Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5081/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2019-cu il tarixli 393-RKM-0401-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borcu 1461.09 AZN (bir min dcrd yüz altmış bir manat doqquz qəpik), faiz borcu 5.34 AZN (beş manat otuz dörd qəpik), cərimə borcu 18.26 AZN (on səkkiz manat iyirmi altı qəpik) olmaqla ümumi borcu 1484.69 AZN (Bir min dörd yüz səksən dörd manat altmış doqquz qəpik) borcun İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirirlər ki, Cavabdeh 60 (altmış) ay müddətinə 1492 13 (bir min dörd yüz doxsan iki manat 13 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 noyabr 2019-cu il tarixli, 393-RKM-0401-19 saylı Kredit Mücaviləsi bağlanmışdır. Cavabdeh oğlu qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən Ödəniş cədvəli üzrə 2020-ci il ilin aorel və may aylarının əsas borc və faiz borcunun ödənişini ödəniş cədvəlində nəzərdə tutulmuş son ödəniş gününə keçirilməsi üçün BOKT "xxxx" QSC-nə müraciət etmişdir. Bununla əlaqədar olaraq X3 ilə Bank Olmayan Kredit Təşkilatı «Embafinans” QSC arasında 11 noyabr 2019-cu il tarixli 005-NBK-0060-119 saylı Kredit Müqaviləsinə 03 iyun 2020-ci il tarixli 2 saylı Əlavə imzalanmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq. Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş 18.05.2021-ci il tarixli 14850/21 saylı pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 noyabr 2019-cu il tarixli, 393-RKM-0401-19 saylı Kredit Müqaviləsindən görünür ki, bokt Cavabdeh 60 (altmış) ay müddətinə 1492,13 (bir min dörd yüz doxsan iki manat 13 qəpik) manat məbləğində kredit verilmişdir İş materiallarında olan 11 noyabr 2019-cu il tarixli, 393-RKM-0401-19 saylı Kredit Müqaviləsinə 1 saylı Əlavə”dən görünür ki, Bu Əlavəyə əsasən tərəflər «Borc verənlə «Borcalan arasında Cavabdeh 1492,13 manat məbləğində pul vəsaitini 60 ay müddətinə illik 1 faizlə ilk 11 ay güzəştlə daha sonra isə ayda 32 manat annuitet ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixinə olan N MA-0022929-21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh BOKT-a 1461.09 AZN (bir min dörd yüz altmış bir manat doqquz qəpik), faiz borcu 5.34 AZN (beş manat otuz dörd qəpik), cərimə borcu 18.26 AZN (on səkkiz manat iyirmi altı qəpik) borcu yaranmışdır. İş materiallarında olan BOKT "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış 18 may 2021-ci il tarixli bildirişdən görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışından da görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 1461.09 AZN (bir min dörd yüz altmış bir manat doqquz qəpik), faiz borcu 5.34 AZN (beş manat otuz dörd qəpik), cərimə borcu 18.26 AZN (on səkkiz manat iyirmi altı qəpik) təşkil edir və cavabdeh 11 noyabr 2019-cu il tarixli, 393- RKM-0401-19 saylı Kredit Müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən də tələb olunan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə əsas borcu 1461.09 AZN (bir min dcrd yüz altmış bir manat doqquz qəpik), faiz borcu 5.34 AZN (beş manat otuz dörd qəpik), cərimə borcu 18.26 AZN (on səkkiz manat iyirmi altı qəpik) pul tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2019-cu il tarixli, 393- RKM-0401-19 saylı müqavilə ləğv edilsin. Cavabdeh 3610.86 manat məbləğində əsas borc, 323.74 manat məbləğində faiz borcu, cəmi 3934.6 manat borc və 30 manat dövlət rüsumu iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-5081/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5081/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver