Məhkəmə qərarları › İş №2(005)-5011/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5011/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5011/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2, Cavabdeh3 qarşı əqdlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər qismində göstərilmiş cavabdehlər Cavabdeh1 qızı Nəsimi rayonu, Nəbiyev X1 rayonu, Həsənov X2 rayonunda pasport qeydiyyatındadır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü il maddəsinə əsasən hakim əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvana uyğun məhkəməyə verilməmişdir. Aidiyyat qaydaları pozulduğdan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Digər tərəfdən iddiaçı isə mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən görünür ki, dövlət rüsumu Nəsimi rayon Məhkəməsi üçün ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə görə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-cü maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2, Cavabdeh3 qarşı əqdlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar