Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-512/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-yə və birləşdirilmiş iş üzrə “xxxx” MMCnə qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 (yeni qaydalarla Nərimanov rayonu, Sahib Zeynalov küçəsi, 72D) ünvanında yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, dağıntılar altında qalıb məhv olmuş avadanlıqların və əmlakların dəyəri olaraq 5000 (beş min) manat məbləğində dəymiş maddi zərərin, həmçinin eyri-yaşayış sahəsindən əldə ediləcək gəlirlərin (sökünütü nəticəsində əldən çıxmış faydanın) aylıq 1500 (bir min beş yüz) manat olmaqla və xx xxxxxxx 2020-ci il tarixindən hesablanmaqla məhkəmə qətnaməsi icra olunan tarixədək cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 (yeni qaydalarla Nərimanov rayonu, Sahib Zeynalov küçəsi, 72D) ünvanında yerləşən, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi içərisində olan bütün əmlakları ilə birlikdə iddiaçıya heç bir xəbərdarlıq edilmədən və məhkəmə qərarı olmadan “Cavabdeh" MMC və “xxxx” MMC tikinti şirkətinin nümayəndələri tərəfindən qanunsuz olaraq ekskavatorla qeyri-yaşayış sahəsinin dam örtüyü və yan divarı dağıdılmışdır, həmçinin iddiaçıya böyük məbləğdə maddi və mənəvi zərər dəymişdir. Belə ki, sözügedən qeyri-yaşayış sahəsində iddiaçıya məxsus avadanlıqlar və əşyalar məhv edilmiş, həmçinin həmin qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə edərək əldə etdiyi gəlirlərdən məhrum olmuşlar. Yuxarıda qeyd olunan hadisə baş verən zaman (iddiaçı həmçinin qeyd etmək istəyir ki, eyni ünvanda yerləşən digər sakinlərin mənzilləri də qanunsuz olaraq, zor tətbiq etməklə sökülmüşdür) orada olan sakinlər tərəfindən şirkətin nümayəndələrinin qanunsuz hərəkətlərinə qarşı etirazlar edilmiş, lakin onlar heç bir məhəl qoymamışlar, hətta sakinlər üzərində zor tətbiq etməkdən belə çəkinməmişlər. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri. Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 4 (yeni qaydalarla Nərimanov rayonu, Sahib Zeynalov küçəsi, 72D) ünvanında yerləşən, AR ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, dağıntılar altında qalıb məhv olmuş avadanlıqların və əmlakların dəyəri olaraq 5000 (beş min) manat məbləğində dəymiş maddi zərərin, həmçinin qeyri-yaşayış sahəsindən əldə ediləcək gəlirlərin (söküntü nəticəsində əldən çıxmış faydanın) aylıq 1500 (bir min beş yüz) manat olmaqla və xx xxxxxxx 2020-ci il tarixindən hesablanmaqla məhkəmə qətnaməsi icra olunan tarixədək cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini, o cümlədən cavabdeh barəsində qanunsuz hərəkətlərin törədilməsinə görə müvafiq qaydada xüsusi qərardad çıxarılması barədə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi vermək zərurəti yaranmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-512/21 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi cavabdeh “xxxx” MMC-yə qarşı hissədə baxılmamış saxlanılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə notariat qaydasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin imzalanması səbəbindən mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iş üzrə icraata xitam verilmənin hüquqi nəticələri ona aydındır. Məhkəmə İddiaçı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə təqdim etdikləri barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hazırda tərəflər mübahisəni məhkəmədən kənar öz aralarında həll edərək məhkəmə araşdırmalarını aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi ilə tamamlamaq qərarına gəlmişlər.
1. Tərəflər yəni barışıq razılaşması haqqında sazişə imza edən şəxslər (mülki iş üzrə tərəflər): İddiaçı və cavabdeh “xxxx” MMC-i bu maddələr ilə tanış olmuş və tərtib edilən barışıq sazişini aşağıda göstərilən şərtlərlə imza edirlər;
2. Cavabdeh “xxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu, S.Zeynalov küçəsi, 72D ünvanında yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən tikilialtı sahə 40.7 kv.m (DƏDRX-nin çıxarışına əsasən 29,8 kv.m) olan qeyri-yaşayış sahəsinin əvəzinə, həmin qeyri-yaşayış sahəsi yerləşən yerdə inşa ediləcək 2-ci giriş, 1-ci mərtəbənin (0 səviyyəsinin üstü), təmrisiz, daxili sahəsi 35 kv.m olan (Sahib Zeynalov küçəsinə baxan) qeyri-yaşayış sahəsini və 1-ci giriş, 3-cü mərtəbə, 113 nömrəli, 72,2 kv.m. olan 2 otaqlı təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi, xx.xx.2020-ci il tarixdən etibarən və qeyri yaşayış sahəsi təhvil verilənə qədər (hazır olana qədər) iddiaçıya aylıq olaraq 1000 (bir min) manat kirayə haqqı ödəməyi öhdəsinə götürür.
3. xx.xx.2020-ci il tarixində obyektin söküntüsü zamanı sökülmüş obyektdə mülkiyyətçiyə mənsub avadanlıq və əşyaların zərərçəkməsi müqabilində xx xxx 2021-ci il tarixində 2000 (iki min) manat məbləğində mülkiyyətçiyə zərər kompensassiyası ödənilir.
4. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı bütün iddia tələblərindən imitna edir, dövlət və qeyri-dövlət orqanlarına verdiyi bütün ərizə və şikayətlərini geri götürür və tərəflər arasında bağlanmış müqavilə şərtləri daxilində gəlcəkdə cavabdeh “xxxx” MMC-yə qarşı heç bir iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “xxxx” MMC-nə qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər yəni barışıq razılaşması haqqında sazişə imza edən şəxslər (mülki iş üzrə tərəflər): İddiaçı və cavabdeh “xxxx” MMC-i bu maddələr ilə tanış olmuş və tərtib edilən barışıq sazişini aşağıda göstərilən şərtlərlə imza edirlər;
2. Cavabdeh “xxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu, S.Zeynalov küçəsi, 72D ünvanında yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən tikilialtı sahə 40.7 kv.m (DƏDRX-nin çıxarışına əsasən 29,8 kv.m) olan qeyri-yaşayış sahəsinin əvəzinə, həmin qeyri-yaşayış sahəsi yerləşən yerdə inşa ediləcək 2-ci giriş, 1-ci mərtəbənin (0 səviyyəsinin üstü), təmrisiz, daxili sahəsi 35 kv.m olan (Sahib Zeynalov küçəsinə baxan) qeyri-yaşayış sahəsini və 1-ci giriş, 3-cü mərtəbə, 113 nömrəli, 72,2 kv.m. olan 2 otaqlı təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi, xx.xx.2020-ci il tarixdən etibarən və qeyri yaşayış sahəsi təhvil verilənə qədər (hazır olana qədər) iddiaçıya aylıq olaraq 1000 (bir min) manat kirayə haqqı ödəməyi öhdəsinə götürür.
3. xx.xx.2020-ci il tarixində obyektin söküntüsü zamanı sökülmüş obyektdə mülkiyyətçiyə mənsub avadanlıq və əşyaların zərərçəkməsi müqabilində xx xxx 2021-ci il tarixində 2000 (iki min) manat məbləğində mülkiyyətçiyə zərər kompensassiyası ödənilir.
4. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı bütün iddia tələblərindən imitna edir, dövlət və qeyri-dövlət orqanlarına verdiyi bütün ərizə və şikayətlərini geri götürür və tərəflər arasında bağlanmış müqavilə şərtləri daxilində gəlcəkdə cavabdeh “xxxx” MMC-yə qarşı heç bir iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür.
İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” tələbinə dair 2(005)- 512/2021 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vüqar Quliyev