Məhkəmə qərarları › İş №2(005)-503/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-503/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-503/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə girov qoyulmuş çərçivə kredit və girov müqaviləsinə əsasən girov qoyduğu 1 ədəd 13 qram olan 585 əyarlı qızıl boyunbağı, 1 ədəd çəkisi 10 qram olan 585 əyarlı qızıl boyunbağı, 1 ədəd çəkisi 10 qram olan 583 əyarlı qızıl qolbaq, 1 ədəd 12 qram qızıl qolbaq, 1 cüt çəkisi 14 qram olan 583 əyarlı sırğanın Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış çərçivə kredit və girov müqaviləsinə əsasən 1 ədəd 13 qram olan 585 əyarlı qızıl boyunbağı, 1 ədəd çəkisi 10 qram olan 585 əyarlı qızıl boyunbağı, 1 ədəd çəkisi 10 qram olan 583 əyarlı qızıl qolbaq, 1 ədəd 12 qram qızıl qolbaq və kredit müqaviləsinə əsasən 1 cüt çəkisi 14 qram olan 583 əyarlı sırğa girov qoyulub müvafiq olaraq pul vəsaiti götürmüşdür. Krediti tam ödəməyinə baxmayaraq hazıradək girov qoyulmuş əşyalar geri qaytarılmamışdır. Hazırda heç bir borcu yoxdur. Şifahi olaraq bildirilmişdir ki, əşyalar satılmışdır. Bununla əlaqədar olaraq cavabdehə bir neçə dəfə ərizə ilə müraciət etmiş, ancaq müraciətləri təmin edilməmişdir. Bundan başqa cavabdeh şifahi olaraq qeyd edir ki, əşyalar satılmış, borca ödənilmişdir. Bununla bağlı da müraciət etmişdir ki, satılmışdırsa hərracın qərarı, aktı və sair sənədlərin surətini ona da təqdim etsinlər, ancaq bunu etməkdən süni şəkildə qanunsuz olaraq boyun qaçırmışlar. 3 ildən artıqdır ki, cavabdehin qanunsuz əməllərindən əziyyət çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ASC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı müqavilələrin şərtlərini pozaraq, borclarının ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcların ödənilməsi tələbi ilə iddiaçıya rəsmi müraciət olunmasına, həmçinin borclar ödənilmədiyi təqdirdə girov əşyalarının satılaraq kredit borclarının bağlanmasına yönəldiləcəyi barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, götürülən borcların qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 və SB0074609- 2020 saylı çərçivə kredit və girov müqavilələri üzrə müvafiq olaraq yaranmış cəmi 1695,94 manat, 670,6 manat və 287,5 manat borcların ödənilməsini təmin etmək məqsədilə tərəfindən xx.xx.2022-ci il tarixdə hüququndan istifadə etməklə, girov əşyalara tutma tətbiq edilmiş, nəticədə satışdan əldə edilmiş məbləğlər borcların ödənilməsinə yönəldilmiş, vəsaitlər kifayət etmədiyi üçün qalıq borc məbləğləri öz vəsaiti hesabına silinmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı Çərçivə kredit və Girov müqaviləsindən görünür ki, “Borcverən” Cavabdeh ASC tərəfindən “Borcalan” İddiaçı müqavilənin 2-ci maddəsinə əsasən 60 ay müddətinə (xx.xx.2025-ci il tarixədək) 954 manat məbləğində kredit verilmişdir. “Borcalan” müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri “Borcverən”ə ödəməyi, xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsi 48 faizdən çox ayrılmış hər kredit tranşının müddəti 18 aydan çox ola bilməz. Kredit xətti üzrə əsas borcun ümumi məbləği girov predmeti dəyərinin 200 faizini aşa bilməz. 8.1-ci bəndə əsasən müqavilənin imzalanması anına girov predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 954 manat məbləğində müəyyən olunur. 6.1.5-ci bəndə əsaən “Borcverən”/”Girov saxlayan”ın hüquqları sırasına müqavilənin 5.7-ci bəndində qeyd olunmuş hallarda kredit xəttinin vaxtından əvvəl qaytarılmasını və həmin bənddə müəyyən edilmiş müddətədək hesablanmış faizlərin və dəbbənin ödənilməsini “Borcalan”dan tələb etmək və bu tələb 5.8-ci bənddə müəyyən olunmuş müddətə yerinə yetirilmədikdə öhdəliklərin icrasının təminatı qismində çıxış edən girov predmetinə tutma yönəltmək daxildir; xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı Çərçivə kredit və Girov müqaviləsindən görünür ki, “Borcverən” Cavabdeh ASC tərəfindən “Borcalan” İddiaçı müqavilənin 2-ci bəndinə əsasən 60 ay müddətinə (xx.xx.2025-ci il tarixədək) 254 manat məbləğində kredit verilmişdir. “Borcalan” müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri “Borcverən”ə ödəməyi, xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsi 48 faizdən çox ayrılmış hər kredit tranşının müddəti 12 aydan çox ola bilməz. Kredit xətti üzrə əsas borcun ümumi məbləği girov predmeti dəyərinin 200 faizini aşa bilməz. 8.1-ci bəndə əsasən müqavilənin imzalanması anına girov predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 254 manat məbləğində müəyyən olunur. 6.1.5-ci bəndə əsaən “Borcverən”/”Girov saxlayan”ın hüquqları sırasına müqavilənin 5.7-ci bəndində qeyd olunmuş hallarda kredit xəttinin vaxtından əvvəl qaytarılmasını və həmin bənddə müəyyən edilmiş müddətədək hesablanmış faizlərin və dəbbənin ödənilməsini “Borcalan”dan tələb etmək və bu tələb 5.8-ci bənddə müəyyən olunmuş müddətə yerinə yetirilmədikdə öhdəliklərin icrasının təminatı qismində çıxış edən girov predmetinə tutma yönəltmək daxildir; xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı Çərçivə kredit və Girov müqaviləsindən görünür ki, “Borcverən” Cavabdeh ASCtərəfindən “Borcalan” İddiaçı müqavilənin 2-ci maddəsinə əsasən 60 ay müddətinə (xx.xx.2025-ci il tarixədək) 460 manat məbləğində kredit verilmişdir. “Borcalan” müqavilə çərçivəsində təqdim olunmuş kredit xəttini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri “Borcverən”ə ödəməyi, xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsi 48 faizdən çox ayrılmış hər kredit tranşının müddəti 12 aydan çox ola bilməz. Kredit xətti üzrə əsas borcun ümumi məbləği girov predmeti dəyərinin 200 faizini aşa bilməz. 8.1-ci bəndə əsasən müqavilənin imzalanması anına girov predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 460 manat məbləğində müəyyən olunur. 6.1.5-ci bəndə əsaən “Borcverən”/”Girov saxlayan”ın hüquqları sırasına müqavilənin 5.7-ci bəndində qeyd olunmuş hallarda kredit xəttinin vaxtından əvvəl qaytarılmasını və həmin bənddə müəyyən edilmiş müddətədək hesablanmış faizlərin və dəbbənin ödənilməsini “Borcalan”dan tələb etmək və bu tələb 5.8-ci bənddə müəyyən olunmuş müddətə yerinə yetirilmədikdə öhdəliklərin icrasının təminatı qismində çıxış edən girov predmetinə tutma yönəltmək daxildir; xx.xx.2024-cü il tarixli, 420-8/24 saylı Kredit hesabından çıxarışdan görünür ki, SB0074609-2020 saylı kredit müqaviləsinə əsasən “Borcalan” tərəfindən cəmi 211 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixə müştərinin borcu 287,50 manat olmuş, girov qoyulmuş qızıl-zinət əşyalarının satışı nəticəsində 254 manat məbləğində silinmə edilmişdir. Satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədiyindən 33,50 manat qalıq borc məbləği Cəmiyyətin öz vəsaiti hesabına silinmişdir; xx.xx.2024-cü il tarixli, 420-6/24 saylı Kredit hesabından çıxarışdan görünür ki, SB0057885-2020 saylı kredit müqaviləsinə əsasən “Borcalan” tərəfindən cəmi 393 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixə müştərinin borcu 1695,94 manat olmuş, girov qoyulmuş qızıl-zinət əşyalarının satışı nəticəsində 954 manat məbləğində silinmə edilmişdir. Satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədiyindən 741,94 manat qalıq borc məbləği Cəmiyyətin öz vəsaiti hesabına silinmişdir; xx.xx.2024-cü il tarixli, 420-7/24 saylı Kredit hesabından çıxarışdan görünür ki, SB0074608-2020 saylı kredit müqaviləsinə əsasən “Borcalan” tərəfindən cəmi 235 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixə müştərinin borcu 670,60 manat olmuş, girov qoyulmuş qızıl-zinət əşyalarının satışı nəticəsində 460 manat məbləğində silinmə edilmişdir. Satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədiyindən 210,60 manat qalıq borc məbləği Cəmiyyətin öz vəsaiti hesabına silinmişdir; xx.xx.2022-ci il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı “Çərçivə kredit və Girov müqaviləsi üzrə girov bileti”ndə göstərilmiş qızıl-zinət əşyaları yenidən qiymətləndirilmiş və qeyd olunan qiymətlərə X1. Satışdan əldə olunan vəsait kredit borcunun əldə olunmasına yönəldilmişdir. Belə ki, 1 ədəd 8,37 qram çəkili, 585A əyar boyunbağı 385 manata, 1 ədəd 6,99 qram çəkili, 585A əyar qolbaq 321 manata, 1 ədəd 5,65 qram çəkili, 583 B əyar qolbaq 248 manata satılmışdır; xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, 460 manat əsas borc, 130,70 manat faiz borcu üzrə ödəniş edilmişdir; SB0074608-2020 saylı çərçivə müqaviləsi üzrə girov biletinə 2 saylı əlavədən görünür ki, “Girovqoyan” İddiaçı Cavabdeh ASC-dən götürdüyü kreditə təminat olaraq, girov kimi təklif edilmiş qızıl-zinət əşyalarından 1 ədəd qırıq, 9,60 qram çəkili, 583B əyar, 460 manat dəyərində boyunbağının olduğu və saxlanca verildiyi təsdiqlənmişdir. Əlavə “Girovqoyan” İddiaçı və “Girov saxlayan” X2 tərəfindən imzalanmışdır; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı kredit müqaviləsi üzrə 619,60 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2021-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; xx.xx.2022-ci il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı “Çərçivə kredit və Girov müqaviləsi üzrə girov bileti”ndə göstərilmiş qızıl-zinət əşşyaları yenidən qiymətləndirilmiş və qeyd olunan qiymətlərə X1. Satışdan əldə olunan vəsait kredit borcunun əldə olunmasına yönəldilmişdir. Belə ki, 1 ədəd 9,60 qram çəkili, 583B əyar boyunbağı 460 manata satılmışdır; xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, 254 manat əsas borc, 72,06 manat faiz borcu üzrə ödəniş edilmişdir; SB0074609-2020 saylı çərçivə müqaviləsi üzrə girov biletinə 2 saylı əlavədən görünür ki, “Girovqoyan” İddiaçı Cavabdeh ASC-dən götürdüyü kreditə təminat olaraq, girov kimi təklif edilmiş qızıl-zinət əşyalarından, 1 cüt, 7,30 qram çəkili, 583B əyar, 254 manat dəyərində sırğanın olduğu və saxlanca verildiyi təsdiqlənmişdir. Əlavə “Girovqoyan” İddiaçı və “Girov saxlayan” X2 tərəfindən imzalanmışdır; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı kredit müqaviləsi üzrə 259,87 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2021-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; xx.xx.2022-ci il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı “Çərçivə kredit və Girov müqaviləsi üzrə girov bileti”ndə göstərilmiş qızıl-zinət əşyaları yenidən qiymətləndirilmiş və qeyd olunan qiymətlərə X1. Satışdan əldə olunan vəsait kredit borcunun əldə olunmasına yönəldilmişdir. Belə ki, 1 cüt, 7,30 qram çəkili, 583B əyar sırğa 254 manata satılmışdır; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı kredit müqaviləsi üzrə 1460,58 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2021-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı kredit müqaviləsi üzrə 265,73 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2020-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı kredit müqaviləsi üzrə 254,87 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2021-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı kredit müqaviləsi üzrə 498,51 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2020-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı kredit müqaviləsi üzrə 560,33 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2021-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, 954 manat əsas borc, 409,20 manat faiz borcu üzrə ödəniş edilmişdir; Saxlanc girovun qiymətləndirilməsinə dair SB0057885-2020 saylı çərçivə müqaviləsinə 2 saylı əlavədən görünür ki, “Girovqoyan” İddiaçı Cavabdeh ASC-dən götürdüyü kreditə təminat olaraq, girov kimi təklif edilmiş qızıl-zinət əşyalarından, 1 ədəd, 8,37 qram çəkili, 585A əyar, 385 manat dəyərində boyunbağının, 1 ədəd, 6,99 qram çəkili, 585A əyar, 321 manat dəyərində qolbağının, 1 ədəd, 5,65 qram çəkili, 583B əyar, 248 manat dəyərində qolbağının olduğu və saxlanca verildiyi təsdiqlənmişdir. Əlavə “Girovqoyan” İddiaçı və “Girov saxlayan” X2 tərəfindən imzalanmışdır; Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı kredit müqaviləsi üzrə 1610,83 manat məbləğində kredit borcunun olması barədə İddiaçı xəbərdar edilmiş və həmin məbləğin xx.xx.2021-ci il tarixə qədər ödənilməsi tələb olunmuşdur. Əks halda, girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir; xx.xx.2020-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı ərizəni Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə, illik 48 faiz ödənilməsi şərtilə götürdüyü 954 manat məbləğində kreditin təminatı olaraq xx.xx.2020 tarixli Təhviltəslim Aktına və GJN653054 Girov biletinə əsasən qızıl-zinət əşyalarının saxlanc girova verilməsini təsdiq etmək məqsədi ilə vermişdir. O bildirmişdir ki, kredit müqaviləsində, habelə əlavələrdə müəyyən olunmuş öhdəlikləri lazımınca yerinə yetirməsə, Cavabdeh ASC tərəfindən göndərilmiş çağırış üzrə müəyyən olunmuş vaxtda gəlmədiyi halda, “Girovsaxlayan”ın borcu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada və açıq hərrac təşkil etmədən girovu satmasını və əldə olunan məbləği borcumun bağlanmasına yönəldilməsini xahiş edir; xx.xx.2020-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı ərizəni Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə götürdüyü 460 manat məbləğində kreditin təminatı olaraq xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı girov biletinə əsasən qızıl-zinət əşyalarının saxlanc girova verilməsini təsdiq etmək məqsədi ilə vermişdir. O bildirmişdir ki, kredit müqaviləsində, habelə əlavələrdə müəyyən olunmuş öhdəlikləri lazımınca yerinə yetirməsə, Cavabdeh ASC tərəfindən göndərilmiş çağırış üzrə müəyyən olunmuş vaxtda gəlmədiyi halda, “Girovsaxlayan”ın borcu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada və açıq hərrac təşkil etmədən girovu satmasını və əldə olunan məbləği borcumun bağlanmasına yönəldilməsini xahiş edir; xx.xx.2020-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı ərizəni Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə götürdüyü 254 manat məbləğində kreditin təminatı olaraq xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı girov biletinə əsasən qızıl-zinət əşyalarının saxlanc girova verilməsini təsdiq etmək məqsədi ilə vermişdir. O bildirmişdir ki, kredit müqaviləsində, habelə əlavələrdə müəyyən olunmuş öhdəlikləri lazımınca yerinə yetirməsə, Cavabdeh ASC tərəfindən göndərilmiş çağırış üzrə müəyyən olunmuş vaxtda gəlmədiyi halda, “Girovsaxlayan”ın borcu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada və açıq hərrac təşkil etmədən girovu satmasını və əldə olunan məbləği borcumun bağlanmasına yönəldilməsini xahiş edir; AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/348 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı Çərçivə kredit və girov müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündə “Borc alan” qrafasındakı imza, 2-ci vərəqin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 3-cü vərəqinin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 4-cü vərəqinin aşağı hissəsində “Borcalan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı kredit müqaviləsinə 1 saylı əlavənin aşağı hissəsində “Borcalan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0057885-2020 saylı (saxlanc girovun qiymətləndirməsinə dair) çərçivə müqaviləsinə 2 saylı əlavənin aşağı hissəsində “Girovqoyan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı Çərçivə kredit və girov müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 2-ci vərəqin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 3-cü vərəqinin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 4-cü vərəqinin aşağı hissəsində “Borcalan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı kredit müqaviləsinə 1 saylı əlavənin aşağı hissəsində “Borcalan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0074608-2020 saylı çərçivə müqaviləsi üzrə girov biletinə 2 saylı əlavənin aşağı hissəsində “Girovqoyan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı Çərçivə kredit və girov müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 2-ci vərəqin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 3-cü vərəqinin aşağı sağ küncündə “Borcalan” qrafasındakı imza, 4-cü vərəqinin aşağı hissəsində “Borcalan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı kredit müqaviləsinə 1 saylı əlavənin aşağı hissəsində “Borcalan” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli, SB0074609-2020 saylı çərçivə müqaviləsi üzrə girov biletinə 2 saylı əlavənin aşağı hissəsində “Girovqoyan” qrafasındakı imza İddiaçı məxsusdur; Qəbzlərin surətlərindən görünür ki, Sabirabad rayon Kredit Evi tərəfindən İddiaçı xəbərdarlıq məktubları göndərilmişdir; Hesablaşma aktlarından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı SB0057885- 2020 saylı müqavilə üzrə 954 manat, SB0074608-2020 saylı müqavilə üzrə 460 manat, SB0074609-2020 saylı müqavilə üzrə 254 manat məbləğində kredit verilmişdir; xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı plastik kart və ona məxsus məxfi kod verilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və girov müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqavilələrinə əsasən “Borcverən” Cavabdeh ASC “Borcalan” İddiaçı kredit verməyi, “Borcalan” isə müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və faizləri “Borcverən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin bağlanmış kredit müqavilələrinin təminatı kimi qızıl-zinət əşyalarının girova qoyulması məqsədilə tərəflər arasında saxlanc girovu müqavilələri bağlanmışdır. Hazırda İddiaçı kredit müqavilələri üzrə borc məbləğlərini vaxtında və tam həcmdə ödədiyini, girov qoyulmuş qızıl-zinət əşyalarının Cavabdeh ASC tərəfindən qanunsuz şəkildə satıldığını və əsassız varlandığını əsas götürərək, girov predmetlərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1 və 276.1-ci maddələrinə uyğun olaraq, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 279 və 295-ci maddələrinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydasını müəyyən edən Mülki Məcəllənin 296.1 və 297-ci maddələrinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 15.2, 17.3 və 18.1.1-ci maddələrinə görə, borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən ilk növbədə yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə bölüşdürülür. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ASC müqavilə ilə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə müəyyən edilmiş məbləğləri İddiaçı vermişdir. Lakin iddiaçı kredit məbləğlərini vaxtında və tam şəkildə ödədiyini iddia etsə də, kredit müqavilələrinin 1 saylı əlavələrindən göründüyü kimi lazımınca öhdəliklərini yerinə yetirməmiş, hətta cavabdeh tərəfindən ona borcları barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin edilmiş xəbərdarlıqlar bir nəticə verməmiş, borclu tərəfindən borc məbləğləri müqavilələrdə nəzərdə tutulmuş müddətdə və məbləğdə cavabdehə qaytarılmamışdır. Göründüyü kimi İddiaçı risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmuş və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımışdır. İş materiallarına daxil olan müqavilələrin müvafiq maddələrinə, razılıq ərizələrinə, girov biletlərinə 2 saylı əlavələrə əsasən İddiaçı kredit müqavilələrinin təminatı olaraq qızılzinət əşyalarının Cavabdeh ASC-yə saxlanc girova verilməsinə və öhdəliklərini lazımınca yerinə yetirmədikdə, göndərilmiş çağırış üzrə müəyyən olunmuş vaxtda gəlmədikdə, “Girovsaxlayan”ın borcu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada və açıq hərrac təşkil etmədən girovu satmasına və əldə olunan məbləğin borcun bağlanmasına yönəldilməsinə razılıq vermişdir. Tərəflər öz aralarında yaranmış hüquq münasibətləri çərçivəsinə girov predmeti olan hər bir qızıl-zinət əşyasının çəkisini, əyarını, qiymətini və s. digər xüsusiyyətlərini müəyyənləşdirmişlər. Hətta həyata keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası nəticəsində iş üzrə müqavilə və əlavələrdə atılmış imzaların İddiaçı məxsus olması təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən Cavabdeh ASC öhdəliklərin icrasının təminatı qismində çıxış edən girov predmetinə tutma yönəltmə hüququndan istifadə etməkdə haqlı olmuş, bu hüququn realizəsi ilə bağlı hərəkətləri qanuni şəkildə həyata keçirmişdir. O, mülki məcəllənin və daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin tələblərinə, müqavilə şərtlərinə riayət etməklə, o cümlədən, satış və borclardan silinməni aktlarla rəsmiləşdirməklə qızıl-zinət əşyalarını satmışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır, məhkəmə icraatı zamanı İddiaçı nə öhdəliklərini tam şəkildə yerinə yetirməsini, nə də Cavabdeh ASC-nin hərəktlərinin qanunsuzluğunu sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İmzaların kimin tərəfindən icra olunduğunu müəyyənləşdirmək məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul İddiaçı tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İmzaların kimin tərəfindən icra olunduğunu müəyyənləşdirmək məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul İddiaçı tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar