Məhkəmə qərarları › İş №2(005)-502/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-502/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-502/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “pul tələbi və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “pul tələbi və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 6100 (altı min yüz) manat borcun və 1000 (bir min) manat məbləğində əldə çıxmış faydanın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Kazımov küçəsi, cv 26 ünvanda yerləşən ərazidə Cavabdeh və X1 1 otaqlı mənzil almışam. Bu zaman aralarında heç bir narazılıq olmamış və Asif şəxsi istifadəsi üçün özünə avtomobil almaq istədiyini bildirmişdir. Cavabdeh Gürcüstan Respublikasından avtomobil gətirə biləcəyini bildirmiş və iddiaçı ondan Opel markalı avtomobil gətirilməsi üçün xx.xx.2019-cu il tarixdə ümumilikdə 6100 (altı min yüz) manat pul vermişdir. Lakin bu günə kimi ödədiyi pul geri qaytarılmamışdır. Cavabdeh hüquqazidd hərəkətləri barəsində tərəfimdən AR DİN Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə şikayət verilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin baş təhqiqatçısının xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh X5 iddia tələbini qismən qəbul edərək iddiaçıya 6100 (altı min yüz) manat borcunun olmasını etiraf etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Xətai RPİ-nin 36-cı PB-nin İddiaçı ünvanlandığı məktubda göstərilmişdir ki, sizin, müraciətiniz əsasında toplanmış material üzrə araşdırma aparılaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Qərarın surəti Sizə göndərməklə yanaşı izah edilir ki, qərarla razı olmadığınız halda Azərbaycan Respublikasının CPM-nin 212.3-cü maddəsinə əsasən prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnuz vardır Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Xəlilovun xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən və məzmunundan görünür ki, Ərizə və alınmış izahatında vət. İddiaçı göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən ərazidə Cavabdeh və X1 1 otaqlı mənzil almış, bu zaman aralarında heç bir narazılıq olmamış və Asif şəxsi istifadəsi üçün özünə avtomobil almaq istəmişdir. X6 Respublikasından avtomobil gətirə biləcəyini bildirərək özünü dürüst və doğru adam kimi göstərmiş bu səbəbdən də sonuncu ona da Opel markalı avtomobili gətirməsini istəmişdir. İddiaçı Gürcüstandan ona Opel markalı avtomobil gətirilməsi üçün Cavabdeh xx.xx.2019-cu il tarixdə ümumilkdə 6100 manat pul vermiş, həmin vaxtdan Olixan Ağababayev avtomobil gətirməmiş və sonradan ona borcun olduğunu bildirmişdir. İzahatı alınmış vət.Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı özünə məxsus evi satan zaman tanış olmuş, tanışlıq müddətində Asif ona avtomobil almaq istədiyini bildirmiş ancaq onun 6100 manat pulunun olduğunu demiş, sonuncu bu məbləğə ancaq Jiquli markalı avtomobil ala biləcəyini bildirmiş Asif ona Opel avtomobili alıb gətirməsini və avtomobili gətirdikdən sonra qalan pulu verəcəyini vəd etmişdir. Bundan sonra X6 Respublikasından Opel avtomobili gətirmiş və avtomobilin ümumi qiymətinin 13.500 manat təşkil etmişdir. Avtomobili gətirdikdən sonra Asif hələlik pulunun olmadığını bildirdikdə Əlixan öz Hyundai markalı avtomobilini idarə etmək üçün Asifə vermişdir. Əlixan Ağababyev sonradan həmir. Opel markalı avtomobili satışı qoymuş avtomobilin problemləri olduğundan satış zamanı 3500 manat ziyana düşmüş, buna baxmayaraq o, Asifə 4000 manat pul verə biləcəyini deyib qalan 2100 manat pulu qalan müddətə verəcəyini bildirmiş lakin Asif onunla razılaşmamış və buna baxmayaraq sonradan Əlixan 1500 manat pulu Asifə qaytamışdır.Həmin vaxtdar tərəflər arasında mübahisə yaranmış Əlixan avtomobil satışından etdiyi ziyan ilə əlaqədar Asifə qalan borcunu qaytara bilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayə işinin başlanması rədd edilmiş, ərizəçiyə qeyd olunan xüsusatlarla, iddiası ilə bağl mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Gürcüstan Respublikasından avtomobil gətirmək məqsədi ilə ümumilikdə 6100 (altı min yüz) manat pul vermişdir. Lakin bu günə kimi ödədiyi pul geri qaytarılmamışdır. Həmin məbləgin borclu olması cavabdehin “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın”da verdiyi izahatında öz əksini tapmışdır. Bununla da aparılmış araşdırma zamanı İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin, qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı mövcud sübutlar, işdə iştirak edən şəxsin izahatı ilə də öz hüquqi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 6.100 (altı min yüz) manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində təmin olunmalı və cavabdeh X2 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “1.000 manat əldən çıxmış faydanın tutulması” hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 6.100 (altı min yüz) manat məbləğində tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar