Məhkəmə qərarları › İş №2(005)-509/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-509/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-509/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onlara qarşı qanunsuz hərəkətləri üzündən İddiaçı1, İddiaçı2, İddiaçı3, hər birinə ayrı-ayrılıqda 17 680 (on yeddi min altı yüz səksən) məbləğində dəymiş maddi ziyan, ümumilikdə 53 680 (qırx bir min üç yüz səksən dörd) AZN onlara geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılarla Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən hazırki iddia ərizəsinə görə cavabdehin ünvan 1 ünvanda inşa etdiyi 16 mərtəbəli yaşayış binasının “B” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 163 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M10,m2) inşa edərək (təmirsiz halda) 150000 (yüz əlli min) manata İddiaçı1, həmin ünvanda 16 mərtəbəli yaşayış binasının “A” girişinin 13-cü mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 79 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M13, m2) inşa edərək (təmirsiz halda) 130000 (bir yüz otuz min) manata İddiaçı2 və həmin ünvanda 16 mərtəbəli yaşayış binasının “A” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 58 nömrəli mənzili (yeni qaydada: ünvan 2) inşa edərək (təmirsiz halda) 125000 (bir yüz iyirmi beş min) manata İddiaçı3 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş İddiaçı1 məxsus ünvan 2 ünvana aid “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” təqdim olunan “ÇİXARİŞ”-dan görünür ki, mənzilin ümumi sahəsi 119,4 kv.m-dir. Bu isə 133 kv.m ilə müqayisədə 13.6 kv.m az, İddiaçı2 məxsus mənzilin ümumi sahəsi 119,4 kv.m və İddiaçı3 məxsus mənzilin ümumi sahəsi 119,4 kv.m-dir. Bu isə 133 kv.m ilə müqayisədə 13,6 kv.m azdır. Belə ki, müqavilələrin şərtlərinə görə cavabdeh onlara aid olan mənzilləri təmirsiz halda ümumi sahəsini 133 kv.m ölçü vahidində təhvil verməli idi. Lakin, cavabdeh müqaviənin şərtlərini kobud surətdə pozaraq həmin mənzilləri (təmirsiz halda) onlara 119,4 kv.m ölçü vahidi ilə təhvil vermişdir. İddiaçıların bu barədə məlumatı yalnız mənzillərə dair “çıxarış”larla tanış olduqdan sonra olmuşdur. İddiaçı1 Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 1127 (bir min yüz iyirmi yeddi) manat ödəməklə, 133 kv.m sahə üçün 150000 (yüz əlli min) manat pulu ödəmişdir. Bu isə 13,6 kv.m sahəyə görə 15327 (on beş min üç yüz iyirmi yeddi) manat fərq deməkdir. Beləliklə Cavabdeh MMC-i ondan 15327 (on beş min üç yüz iyirmi yeddi) manat atıq pul vəsaiti almışdır. İddiaçı2 Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 977 (doqquz yüz yetmiş yeddi) manat pul vəsaiti ödəməklə, 133 kv.m sahə üçün 130000 (bir yüz otuz min) manat pul vəsaiti ödəmişdir. Bu isə 13,6 kv.m sahəyə görə 13287 (on üç min iki yüz səksən yeddi) manat fərq deməkdir. Beləliklə Cavabdeh MMC-i ondan 13287 (on üç min iki yüz səksən yeddi) manat əlavə pul vəsaiti almışdır. İddiaçı3 Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 939 (doqquz yüz otuz doqquz) manat pul vəsaiti ödəməklə, 133 kv.m sahə üçün 125000 (bir yüz iyirmi beş min) manat pul vəsaiti ödəmişdir. Bu isə 13,6 kv.m sahəyə görə 12770 (on iki min yeddi yüz yetmiş) manat fərq deməkdir. Beləliklə Cavabdeh MMC-i ondan 12770 (on iki min yeddi yüz yetmiş) manat əlavə pul vəsaiti almışdır. Lakin, İddiaçı1 məxsus ünvan 3 ünvanda yerləşən mənzilin (təmirsiz halda), İddiaçı2 Şahin oğluna məxsus ünvan 4 ünvanda yerləşən mənzilin (təmirsiz halda) və İddiaçı3 məxsus ünvan 5 ünvanda yerləşən mənzilin (təmirsiz halda) bir kvadrat metrinin hazırda bu gün üçün bazar qiyməti həmin ərazi üzrə 1300 (bir min üç yüz) manat təşkil edir. Həmin ərazidə yeni inşa edilən mənzillərin bu günkü bazar qiyməti ilə bir kvadrat metrinin 1300 (bir min üç yüz) manat olduğunu nəzərə alsaq, Cavabdeh MMC onların hər birinə 13,6 kvadrat metrəyə görə 17 680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul vəsaiti qaytarmalıdır. Yuxarıda göstərilən xüsusatlarla bağlı Cavabdeh MMC-nə İddiaçı1, İddiaçı2, İddiaçı3, hər biri ayrı-ayrılıqda 13,6 kvadrat metrəyə görə 17 680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul vəsaitini qaytarması barədə pretenziya qaydasında müraciət etsələr də, müsbət nəticə ala bilməmişlər. Bu səbəbdən tərəflər məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh MMC-nin onlara qarşı qanunsuz hərəkətləri üzündən hər birinə 17 680 (on yeddi min altı yüz səksən) manat məbləğində ziyan dəymişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məhkəmə müraciət rüsumu olaraq ödənilən 252 AZN məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılara ödənilməsi həmçinin "xxxx" MMC tərəfindən qiymətləndirmə rüsümu olaraq təqdim olunan 750 AZN hesab faktura (3 mənzilə görə), məhkəmə ekpertiza tərəfindən təqdim olunan 100 AZN hesab fakturanında cavabdehdən tutularaq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İcraçı” Cavabdeh MMC ilə “sifarişçi” İddiaçı3 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 39 nömrəli müqaviləyə və ona əlavə olunan ödəniş qrafikinin surətindən görünür ki, “icraçı” Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 3 ünvanında yerləşən sahəsi 133 kv.m olan, 3 otaqlı, 58 №-li təmirsiz mənzili sifarişçiyə verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. 1 kv.m qiyməti- 939.84 manat olmaqla mənzilin ümumi dəyəri - 125000 manat müəyyən olunmuş və “sifarişçi” tərəfindən ödənilmişdir; “İcraçı” Cavabdeh MMC ilə “sifarişçi” İddiaçı2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 82 nömrəli müqaviləyə və ona əlavə olunan ödəniş qrafikinin surətindən görünür ki, “icraçı” Cavabdeh MMC ünvan 6 ünvanında inşa etdiyi 16-mərtəbəli yaşayış binasının "A" girişinin 13-cü mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan, 3 otaqlı, 79 №-li təmirsiz mənzili sifarişçiyə verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. 1 kv.m qiyməti-977.44 manat olmaqla mənzilin ümumi dəyəri – 130.000 manat müəyyən olunmuş və “sifarişçi” tərəfindən ödənilmişdir; Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 95 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı3 həqiqətən də, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli binanın "A" girişində yerləşən, "10"-cu mərtəbə, "3" otaqlı, sahəsi - "133" kv.m olan, "58" saylı mənzili müqaviləyə əsasən almışdır. Onun qeyd olunan mənzilin sifariş dəyərindən Cavabdeh MMC-nə borcu yoxdur; Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 199 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı2 həqiqətən də, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli binanın "A" girişində yerləşən, "13"-cü mərtəbə, "3" otaqlı, sahəsi - "133" kv.m olan, "79" saylı mənzili müqaviləyə əsasən almışdır. Onun qeyd olunan mənzilin sifariş dəyərindən Cavabdeh MMC-nə borcu yoxdur; Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 378 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı1 həqiqətən də, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli binanın "B" girişində yerləşən, "10"-cu mərtəbə, "3" otaqlı sahəsi - "133"kv.m olan, "163" saylı mənzili müqaviləyə əsasən almışdır. Onun qeyd olunan mənzilin sifariş dəyərindən Cavabdeh MMC-nə borcu yoxdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə xx.xx.2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3306 nömrəli reyestr kitabının 309148 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə xx.xx.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; Müxtəlif tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı1 tərəfindən oktyabr 2018-ci il tarixdə 150.000 manat, İddiaçı2 tərəfindən xx.xx.2017-ci il tarixdə 130.000 manat, İddiaçı3 tərəfindən xx.xx.2017-ci il tarixdə 125.000 manat Cavabdeh MMC-yə ödəniş edilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubunun mətnində “aramızda bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda inşa etdiyiniz 16 mərtəbəli yaşayış binasının “B” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 163 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, Mİ0,m2) inşa edərək (təmirsiz halda) müqavilənin şərtlərinə görə mənə təhvil vermisiniz. Mən də öz növbəmdə həmin məzilə görə 150000 (yüz əlli min) sizə manat pul vəsaiti ödəmişəm. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən mənə məxsus ünvan 2 ünvana aid “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” təqdim olunan “ÇİXARİŞ”-dan görünür ki, mənzilin ümumi sahəsi 119,4 kv.m-dir. Bu isə 133 kv.m ilə müqayisədə 13.6 kv.m azdır. Mən, Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 1127 (bir min yüz iyirmi yeddi) manat ödəməklə, 133 kv.m sahə üçün 150000 (yüz əlli min) manat pul vəsaiti ödəmişəm. Bu isə 13,6 kv.m sahəyə görə 15327 (on beş min üç yüz iyirmi yeddi) manat fərq deməkdir. Beləliklə mən, "xxxx" MMC-nə 15327 (on beş min üç yüz iyirmi yeddi) manat atıq pul vəsaiti ödəmişəm. Buna görə də, hesab edirəm ki, sizin mənə qarşı törətdiyiniz qanunazidd hərəkətlərinizə görə mənə 15327 (on beş min üç yüz iyirmi yeddi) manat məbləğində ziyan dəymişdir. Lakin, mənə məxsus ünvan 3 ünvanda yerləşən mənzilin (təmirsiz halda) bir kvadrat metrinin hazırda bu gün üçün bazar qiyməti 1300 (bir min üç yüz) manatdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmin mənzilin bu günkü bazar qiyməti hər bir kvadrat metrinin 1300 (bir min üç yüz) manat olmaqla, 13,6 kvadrat metrəyə görə 17.680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul məbləğini mənə ödəməyinizi Sizdən tələb edirəm. Əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edəcəyəm. Sizdən bunu nəzərə almağınızı xahiş edirəm” göstərilmişdir; İddiaçı3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubunun mətnində “aramızda bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda inşa etdiyiniz 16 mərtəbəli yaşayış binasının “A” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 58 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M10,m2) inşa edərək (təmirsiz halda) mənə təhvil vermisiniz. Mən də öz növbəmdə həmin mənzilə görə sizə 125000 (bir yüz iyirmi beş min) manat manat pul vəsaiti ödəmişəm. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən mənə məxsus ünvan 11 ünvana aid “Hüquqların Dövlət qeydiyyatı haqquıda daşınmaz əmlakın Dövlət Reyestrindən” təqdim olunan “ÇİXARİŞ”-dan görünür ki, mənzilin ümumi sahəsi 119,4 kv.m-dir. Bu isə 133 kv.m ilə müqayisədə 13.6 kv.m azdır. Mən, Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 939 (doqquz yüz otuz doqquz) manat ödəməklə, 133 kv.m sahə üçün 125000 (bir yüz iyirmi beş min) manat pul vəsaiti ödəmişəm. Bu isə 13,6 kv.m sahəyə görə 12770 (on iki min yeddi yüz yetmiş) manat fərq deməkdir. Beləliklə mən, Cavabdeh MMC-nə 12770 (on iki min yeddi yüz yetmiş) manat əlavə pul vəsaiti ödəmişəm. Buna görə də, hesab edirəm ki, sizin mənə qarşı törətdiyiniz qanunazidd hərəkətlərinizə görə mənə 12770 (on iki min yeddi yüz yetmiş) manat manat məbləğində ziyan dəymişdir. Lakin, mənə məxsus ünvan 11 ünvanda yerləşən mənzilin (təmirsiz halda) bir kvadrat metrinin hazırda bu gün üçün bazar qiyməti 1300 (bir min üç yüz) manatdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmin mənzilin bu günkü bazar qiyməti ilə bir kvadrat metrinin 1300 (bir min üç yüz) manat olmaqla, 13,6 kvadrat metrəyə görə 17.680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul məbləğini mənə ödəməyinizi Sizdən tələb edirəm. Əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edəcəyəm. Sizdən bunu nəzərə almağınızı xahiş edirəm” göstərilmişdir; İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubunun mətnində “aramızda bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda inşa etdiyiniz 16 mərtəbəli yaşayış binasının “A” girişinin 13-cü mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 79 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M13, m2) inşa edərək (təmirsiz halda) mənə təhvil vermisiniz. Mən də öz növbəmdə həmin məzilə görə sizə 130000 (bir yüz otuz min) manat manat pul vəsaiti ödəmişəm. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən mənə məxsus ünvan 4 ünvana aid “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” təqdim olunan “ÇİXARİŞ”-dan görünür ki, mənzilin ümumi sahəsi 119,4 kv.m-dir. Bu isə 133 kv.m ilə müqayisədə 13.6 kv.m azdır. Mən, Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 977 (doqquz yüz yetmiş yeddi) manat ödəməklə, 133 kv.m sahə üçün 130000 (bir yüz otuz min) manat pul vəsaiti ödəmişəm. Bu isə 13,6 kv.m sahəyə görə 13287 (on üç min iki yüz səksən yeddi) manat fərq deməkdir. Beləliklə mən, Cavabdeh MMC-nə 13287 (on üç min iki yüz səksən yeddi) manat əlavə pul vəsaiti ödəmişəm. Buna görə də, hesab edirəm ki, sizin mənə qarşı törətdiyiniz qanunazidd hərəkətlərinizə görə mənə 13287 (on üç min iki yüz səksən yeddi) manat manat məbləğində ziyan dəymişdir. Lakin, mənə məxsus ünvan 4 ünvanda yerləşən mənzilin (təmirsiz halda) bir kvadrat metrinin hazırda bu gün üçün bazar qiyməti 1300 (bir min üç yüz) manatdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmin mənzilin bu günkü bazar qiyməti ilə bir kvadrat metrinin 1300 (bir min üç yüz) manat olmaqla, 13,6 kvadrat metrəyə görə 17.680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul məbləğini mənə ödəməyinizi Sizdən tələb edirəm. Əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edəcəyəm. Sizdən bunu nəzərə almağınızı xahiş edirəm” göstərilmişdir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 14 saylı ekspert rəyinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 3 saylı evin 163 saylı mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 37, M10 mən 2) 1 m2 üçün hazırki bazar dəyəri 1370.7 manat yuvarlaq 1370.0 (bir min üç yüz yetmiş) manat təşkil edir. Xidmət haqqı 250 manat təşkil edir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 15 saylı ekspert rəyinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 3 saylı evin 79 saylı mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 37A, M13 mən 2) 1 m2 üçün hazırki bazar dəyəri 1370.7 manat yuvarlaq 1370.0 (bir min üç yüz yetmiş) manat təşkil edir. Xidmət haqqı 250 manat təşkil edir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 16 saylı ekspert rəyinə əsasən İddiaçı3 liman oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 3 saylı evin 58 saylı mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 37A, M10 mən 2) 1 m2 üçün hazırki bazar dəyəri 1370.7 manat yuvarlaq 1370.0 (bir min üç yüz yetmiş) manat təşkil edir. Xidmət haqqı 250 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1239 №-li, 28 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən: qərardadın birinci sualı üzrə: İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 8 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə ümumi sahəsi 133,0 kv.metr, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 119,4 m2, o cümlədən yaşayış sahəsi 69,7 m2, yardımçı sahəsi 49,7 m2 təşkil etdiyi müəyyən olunur. Eyni zamanda İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 8 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə olan ümumi sahəsi 133,0 kv.metr, faktiki ümumi sahəsi 128,0 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsi ilə bağlanmış müqavilələrdə qeyd edilən ümumi sahəsinin arasında fərq 5 kv.metr (133-128kv.metr) təşkil edir. - İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 9 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə ümumi sahəsi 133,0 kv.metr, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 119,4 m2, o cümlədən yaşayış sahəsi 69,7 m2, yardımçı şahısı m2 təşkil etdiyi müəyyən olunur. Eyni zamanda İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 8 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə olan ümumi sahəsi 133,0 kv.metr, faktiki ümumi sahəsi 128,0 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsi ilə bağlanmış müqavilələrdə qeyd edilən ümumi sahəsinin arasında fərq 5 kv.metr (133-128kv.metr) təşkil edir. - İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 10 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə ümumi sahəsi 133,0 kv.metr, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarf’nın tələbləri nəzərə alınmaqla sahəsi 119,4 m2, o cümlədən yaşayış sahəsi 69,7 m2, yardımçı şahəsi 49,7 m2 təşkil etdiyi müəyyən olunur. Eyni zamanda İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil, 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 8 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə olan ümumi sahəsi 133,0 kv.metr, faktiki ümumi sahəsi 128,0 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsi ilə bağlanmış müqavilələrdə qeyd edilən ümumi sahəsinin arasında fərq 5 kv.mr, (133-128kv.metr) təşkil edir. Tədqiq olunan yaşayış binasının mənzillərinə dair Cavabdeh MMC tərəfindən verilmiş layihə cizgi təqdim olunmadığı üçün, həmin mənzillərin faktiki sahəsinin layihə cizgidə qeyd edilən mənzilin ümumi sahəsi arasında fərq olub-olmamasını və layihəyə əsasən mənzilin ümumi sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. qərardadın ikinci sualı üzrə: İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzilin, İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzilin və İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzilin hər birinin ayrı-ayrılıqda hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 194144,4 manat (119,4 kv.m. x 1626,0 manat) məbləğində müəyyən edilir. Lakin 2017-ci il tarixə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, həmin mənzillərin 2017-ci ilin orta bazar qiymətlərinə uyğun dəyərini müəyyən etmək mümkün olmamışdır; Xidmət haqqı 100 manat təşkil edir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün 251.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun 5-ci bəndinə əsasən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılarla Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh MMC ünvan 1 ünvanda inşa etdiyi 16 mərtəbəli yaşayış binasının “B” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 163 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M10,m2) inşa edərək (təmirsiz halda) 150000 (yüz əlli min) manata İddiaçı1, həmin ünvanda 16 mərtəbəli yaşayış binasının “A” girişinin 13-cü mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 79 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M13, m2) inşa edərək (təmirsiz halda) 130000 (bir yüz otuz min) manata İddiaçı2 və həmin ünvanda 16 mərtəbəli yaşayış binasının “A” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 58 nömrəli mənzili (yeni qaydada: ünvan 2) inşa edərək (təmirsiz halda) 125000 (bir yüz iyirmi beş min) manata İddiaçı3 satmışdır. İddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş çıxarışları əldə edərkən mənzillərin ümumi sahəsinin müqavilədə şərtləndiyi kimi 133.0 kv.m. deyil, daha az sahədə olduğunu (119.4 kv.m) müəyyən etmişdir. Hazırda da, üç mənzilin hərəsinə ayrı-ayrılıqda hər kv.m. sahəyə görə müqavilələrə müvafiq olaraq 939.84 manat, 977.44 manat və 1127 manat ödəmək şərti ilə ümumilikdə 133.0 kv.m. sahənin dəyərini ödədiyini, mənzilin həqiqətdə bu sahədən az olduğunu, nəticədə onun tərəfindən ödənilməli olan məbləğin məhz 119.4 kv.m sahəyə uyğun hesablandığını, bununla da ondan artıq məbləğdə pul alınaraq zərər vurulduğunu, zərər məbləğinin hər birinə ayrı-ayrılıqda 17 680 (on yeddi min altı yüz səksən) məbləğində dəymiş maddi ziyan, ümumilikdə 53 680 (qırx bir min üç yüz səksən dörd) manat təşkil etdiyini iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmətexniki tikinti üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəylərinə əsasən mübahisəli mənzillərin müvafiq olaraq sahələri 128.0 kv.metr olduğu müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, təşkilati hüquqi formasının səhmdar cəmiyyəti olmasından, habelə müqaviləni və ya müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Həmin müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı1 təhvil verməyi, sifarişçi İddiaçı1 isə mənzilin ümumi dəyərini təşkil edən 150.000 manat, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı3 təvhil verməyi, sifarişçi İddiaçı3 mənzilin ümumi dəyərini təşkil edən 125.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı2 təhvil verməyi, o isə mənzilin ümumi dəyərini təşkil edən 130.000 manat məbləğində pulu Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşlər. Məhkəmə, məhkəmə araşdırmasının nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1239 №-li, 28 iyul 2022-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, bağlanmış müqavilələrdə qeyd edilən mənzillərin ümumi sahəsinin arasında fərq 5 kv.mr, (133-128kv.metr) təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Çünki, müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə, Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə əsaslanaraq ilk növbədə qeyd edir ki, müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin və müqavilənin bütün şərtlərinin düzgün anlaşmasının böyük əhəmiyyəti var. Müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalı, eyni zamanda müqaviləyə qədərki danışıqlar və yazışmalar nəzər alınmalıdır. Bununla əlaqədar, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar mübahisəli mənzillərin hər birinin 119.4 kv.m olduğunu göstərsə də, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, müəyyən edir ki, iddiaçılarla cavabdeh arasında bağlanmış müqavilələrdə qeyd edilən mənzillərin ümumi sahəsinin arasında fərq 5 kv.mr, (133-128kv.metr) təşkil edir. Bu baxımdan Cavabdeh MMC-hüquqi əsas olmadan sifarişçilərin hesabına əmlak (pul) əldə edir və bununla da hər hansı qanuni əsas və ya müqavilə əsası olmadan əsassız varlanır. Başqa sözlə sifarişçiyə müqavilə üzrə müəyyən edilmiş sahədə deyil, daha artıq məbləğə daha az sahədə mənzil verir. Bununla da, hüquqi nəticə etibarı ilə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmir və sifarişçiyə müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə uyğun gələn mənzil təhvil vermir. Məhkəmə onu da qeyd edir ki, yüksəkmərtəbəli binaların tikintisi sahəsində ixtisaslaşan və belə binaların (mənzillərin) tikintisindən gəlir əldə edən və hər bir kv.m. sahənin dəyərini müəyyən edən cavabdeh isə mənzilin ümumi sahəsini, habelə yuxarıda müəyyən edildiyi kimi ümumi divarın sahəsini eyni zamanda bir neçə sifarişçiyə satılmasından məlumatlı olmağa borcludur. Bu da cavabdehin (podratçının) bu qüsuru bilərəkdən gizlətməsi gənaətinə gəlməyə əsas verir və Mülki Məcəllənin 775-ci maddəsinin tələbləri baxımından cavabdehə (podratçıya) iddiaçı (sifarişçi) ilə aralarında bağlanmış müqavilənin 1.2-ci maddəsi üzrə əldə edilmiş razılaşmaya istinad etməsini hüquqi baxımdan istisna edir. Digər tərəfdən cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qanuni qüvvəyə mindiyini və məhz bu məcəlləyə əsasən (59-cu maddə) mənzilin ümumi sahəsinin bayır divarlarının və arakəsmələrinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablandığını və iddiaçı ilə aralarında 2011-ci il tarixdə müqavilə bağlanan zaman bu Məcəllənin hələ qəbul edilmədiyini bildirir. Lakin hansı normativ-hüquqi sənədə əsasən müqavilənin 1.2-ci maddəsinə divarların və arakəsmələrin mənzilin ümumi hissəsinə daxil olması barədə müddəanın daxil edilməsi məsələsinə aydınlıq gətirə bilmir və nəticə etibarı ilə iddiaçı ilə aralarında olan razılaşmaya, yəni iddiaçının müqavilənin bu şərtini qəbul etməsinə istinad edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyəminməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun 5-ci bəndinə əsasən isə şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Bu da artıq belə nəticəyə gəlməyə imkan verir ki, müqavilənin 1.2-ci bəndi həmin dövrdə qüvvədə olan hər hansı normativ-hüquqi sənədə əsaslanaraq tərtib edilmişdirsə, artıq həmin normativ-hüquqi sənəd bu hissədə öz qüvvəsini itirmişdir. Belə normativ-hüquqi sənəd olmadığı təqdirdə də müqavilənin 1.2-ci bəndi iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırda iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır və iddiaçı bu hüququnu reallaşdırdıqda (həmin mənzilin qanuni sahibi və istifadəçisi olaraq mülkiyyət hüququnun tanınmasına hüquqi gözləntisi mövcudur) onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınarkən mənzilin sahəsinin dəqiq göstərilməsi zərurəti yaranacaqdır (çıxarışda və digər aidiyyəti sənədlərdə mənzilin sahəsi göstəriləlidir). Bu halda buna səlahiyyətli olan dövlət orqanı hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin müdəalarını əsas götürmək məcburiyyətində qalacaqdır ki, bu da öz növbəsində tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci maddəsində göstərilən sahənin deyil, Məcəllənin 59-cu maddəsinin tələblərinə uyğun olaraq hesablanmış sahənin əsas götürülməsini şərtləndirəcəkdir. Bununla belə, məhkəmə tərəfindən aparılmış araşdırma hüquqi nəticə etibarı ilə iddia tələbinin qismən əsaslı olmasına dəlalət edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mənzillərin dəyəri onun ümumi sahəsinin 133 kv.m. deyil, 128.0 kv.m. olduğundan 5 kv.m üçün ödənilmiş pul iddiaçılara qaytarılmalıdır, yəni hər kv.m üçün 939.84 manat ödənilmiş müqavilə üzrə İddiaçı3 4699, 2 manat, hər kv.m üçün 977.44 manat ödənilmiş müqavilə üzrə İddiaçı2 4887, 2 manat, hər kv.m üçün 1127 manat ödənilmiş müqavilə üzrə İddiaçı1 5635 manat pul Cavabdeh MMC-dən alınaraq iddiaçılara verilməlidir. Məhkəmə iddiaçıları mənzilin hər kv.m üçün hazırkı bazar dəyərinin tutulmasına münasibətdə qeyd edir ki, bu hissədə tələb əsassızdır, belə ki, tərəflər arasında müqavələ münasibətlər mövcuddur, həmin müqavilə ilə tərəflər mənzilin dəyərinin müəyyən etmişlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddənin məzmunundan da göründüyü kimi, müqavilədə göstərildiyindən az miqdarda (ölçüdə) sahə əldə edən iddiaçılar öz seçim hüququna əsaslanaraq ya ona çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər, ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, ya da əşyanın ödənilmiş olduğu halda ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Hazırkı işdə iddiaçılar qanunla ona verilmiş bu seçim hüququndan istifadə edərək artıq ödədiyi pul məbləğini cavabdehdən tələb tələb etmişlər. Hazırkı işdə iddiaçılar müqavilə üzrə gözlədiyindən 5 kv.m az ölçüyə malik mənzillər təhvil verilmişdir ki, bu da məhkəmə qənaətinə görə müqavilə şərtlərinin pozulmasıdır. İddiaçılar cavabdehdən özlərinin xeyrinə mənzilinhər kv.m üçün hazırkı bazar qiymətini (hər 1 kv.m üçün 1300 manat olmaqla) təşkil edən pulun tutulmasını ələb etməkdə haqlı deyillər. Məhkəmənni qənaətinə görə həmin məbləğ müqavilədə nəzərdə tutulmuş pul ekvivalenti ilə tutulmalıdır. İddiaçılar dövlət rüsumunun və əmtəəşünaslıq ekspertizasının dəyərini ödədiyindən həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226cımaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə 5635 (beş min alı yüz otuz beş) manat, İddiaçı2 xeyrinə 4887,2 (dörd min səkkiz yüz səksən yeddi manat, iyirmi qəpik) manat, İddiaçı3 xeyrinə 4699, 2 (dörd min altı yüz doxsan doqquz manat iyirmi qəpik) manat pul tutulsun. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən iddiaçılar tərəfindən ödənilmiş 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti, ödənilmiş 252 (iki yüz əlli iki) manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçılara ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar