydiyyat nömrəli avtomobillə Babək prospekti istiqamətindən M.Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağında işıqforun qırmızı işığında dayanmışdır. Bu vaxt avtomobilinin arxasından zərbə hiss etmiş və avtomobili qarşıda olan Mersedes markalı avtomobilə dəymişdir. Avtomobilindən düşərək görmüşdür ki, arxadan «Deu» markalı avtobus onun avtomobilinə dəymişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. İş üzrə izahatı alınmış Hacaliyev Havayət ötər qızı göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində həyat yoldaşı ilə birlikdə onun idarə etdiyi «Mersedes 220» markalı **-VH-*** dövlət qeydiyyat nömrəli avtomobillə Babək prospekti istiqamətindən M.Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən avtomobillərinin arxasından zərbə hiss etmiş və yoldaşı avtomobili saxlayaraq görmüşdür ki. avtomobillərinin arxasından «Hyundai» markalı avtomobil dəymiş, həmin avtomobilin arxasından isə «Deu» markalı avtomobil dəymişdir. Hadisə nəticəsində heç bir xəsarət almamış, məhkəmə tibbi ekspertizasından keçmək istəmir. İş üzrə izahatı alınmış X6 göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində etibarnamə əsasında idarə etdiyi «Mersedes 220» markalı **-VH-*** dövlət qeydiyyat nömrəli avtomobillə Babək prospekti istiqamətindən M.Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 40 km surətlə hərəkətdə olarkən avtomobilinin arxasından zərbə hiss etmiş və avtomobilini saxlayaraq görmüşdür ki, avtomobilinin arxasından «Hyundai» markalı avtomobil dəymiş, həmin avtomobilin arxasından isə «Deu» markalı avtomobil dəymişdir. İş üzrə X5 izahatının alınması onun iflic olması ilə əlaqədar mümkün olmamışdır. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli tarixli 114/2021 nömrəli rəyindən müəyyən olunur ki, İ.Xudiyevdə müəyyən edilmiş «Kəskin baş beyin qan dövranı pozğunluğu, sol tərəfli hemiplegiya, Esensial hipertenziya-3 dərəcə» diaqnozu xəstəlik əlaməti olub, onun travma ilə əlaqələndirmək mümkün deyil. Araşdırma zamanı müəyyən olunmuşdur ki, «Daewoo» markalı **-TE-*** dövlət nömrə nişanlı avtobus Cavabdeh MMC-nə məxsus olmuş və şirkət tərəfindən icbari sığorta müqaviləsi bağlanmamışdır. Ona görə də qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material tizrə cinayət işinin başlanılması rədd edilmiş, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh MMC Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi, Toplanmış materialın surəti Cavabdeh MMC barəsində inzibati qaydada tədbir görülməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və X4 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və Qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və həmin qərardan şikayət elmək hüququ onlara izah edilməsi qərara alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hundai Sonata” markalı ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına 30.06.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/323 saylı, 28.02.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin 12.02.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Hundai Sonata” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.155 manat müəyyən edilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırda iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3.155 manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, 15 oktyabr 2021 -ci il tarixdə saat təxminən 10 radələrində X8 idarə etdiyi «Daewoo» markalı **-TE-*** dövlət nömrə nişanlı avtobusla Xətai rayonu, M.Hadi küçəsində İddiaçı idarə etdiyi «Hyundai Sonata» markalı **-KO-*** dövlət qeydiyyat nömrəli avtomobillə və X3 idarə etdiyi «Mersedes 220» markalı **-VH-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuşdur. X1 xəsarət almışdır. İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15.11.2021-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, «Daewoo» markalı **-TE-*** dövlət nömrə nişanlı avtobus Cavabdeh MMC-nə məxsus olmuş və şirkət tərəfindən icbari sığorta müqaviləsi bağlanmamışdır. Ona görə də qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material tizrə cinayət işinin başlanılması rədd edilmiş, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh MMC Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi, Toplanmış materialın surəti Cavabdeh MMC barəsində inzibati qaydada tədbir görülməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və X4 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və Qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və həmin qərardan şikayət elmək hüququ onlara izah edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/323 saylı, 28.02.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin 12.02.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Hundai Sonata” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.155 manat müəyyən edilir. Göründüyü kimi Cavabdeh MMC-nin təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dəymiş zərər 3.155 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı iddiası təmin olunmalı, iddiaçının nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3.155 (üç min yüz əlli beş) manat, Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən maddi zərərin əvəzi kimi 3.155 (üç min yüz əlli beş) manat İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MMC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar