Məhkəmə qərarları › İş №2(005)-5041/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-5041/2021

03.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5041/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 ABŞ dollarının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2005-ci ilin aprel-sentyabr aylarında müxtəlif vaxtlarda evinə çıxarış və şəhadətnamə alması üçün ondan 5000 ABŞ dolları məbləğində pul almışdır. 2006-cı ildə aralarında barışıq sazişi bağlanmış və onun əsasında 3-cü şəxs X2 və Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. Dələlərlə müraciət olunmasına baxmayaraq cavabdeh pulu qaytarmamışdır, hətta Binəqədi RPŞ-nə müraciət olunmuşdur. Binəqədi RPŞ-nin cinayət İşinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən işdə cinayət tərkibi olmadığında məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən yazılı ərizə təqdim edərək, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə payçı Cavabdeh arasında bağlanmış 03.10.2006-cı il tarixli barışıq razılaşması haqqında müqaviləyə əsasən borclu kreditora məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzilə dair Qeydiyyat vəsiqəsi, Texniki pasport və Forma 1 almaq üçün qarşılıqlı razılaşmaya əsasən, 2005-ci ilin aprel-sentyabr aylarında müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə aldığı 5000 (beş min) ABŞ dolları məbləğində pulu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə kreditora ödəməyi, müqavilə bağlanan anda borcludan 1000 (bir min) ABŞ dolları məbləğində nağd pulu qəbul etməyi, borcun qalan hissəsini isə (4000 (dörd min) ABŞ dolları), borcludan hissə-hissə, hər ay 700 (yeddi yüz) ABŞ dolları olmaqla 6 (altı ay) müddətində qəbul etməyi, borcun qalan hissəsini borcludan hər ayın 15-ci günü qəbul etməyi öhdəsinə götürmüşdür; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü PŞ-nin 15.07.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; 25.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə payçı Cavabdeh arasında bağlanmış 03.10.2006-cı il tarixli barışıq razılaşması haqqında müqaviləyə əsasən borclu kreditora məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzilə dair Qeydiyyat vəsiqəsi, Texniki pasport və Forma 1 almaq üçün qarşılıqlı razılaşmaya əsasən, 2005-ci ilin aprelsentyabr aylarında müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə aldığı 5000 (beş min) ABŞ dolları məbləğində pulu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə kreditora ödəməyi, müqavilə bağlanan anda borcludan 1000 (bir min) ABŞ dolları məbləğində nağd pulu qəbul etməyi, borcun qalan hissəsini isə (4000 (dörd min) ABŞ dolları), borcludan hissə-hissə, hər ay 700 (yeddi yüz) ABŞ dolları olmaqla 6 (altı ay) müddətində qəbul etməyi, borcun qalan hissəsini borcludan hər ayın 15-ci günü qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqaviləsi üzrə yaranmış 500 ABŞ dolları məbləğində pulu cavabdeh Cavabdeh tələb edir. İddiaçı Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 03.10.2006-cı il tarixli müqavilə üzrə 5000 ABŞ dolları məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar