Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-513/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı “Set Home" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “Set Home" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 520 manat məbləğində pulun “Set Home" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Kreditor öz ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor "xxxx" MMC ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış 20 mart 2020-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan 1 ədəd dəyəri 500 manat olan HOB Silverline AS5325X01 qaz sobası əldə edib. Borclu göstərilən məbləği hər ay 50 manat olmaqla 10 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, borcludan 20 mart 2020-ci il tarixli müqavilə üzrə 500 (beş yüz) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq kreditor "xxxx" MMC-nə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3899/2020 saylı 2710.2020-ci il tarixli məhkəmə əmrinə əsasən 01.08..1984-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh İddiaçı MMC-nin xeyrinə 500 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 520 manat məbləğində pul vəsaiti tutulması qərara alınmışdır. Borclu Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3899/2020 saylı 2710.2020-ci il tarixli məhkəmə əmrinə etirazını təqdim edərək əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək mənimlə bağlanmışnisyə alqı-satqı müqaviləsi üzrə 500 (beş yüz) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-3 899/2020 saylı 27.10.2020-ci il tarixli məhkəmə əmri ilə 500 (beş yüz) manat pul məndən yəni, Cavabdeh tuturaq İddiaçı MMC-nə ödənilməsini qərara almışdır. Hesab edir ki, əmr ləğv edilməli və işə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, onun İddiaçı MMC-nə heç bir borcu yoxdur. O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3899/2020 saylı, 27.10.2020-ci il tarixli Əmrini 03.11.2020-cı il tarixdə poçt vasitəsilə almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3899/2020 saylı 27.10.2020-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və 2(005)-3899/2020 saylı mülki iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 mart 2020-ci il tarixli “Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi”ndən görünür ki, Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Alıcı Cavabdeh 1 ədəd dəyəri 500 manat olan HOB Silverline AS5325X01 markalı qaz sobası verməyi, alıcı isə əmlakın dəyəri olan 500 manat pulu hər ay 50 manat olmaqla 10 ay müddətinə hər ayın 20-də satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 oktyabr 2020-ci il tarixli 709/20 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini 5 gün müddətində yerinə yetirmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14 oktyabr 2020-ci il tarixli, 251/20 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 20 mart 2020-ci il tarixli müqavilə üzrə “Set Home" Məhdud Məsuliyyətli Cəmiyyət-nə 500 manat borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəlləsinin 445.1, 445.2, 445.2.1-ci maddələrinin tələblərinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, alqı-satqı müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Set Home" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 20 mart 2020-ci il tarixli “Malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi”nə əsasən 500 manat məbləğində əsas borc “Set Home" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı “Set Home" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində əsas borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı “Set Home" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-513/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-513/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver