Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4980/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı "xxxx" X4tinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" X4tinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" X4tinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyun 2018-ci il tarixli NK-12-1206201S/110237 nömrəli kredit müqaviləsinə əsasən 10.06.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6200.39 (altı min iki yüz manat 39 qəpik) manat təşkil edir. Bundan 3840.18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997.61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,74 manat faiz borcu və 16 avqust 2017-ci il tarixli 2018 nömrəli kredit üzrə cəmi borcu 48392,12 ABŞ dolları təşkil edir. Bundan 32280 (otuz, iki min iki yüz söksən dollar) ABŞ dolları əsas, 14795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317.12 (bir min üç yüz on yeddi dollar 12 sent) ABŞ dollar faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabddı Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı’-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı LPO "xxxx" X4tinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, “AmrahBank" X4.inin A/adlıq filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyim 2018-ei il tarixli NK-12-12062018/110237 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 6000 (altı min) manat və 16 avqust 2017-ci il tarixli 2018 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otu/, altı) ay müddətinə illik 12 faiz dərəcəsi ilə 32280 ABŞ dolları məbləğlərində kreditlər verilmişdir. Kredit müqavilələrinin 1-1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 12 iyun 2018-ci il tarixli NK-12-12062018/11J237 nömrəli kredit müqaviləsinə əsasən 10.06.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6200.39 (altı min iki yüz manat 39 qəpik) manat təşkil edir. Bundan 3840.18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997.61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cii il tarixli Plenum qərarına əsasən hesablanmış 189.74 (bir yüz səksən doqquz manat 74 qəpik) manat faiz borcu və 16 avqust 2017-ci il tarixli 2018 nömrəli kredit müqaviləsinə əsasən 10.06.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 48392.12 (qırx səkkiz min üç yüz doxsan iki dollar 12 sent) ABŞ dolları təşkil edir. Bundan 32280 (otuz iki min iki yüz səksən dollar) ABŞ dolları əsas, 14795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317.12 (bir min üç yüz on yeddi dollar 12 sent) ABŞ dollar faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********157 saylı 16.06.2021-ci il tarixli və **********158 saylı 16.06.2021-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdiıilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı "xxxx" X4tinin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.08.2017-ci il tarixli 2018 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" X4tinin Azadlıq filialından illik faiz dərəcəsi 12% olmaqla 36 ay müddətinə 32280 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 16.08.2017-ci il tarixli 2018 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə 10.06.2021-ci il tarixə 32280 ABŞ dolları əsas borcu, 14795 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317.12 ABŞ dollarıolmaqla, cəmi 48392,12 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan Kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 32280 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.06.2018-ci il tarixli NK-12-12062018/110237 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" X4tindən illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 12.06.2018-ci il tarixli NK- 12-12062018/110237 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə 22.06.2021-ci il tarixə 3840 manat əsas borcu, 1997,61 manat faiz borcu, 3840.18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997.61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,74 manat faiz borcu olmaqla, cəmi 6200 manat borcu qalmışdır. İş materiallarında olan Kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 6000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də borcalan Cavabdeh oğlu öhdəliyi lazımınca icra etmədiyi üçün onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hər iki kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi hesablanmış məbləğlərdə əsaslı olduğundan tam təmin edilməli, 12 iyun 2018-ci il tarixli NK-12- 1206201S/110237 nömrəli kredit müqaviləsinə əsasən 3840.18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997.61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,74 manat faiz borcu, 16 avqust 2017-ci il tarixli 2018 nömrəli kredit üzrə 32280 (otuz, iki min iki yüz söksən dollar) ABŞ dolları əsas, 14795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317.12 (bir min üç yüz on yeddi dollar 12 sent) ABŞ dollar faiz borcu Cavabdeh tutularaq "xxxx" X4tinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12 iyun 2018-ci il tarixli NK-12-1206201S/110237 nömrəli kredit müqaviləsinə əsasən 3840,18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997.61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,74 manat faiz borcu, ümumilikdə 6200,39 manat məbləğində borc; 16 avqust 2017-ci il tarixli 2018 nömrəli kredit üzrə 32.280 (otuz, iki min iki yüz söksən dollar) ABŞ dolları əsas, 14.795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317.12 (bir min üç yüz on yeddi dollar 12 sent) ABŞ dollar faiz borcu, ümumilikdə 48.392,12 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu LPO "xxxx" X4tinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4980/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4980/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver