Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-506/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Okean Avto 2011" MMC-yə dəymiş 2109 manat miqdarında maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2139 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh “Okean Avto 2011" MMC-yə dəymiş 2109 manat miqdarında maddi ziyanın və 41,09 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2150,09 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh 03 il müddətinə etibar edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2693 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A577837 şassi (ban) nömrəli, qara rəngli, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona satılmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək aylıq ödənişlər etməmiş, bu səbəbdən tərəflərindən qanunamüvafiq qaydada tədbirlər görülərək Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan sonra cavabdeh tərəfindən qeyd edilən avtomobil şirkətə təhvil verilmiş, bu səbəbdən ona qarşı heç bir tələb və şikayətləri qalmamış və iş üzrə məhkəmə icraatına xitam verilmişdir. Müqavilənin predmeti olan nəqliyyat vasitəsi geri təhvil verilərkən avtomobilə dair radar cərimələrinin olduğu müəyyən edilmiş, həmin cərimələrinin ödənilməsi barədə Cavabdeh müraciət edilmiş, cavabdeh öz növbəsində cərimələrin ödəniləcəyini bildirsə də heç bir cərimə ödənilməmişdir. Cərimələrin ödənilməməsi səbəbindən avtomobil üzərinə həbs qoyulmuş və bu səbəbdən də həmin cərimələrin ödənilməsi onlar tərəfindən həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli, 2693 saylı nisyə alqı-satqı müqaviləsinin 5.1.6-cı bəndinə əsasən “Avtomaşından alıcının bu müqavilənin qüvvədə olduğu müddətdə istifadəsi zamanı müvafiq icra hakimiyyəti orqanları tərəfindən satıcıya yönəldilmiş və ödənmiş maliyyə sanksiyaları və pul cərimələri və s. tutmaların iki qat məbləğini “Satıcı”-nın “Alıcı"-dan tələb etmək hüququ vardır. Qeyd edilən cərimələrin yazılması səbəbindən avtomobilin üzərinə həbs qoyulmuş və bu səbəbdən həmin cərimələr onlar tərəfindən tam şəkildə ödənilmişdir. Yazılmış cərimələr ödənildikdən sonra cavabdeh tərəfindən ziyan onların şirkətinə vurulmuş sayılır. Cavabdeh dəfələrlə vurulmuş ziyanın ödənilməsinə dair müraciətlər olunsa da, bu günə qədər cavabdeh zərəri ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2693 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən görünür ki, “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, KMHEU41AP8A577837 şassi (ban) nömrəli, qara rəngli, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobil nisyə olmaqla Cavabdeh satılmışdır və müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla, 3 il müəyyən edilmişdir. Həmin minik avotmobilinin dəyəri müqavilədə 30814,5 manat göstərilmişdir; xx.xx.2020-ci il tarixli “Təhvil-təslim akt”ından görünür ki, Cavabdeh nəqliyyat vasitəsinin heç bir nasazlığının olmamasını və onu təhvil almasını öz imzası ilə təsdiq etmişdir; DİN-nin DYP Veb Portalından çıxarışlardan görünür ki, İXM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzabi xətaları törətməsinə görə barəsində icraat aparılan şəxs Cavabdehdur; Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalı vasitəsi ilə ödənilmiş mədaxil qəbzlərindən görünür ki, Azərbaycan Respublikası Baş X6 İdarəsinə mövcud cərimələr üçün xx.xx.2022-ci il tarixdə ümumilikdə 2109 manat məbləğində ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində “Hyundai Sonata” minik markalı, 2008-ci il buraxılışlı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alğı-satqısı müqaviləsi bağlanmışdır. Sonradan Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilmədiyindən avtomobil geri qaytarılmışdır. Nəqliyyat vasitəsi Cavabdeh olarkən avtomobilə dair radar cərimələri yazılmış və həmin cərimələrə görə ümumilikdə 2109 manat pul iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinad edərək vurulmuş zərərin əvəzi olaraq 2109 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, zərərin ödənilməsi üçün bir neçə hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun X2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh barəsində müvafiq nəqliyyat vasitəsi idarə edilərkən İXM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzabi xətaları törətməsinə görə inzibati cərimələrin tətbiq edilməsi və həmin cərimələrə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, yəni iddiaçı tərəfindən 2109 manat məbləğində pul ödənilməsi iş materialları ilə təsdiq olunur. Avtomobilin Cavabdeh olduğu dövrdə yazılmış cərimələrin İddiaçı tərəfindən ödənilməsi isə iddiaçının məruz qaldığı real zərərdir. Cünki cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermiş hadisə ilə iddiaçı əlavə ödənişlər etmək məcburiyyətində qalmışdır. Məhkəmə işdə olan materiallara əsasən belə qənaətə gəlir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərin əvəzini ödədiyindən onun ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 2109 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 41,09 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 2109 (iki min yüz doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 41,09 (qırx bir manat, doqquz qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-506/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-506/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver