Məhkəmə qərarları › İş №2(005)-5093/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5093/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5093/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin servisinə rəsmi qəbzlə təqdim edilmiş və bu günə kimi də həmin şirkətə məxsus servisində saxlanılan 2 ədəd Nokia 2720 markalı telefonların həmin cavabdehdən alınaraq məhkəmə tərəfindən məhkəmə qaydasında qiymətləndirilməsi, qiymətləndirmə nəticəsində müəyyən olunmuş məbləğin və həmin telefonlara görə tərəfimdən ödənilmiş ilkin ödəniş məbləğinin ona hesablanmış borc məbləğindən çıxılması, cavabdehdən əldə edilmiş apple usb lighting markalı kabelin müqavilənin bağlandığı dövrə məhkəmə qaydasında qiymətləndirərək, həmin məbləğin ona əsassız və qanunsuz hesablanmış 200 manat məbləğində puldan çıxılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman iddia ərizəsindən məlum olmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən L-Fin MMC-nin xeyrinə İddiaçı qarşı aralarında bağlanmış 2 ədəd Nokia 2770 mobil telefona görə 651 manat və HP Noutbook markalı kompüter və apple usb lighting kabeli üzrə kredit müqaviləsinə əsasən ümumilikdə 230 manat tələbi təmin edilmişdir. Göründüyü kimi iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara Naxçıvan Şəhər Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək məhkəmə qətnaməsi qəbul edilmiş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Beləliklə, hesab edirəm ki, hazırki dəlilləri iddiaçı apellyasiya şikayətində qeyd etməklə, müvafiq qətnamədən şikayət verməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar