Məhkəmə qərarları › İş №2(005)-5083/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5083/2021

16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5083/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı Cavabdeh qızına qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 73312.50 manat pulun tutularaq (reqress qaydasında) ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 7685/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən əsas kredit borcun ödənilməsi məqsədi ilə 185.885 ABŞ dolları 27 sent, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 20.663 ABŞ dolları 14 sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 4869 ABŞ dolları, cəmi isə 211.417 ABŞ dolları 41 sent məbləğində pul, habelə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 90 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlər Cavabdeh, X5, İddiaçı və X1 iddiaçı "Bank VTB (Azərbaycan)' ASC-nin xeyrinə tutulması, turma ipoteka predmetləri olan və Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 29 №-li evin 37-ci mənzilinə, ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə; cavabdeh X2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 1 nömrəli evin 37-ci mənzilinə ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə; cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evinə, ilkin satış qiyməti 115.000 manat müəyyən edilməklə yönəldilməsi qət olunmuşdur. Bundan sonra həmin icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən ona məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evin satılması X3 MMC-yə həvalə edilmişdir. Həmin əmlak hərraca çıxarılmış, 26.09.2018-ci il tarixində hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi bağlanmış Bank VTB ASC həmin fərdi yaşayış evini 73312.50 manata almışdır. Göründüyü kimi, X4 Bank VTB ASCyə olduğu borc ona məxsus əmlakın satışından ödənilmişdir. Buna həmin şəxsə qarşı reqres qaydasında pul tələb etmək hüququna malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7685/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən əsas kredit borcun ödənilməsi məqsədi ilə 185.885 ABŞ dolları 27 sent, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 20.663 ABŞ dolları 14 sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 4869 ABŞ dolları, cəmi isə 211.417 ABŞ dolları 41 sent məbləğində pul, habelə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 90 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlər Cavabdeh, X5, İddiaçı və X1 iddiaçı "Bank VTB (Azərbaycan)' ASC-nin xeyrinə tutulması, turma ipoteka predmetləri olan və Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 29 №-li evin 37-ci mənzilinə, ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə; cavabdeh X2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 1 nömrəli evin 37-ci mənzilinə ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə; cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evinə, ilkin satış qiyməti 115.000 manat müəyyən edilməklə yönəldilməsi qət olunmuşdur. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin 06.06.2018-ci il tarixli 17/75№75-3A saylı sifariş məktubundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evin satılması X3 MMC-yə həvalə edilmişdir. İş materiallarında olan “X3”MMC-nin 26.09.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bank VTB ASC İddiaçı məxsusAbşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evini 73312.50 manata almışdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, qüvvəyə minmiş Bakı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7685/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən əsas kredit borcun ödənilməsi məqsədi ilə 185.885 ABŞ dolları 27 sent, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 20.663 ABŞ dolları 14 sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 4869 ABŞ dolları, cəmi isə 211.417 ABŞ dolları 41 sent məbləğində pul, habelə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 90 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlər Cavabdeh, X5, İddiaçı və X1 iddiaçı "Bank VTB (Azərbaycan)' ASC-nin xeyrinə tutulması, turma ipoteka predmetləri olan və Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 29 №-li evin 37-ci mənzilinə, ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə; cavabdeh X2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 1 nömrəli evin 37-ci mənzilinə ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə; cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evinə, ilkin satış qiyməti 115.000 manat müəyyən edilməklə yönəldilməsi qət olunmuşdur. Abşeron rayon İcra və Probasiya şöbəsinin 06.06.2018-ci il tarixli 17/75№75- 3A saylı sifariş məktubu əsasında “X3”MMC 26.09.2018-ci il tarixdə hərrac keçirmiş, 26.09.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında Bank VTB ASC İddiaçı məxsusAbşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evini 73312.50 manata almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-ci maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsindən göründüyü kimi, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-ci maddəsinə görə, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7685/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədi icra edilmiş, borc zamin İddiaçı əmlakı hərraca çıxarılmaqla ödənilmiş bununla da zaminin əsas borcluya, yəni İddiaçı Cavabdeh qarşı reqres hüququ yaranmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı "xxxx" ASC-yə fərdi yaşayış evinin satılması nəticəsində ödənilmiş 73312,50 manat pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə Cavabdeh iddiasını əsaslı hesab edir və iddianın təmin edilməsini qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 73312.50 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar