Məhkəmə qərarları › İş №2(005)-505/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-505/2023

27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-505/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" KB ASC və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi üçüncü şəxs olmaqla) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə ("xxxx" KB ASC və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi üçüncü şəxs olmaqla) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 4717,50 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 4985,50 məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin İddiaçı və X2 qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli 67B8/11 saylı əsas kredit müqaviləsinin çərçivəsindən bağlanılmış xx.xx.2014-cü il tarixli 67B8/14saylı əlavə kredit müqaviləsi üzrə 28.917 ABŞ dolları əsas borc, 3050.48 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu və xx.xx.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış xx.xx.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 11.755,63 ABŞ dolları əsas borc, 1.231.40 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 45,004.51 ABŞ dolları mobləğındə pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə cavabdeh yəni İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1D saylı evin 40 saylı mənzilinə yönəlməklə hamin əmlakın açıq hərrac volu ilə satılması, hamin əmlakın satışından əldə olunan vasaitdən cami 45.004,51 ABŞ dolları mabləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alnımaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun "xxxx" KB ASC-nın hesabına ödənilməsi, qalan məbləğin mənə verilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaka hərrac yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İddiaçı və X1 Bakı şəhəri, Nəsimi rayonu. Alı Mustafayev küçəsi 1 saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, məhkəmə tikinti texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın cavabdeh İddiaçı alınaraq "Əmlak Ekspert Mərkəzi’ MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9975/2018 saylı, 05 sentyabr 2018-ci ıl tarixli qətnaməsi ilə cavabdehlər X1 və İddiaçı apelyasiya şikayəti təmin ediməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2018 saylı iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və X2 nisbətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə iclaslarından məlumatı olmamış, İddiaçı telefon vasitəsi ilə əlaqə saxlanılıb mənzilin hərraca çıxarıldığı bildirildikən sonra Bakı Apelyasiya Məhkəməsinə müraciət edib 17 yanvar 2019-cu il tarixdə qətnaməni əhlə etdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. O cümlədən Nəsimi rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9975/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti verildiyini, Bakı şəhəri Nəsimi ravon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(006)-131/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılmasını xahiş etmişəm. Eyni məzmunlu ərizə ilə də '"Hidayətoğlu Şirkətlər” Qrupu MMC-yə müraciət edərək icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılması xahiş olunmuşdur. "X4 MMC qeyd olunan müraciətləri nəzərə alıb hərracların dayandırılacağını bildirmiş, o cümlədən hərracın dayandırılmasına dair ünvan 1 ünvanlamışdır. Hərrac mərkəzi hərracın dayandırılması barədə məktub təqdim etməsinə baxmayaraq özü təqdim etdiyi məktubun əksinə İddiaçı iştirakı və məlumatı olmadan hərrac keçirmiş, hərracın nəticələrinə dair isə İddiaçı məlumat verilməmişdir. Buna görə də, İddiaçı "X4" MMC-nə (hazırda "xxxx" MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(005)-2377/2021 saylı Qatnaməsi ilə İddiaçı cavabdeh "X4" MMC-nə (hazırda "xxxx" MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair "X5" MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələri onların nəticələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7834/2021 saylı Qətnaməsi ilə cavabdeh "X5" MMC (hazırda "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qətnaməsinin nəticəsi ilə razılaşmayan "X4" MMC (hazırda "xxxx" MMC) tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(102)-2056/2022 saylı Qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasıya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7834/202l nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank mənzili mülkiyyətinə keçirdiyi üçün və İddiaçı mənzildən çıxarılacağı üçün məcburiyyət qarşısında qalıb 13 mart 2020-ci il tarixilə 11KD/20 nömrəli kredit müqaviləsi və həmin tarixli sonrakı ipoteka müqaviləsi bağlayaraq borcunun ödəmək məcburiyyətində qalmışdır. Belə ki, yuxarıda adı çəkilən məhkəmə qətnamələri ilə hərracın qanunsuz keçirilməsi ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, 02 aprel 2021-ci il tarixdə keçirilən qanunsuz hərracın keçirilməsi ilə əlaqədar "xxxx" KB ASC tərəfindən 4717,50 manat pul ödənilmişdir. Həmin hərracın keçirilməsi ilə bağlı ödənilmiş pul məbləğ isə bank tərəfindən İddiaçı alınmışdır. İddiaçı ödənilmiş pul məbləğinin qaytarılması ilə bağlı "xxxx" MMC-yə müraciət etsədə pul məbləği ona geri qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildrimişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Həmçinin hesab edirik ki, iddia tələbi səhv qaldırılmış, cavabdeh qismində başqa hüquqi şəxs qeyd edilməli idi. İddia tələbi ilə əlaqədar aşağıdakıları məhkəmənin diqqətinə çatdırırıq: İddia tələbinin özündə də iddiaçı etiraf eləmişdir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı ödəniş edilməmiş, hərrac ödənişi Unibank KB ASC tərəfindən hərrac yekunları barədə bağlanan müqaviləyə əsasən hərrac təşkilatçısına ödənilmişdir. Daha sonra isə heç bir qanuni əsası olmadan Unibank KB ASC tərəfindən şəxsdən həmin hərrac xərci tutulmuşdur. İddiaçı tərəfindən hərracın keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqının hərrac təşkilatından tələb edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Mülki Məcəllənin 415.4-cü maddəsinə əsasən Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Göründüyü kimi qanunvericilik hərracın iştirakçısı tərəfindən ödənilmiş xidmət haqqınnını (behin) hansı hallarda geri qaytarılmasını konkret olaraq müəyyən eləmişdir. Əqdlərin etibarsızlığının hüquqi nəticəsini əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmişxidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir İpoteka haqqında Qanunun 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. Qeyd olunan normaların məzmunundan da görünür ki, hərracın nəticələri etibarsız hesab olunduğu təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərclərin geri qaytarılmasının hərrac təşkilatçısının üzərinə qoyulması ilə bağlı hər hansı bir norma mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2377/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair “X4" MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələri onların nəticələri etibarsız hesab edilməsi qətt edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-7834/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh “X4" MMC (hazırda "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qətt edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2056/2022 saylı qərarından görünür ki, cavabdeh “Capitals Auction" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7834/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon icra Şöbəsi tərəfindən "X4" MMC-nın 16 yanvar 2019-cu il tarixli 695-122115/18-5-22 nömrəli sifariş məktubdan görünür ki. “X4” MMC-yə daxil olan əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1D 40 nömrəli mənzilin satışı üçün elan verilmiş və ilkin hərrac tarixi 15 fevral 2019-cu il tarixdə keçirilmiş, təkrar hərrac isə 05 mart 2019-cu il tarixə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş "X4" MMC-nin 02 aprel 2019-cu il tarixli 37 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzili üzrə hərrac başa çatmış və ev “Unibank' ASC-yə alıcı qismində təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş "X4" MMC-nin Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 02 aprel 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilin 94350 (doxsan dörd min uç yüz əlli) manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır; İş materiallarına əlavə edilmiş “X4 MMC-nın 08 avqust 2019-cu il tarixli 47 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzil üzrə hərrac başa çatmış və ev "xxxx" ASC-yə alıcı qismində təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş “X4” MMC-nin Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 08 avqust 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilini 94350 (doxsan dörd min uç yüz əlli) manat dəyərındə "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" KB ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli PKKİED/2316 nömrəli məktubdan görünür ki, hərrac təşkilatı olan “X4" MMC-yə (hazırda "xxxx" MMC-yə) "xxxx" KB ASC tərəfindən ödənilmiş 3997.88 manat və 719.62 manat olmaqla cəmi 4717.5 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən "xxxx" KB ASC-yə xx.xx.2020-ci il tarixdə qaytarılmışdır. Qeyd olunan məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli 34807 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı işi üzrə cəmi (3997.88 manat +719.62 manat) 4717.5 manat xidmət haqqı "xxxx" KB ASC tərəfindən “X4" MMC-yə (hazırda "xxxx" MMC-yə) ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzili Nəsimi rayon icra Şöbəsi tərəfindən "X4" MMC-nın 16 yanvar 2019-cu il tarixli 695- 122115/18-5-22 nömrəli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. Daha sonra mənzilə dair keçirilmiş hərraclarda əmlak satılmadığından qanunvericliyin tələbi üzrə tələbkara təklif olunmuşdur. Qeyd olunan əmlak tələbkar tərəfindən qəbul edildiyindən hərracın təşkil edilməsinə dair ümumilikdə 4717.5 manat xidmət haqqı "xxxx" KB ASC tərəfindən “X4" MMC-yə (hazırda "xxxx" MMC-yə) ödənilmişdir. Daha sonra iddiaçı tərəfindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının tələbi təmin edilərək, keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı tərəfindən "xxxx" KB ASC-yə nəticələri etibarsız hesab edilmiş hərraca xx.xx.2019-cu il tarixdə ödənilmiş xidmət haqqı geri qaytarılmışdır. İddiaçı tərəfindən cavabdehə etibarsız sayılmış hərrac üzrə onun tərəfindən "xxxx" KB ASC-yə ödənilmiş xidmət haqqının geri qaytarılması ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı onun tərəfindən ödənilmiş 4717.5 xidmət haqqının cavabdeh tərəfindən ona geri qaytarılması tələbi məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Normaların məzmunundan göründüyü kimi hərracda müqavilənin bağlanması alqısatqı müqaviləsinin bir növüdür və əqdlərlə (müqavilələrlə) bağlı müddəalar bu münasibətlərə tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ şərtlərini iddia tələbinə tətbiqi zamanı iddiaçı tərəfindən hazırki tələb üzrə cavabdeh qismində müəyyən etdiyi hərrac təşkilatının onun qanunla qorunan hansı hüququnu pozması müəyyən edilmir.Belə ki, işin hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisə predmeti olan pul məbləği "xxxx" KB ASC-yə ödənilmişdir. Eyni zamanda cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə uyğun bağlanmış müqavilə hərrac təşkilatı ilə "xxxx" KB ASC arasında bağlanmışdır. Qeyd olunan müqavilənin bağlanmasına səbəb olmuş sifariş məktubu Bakı şəhəri Nəsimi rayon İcra söbəsi tərəfindən verilmişdir. Hazırki halda iddiaçı tərəfindən qeyd olunan hərracın keçirilməsi, habelə hərracın nəticəsi olan alqı-satqı müqaviləsində tərəf olmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan maddi hüquq normalarının imperativ şərtlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə müvafiq əsaslandırma aparılması ilə yanaşı həmçinin həmin əsaslandırmada göstərilən halların təsdiq edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda hazırda məhkəmə iddia tələbi üzrə qeyd olunan pulun cavabdehdən tutulması, habelə cavabdeh tərəfindən ümumiyyətlə iddiaçı qarşısında hərracın keçirilməsi ilə bağlı hər-hansı öhdəliyin götürülməsi məyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" KB ASC və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi üçüncü şəxs olmaqla) qarşı “cavabdeh "xxxx" MMC-dən 4717,50 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 4985,50 məbləğində pulun tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə ("xxxx" KB ASC və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi üçüncü şəxs olmaqla) qarşı “cavabdeh "xxxx" MMC-dən 4717,50 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 4985,50 məbləğində pulun tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar