Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-509/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (“K@TV 1”) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (“K@TV 1”) Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyəti (“K@TV 1”) Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq, xx xxxxxx 2005-ci il tarixdə və xx xxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “Odalət-A” hüquq firması ilə xx xxx 2008-ci il, xx xxxx 2011-ci il, xx xxxxx 2014cü il, xx xxxx 2015-ci il və xx xxxxxx 2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinit: arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 19 saylı MKİS tərəfindən verilən arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 1, mənzil 98 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan Səlimov Mənsur ilə “İddiaçı’* MMC arasında bağlanmış “K@.TVF xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2010-cu il tarixinədək etmiş və xx.xx.2010-cu il tarixdə 4.32 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2010-cu il tarixdə “xxxx*’ hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0530 C saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0530 C saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2010-cu il tarixdə baxış keçirilmişdir. Həmin ünvana xx.xx.2013-cil il tarixdə keçirilən qrafikdənkənar nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkıar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 1458 KA saylı akt tərtib edilmişdir. 1458 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 23 10.2012-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 (doqquz) manat, xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi. cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0530 C saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2010-cu il tarixdən ilk qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2010-cu il tarixə qədər olan müddət 94 gün, 1458 KA saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2012-ci il tarixdən sonuncu qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2013-cü il tarixə qədər olan müddət 171 gün olmaqla cəmi 265 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 79 manat 50 qəpik təşkil edir. Həmçinin “İddiaçı" MMC “xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Qeyd edilənləri nəzər alaraq, Cavabdeh “K@TVl” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 79 manat 50 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 249 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (K@TV 1) nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “AG Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 1458 KA nömrəli aktın surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə İddiaçı MMC–yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin binanın 98 saylı mənzil sakini tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulması faktları aşkar edilmişdir. İş materiallarında olan “AG Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 1530 C nömrəli aktın surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə İddiaçı MMC–yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin binanın 98 saylı mənzil sakini tərəfindən kabel şəbəkəsinə qanunsuz qoşulması faktları aşkar edilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1 mənzil 98 ünvanında yaşayan Səlimov Mənsur arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2010-cu il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2010-cu il tarixində 4,32 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” hüquq firmasına hüquqi xidmətlərin göstərilməsinə görə 150 manat pul köçürülmüşdür. İş materiallarında olan 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, mənzil 98 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar qeydiyyatdan çıxmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etməsi üçün 20,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC–yə hüquqi xidmət göstərən “xxxx” MMC-nin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 1, mənzil 98 ünvanında kabel şəbəkəsinə baxış keçirmiş, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə 1458 KA və 0530 C nömrəli akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, Cavabdeh təqsirli olaraq törətdiyi hüquqa zidd əməl (kabel televiziyasına qanunsuz qoşulma) nəticəsində iddiaçıya zərər vurulması faktı mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə iddia tələbinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün çəkilən xərclərə görə 150 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində nümayəndəyə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, nümayəndəyə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir, mübahisənin predmetini vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi təşkil edir. Eyni zamanda, məhkəmə hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən şirkətin nümayəndəsinin ümumilikdə bir məhkəmə iclasında iştirak etməsini, tələb olunan bütün sübutların iddia ərisəzinə əlavə edilməsini və onun üzərinə hər hansı sübutun təqdim edilməsi vəzifəsinin qiyulmamasını, hər hansı vəsatət qaldırılmamasını və məhkəmə iclasının qısa müddət davam etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə 50 manat məbləğində pul tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “AG Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsinə qanunsuz qoşulmaya görə 79,50 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 (əlli) manat, cəmi 129,5 (yüz iyirmi doqquz manat əlli qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat və bank xidmətlərinə görə 0.40 qəpik məbləğində pul “AG Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “AG Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsinə qanunsuz qoşulmaya görə 79,50 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 (əlli) manat, cəmi 129,5 (yüz iyirmi doqquz manat əlli qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat və bank xidmətlərinə görə 0.40 ( qırx) qəpik məbləğində pul “AG Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-509/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-509/2021
15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver