Məhkəmə qərarları › İş №2(005)-513/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-513/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-513/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 819556,2 manat pulun tutularaq “Para" BOKT ASC-yə ödənilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 711053.6 ABŞ dolları pulun və tərəflərindən ödənilmiş 1109.60 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ParaBank ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 22 faiz, olmaqla 50 000 manat, 14.08.2015-ci il tarixli, 0141/15/PB-1 saylı müqavilə üzrə illik 17 faizlə, 24 ay müddətinə 100 000 ABŞ dolları, 29.10.2015-ci il tarixli, 0328/15/PB-l saylı müqavilə üzrə illik 22 faizlə, 24 ay müddətinə 1 061 500 ABŞ dolları, 30.10.2015-ci il tarixli, 0328/15/PB-2 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 29 000 ABŞ dolları, 16.11.2015-ci il tarixli, 0328/15/PB-3 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 50 250 ABŞ dolları və 25.12.2015-ci il tarixli, 0328/15/PB-4 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 10 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görc Cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu həm də kredit görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Kredit müqaviləsinə əsasən Borclu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə borcun və ona hesablanmış faizlərin tam şəkildə tələb edilməsi hüququ yaranır. Bununla əlaqədar olaraqq tərəflərindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və Nəsimi rayon məhkəməsinin 27.10.2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə borclu ilə bağlanmış kredit müqavilələri ləğv edilməklə ondan ümumilikdə 18.05.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49 992.50 manat əsas, 29814.04 manat faiz borcu olmaqla cəmi 79806.54 manat, 14.08.2015-ci il tarixli, 0141/15/PB-l saylı müqavilə üzrə 85 041.04 ABŞ dolları əsas, 38 390.93 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 128 431.97 ABŞ dollar, 29.10.2015-ci il tarixli, 0328/15/PB-l saylı müqavilə üzrə 1 004 772.32 ABŞ dolları əsas, 487 624.91 ABŞ dolları faiz, 10 000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 1 502 397.23 ABŞ dolları, 30.10.2015-ci il tarixli, 0328/15/PB-2 saylı müqavilə üzrə 24 920.37 ABŞ dolları əsas, 11 250.31 ABŞ dolları faiz, 500 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 36 670.68 ABŞ dolları, 16.11.2015-ci il tarixli, 0328/15/PB-3 saylı müqavilə üzrə 45 143.72 ABŞ dollarıəsas, 20 379.98 BŞ dolları faiz, 1000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 66 523.7 ABŞ dolları və 25.12.2015-ci il tarixli, 0328/15/PB-4 saylı müqavilə üzrə 9 363.09 ABŞ dolları əsas, 4227.04 ABŞ dolları faiz, 500 ABŞ dolları dəbbə pulu omaqla cəmi 14 090. 13 ABŞ dolları pulu borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən verilən Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin 06.03.2018-ci il tarixli, 2(103)-1821/2018-ci il tarixli Qətnaməsi və Ali Məhkəmənin 18.07.2018-ci il tarixli, 2(102)-4841/18 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. (Məhkəmə qərarları əlavə edilir). Göründüyü kimi Nəsimi rayon məhkəməsi İddiaçı BOKT ASC-nin ilkin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu təmin etsədə borclu tərəfindən hazırkı günə kimi məhkəmə qətnaməsi tam olaraq icra edilməmişdir. Cavabdehin Qətnamə üzrə BOKT-a cəmi 1 285 973 ABŞ dolları borcu mövcuddur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə 2017-ci ilin 22 dekabrından başlamaqla borclunun BOKT-a olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2017-ci il tarixindən cavabdehin özündə saxladığı vəsatilər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövrüyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləridə hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərindən məhrum olmuşdur. Hazırda cavabdehin əsassız iddiaları əsasında məhkəmələrdə gedən proseslərə görə tələb ipoteka predmetlərinə yönləndirilə bilir. İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh eyni zamanda iddia ərizəsinə yazılı etiraz təqdim etdi. Yazılı etirazı onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC tərəfindən onaqarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 819.556 manat pulun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, hazırkı iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsini əsaslandıran dəlilləri yarımçıq və təhrif edilmiş şəkildə qeyd edilib. İddiaçı - iddia tələbini onunla əsaslandırmışdır ki, güya cavabdeh olaraq onun təqsirindən Nəsimi Rayon Məhkəməsinin 27.10.2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi icra edilmir və bunun nəticəsində guya İddiaçı BOKT ASC-yə ziyan dəymiş və həmin ziyanın məbləğini isə 819.556 manat olduğunu bildirir. İşin əsl halı ondan ibarətdir ki, bağlanmış kredit müqavilələri üzrə maddi və mənəvi zərər çəkən tərəfi odur. Belə ki, mülki işə əlavə edilmiş Nəsimi rayon Məhkəməsinin 27.10.2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsini təhlil edən zaman görünür ki, 6 kredit müqaviləsi bağlanmışdır və həmin kredit müqavilələri üzrə İddiaçı BOKT ASC tərəfindən 49992,50 manat və ümumilikdə - 1.169240,54 ABŞ dollarına 50 faizə yaxın yəni, manatla olan kredit müqaviləsi üzrə 29.814,04 manat və ABŞ dolları ilə olan kredit müqavilələri üzrə - 561.873,17 ABŞ dolları faiz borcu, 17.000 ABŞ dolları dəbbə pulu borcu hesablanıb. Halbuki, onunla "xxxx" ASC arasında kredit müqavilələri bağlanan zaman dolların məzənnəsi 1,05 manat idi, kredit müqavilələri bağlanandan sonra dolların məzənnəsi 1,05-də 1,90-a daha sonra isə 1,70 manat olmuşdur. Yəni, Para Bank ASC tərəfindən həm əsas borca 50 % əlavə faiz borcu hesablanmış, həm də 70%dək ABŞ dollarının məzənnəsi artmışdır. Ümumilikdə aldığı kreditdən 120 % artıq pul ödəmək məcburiyyətində qalmış və maddi çətinliklə olsada ödəməkdə davam edir. Onun bu vicdanlı davranışıma baxmayaraq əksinə, İddiaçı BOKT ASC tərəfindən Mülki Məcəllənin 425-ci maddəsinin tələbi pozulmaqda davam edir. Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qətnamədən açıq aydın görünür. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin 27.10.2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə ümumilikdə 79.806,54 manat (49992,50 manat əsas, 29814,04 faiz) və 17481 13,71 ABŞ dolları (561.873,17 ABŞ dolları faiz borcu, 17.000 ABŞ dolları dəbbə pulu borcu) tutulmasına və qanuni əsaslarla qətnamənin icraya yönəldilməməsinə baxmayaraq hər ay mütəmadi olaraq qətnamə üzrə borc hissə-hissə tərəfindən ödənilməyə davam etdirilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, onların izahatını iş materialları ilə yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.07.2018-ci il tarixli 2(102)-4841/18 saylı qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "Para’' BOKT ASC ilə X5 arasında bağlanmış 18.05.2016-ci il tarixli 0189/16/PB saylı, 14.08.2015-ci il tarixli 0141/15/PB-l saylı, 29.10.2015- ci il tarixli 0320/15/PB-l saylı, 30.10.2015-ci il tarixli 0328/15/PB 2 saylı, 16.11.2015-ci il tarixli 0328/15/PB-3 saylı, 25.12.2015-ci il tarixli 0328/15/PB-4 saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh iddiaçı “Para" BOKT ASC-nin xeyrinə 18.05.2016-cı il tarixli 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49992,50 manat əsas borc, 29814,04 manat faiz borcu, cəmi 79806.54 manat; 14.08.2015-ci il tarixli 0141/15/PB-l saylı kredit müqaviəsi üzrə 85041,04 ABŞ dolları əsas borc, 38390,93 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, cəmi 128431,97 ABŞ dolları; 29.10.2015- ci il tarixli 0328/15/PB-l saylı kredit müqaviləsi üzrə 1004772,32 ABŞ dolları əsas borc, 487624,91 ABŞ dolları faiz borcu, 10000 ABŞ dolları cərimə borcu, cəmi 1502397,23 ABŞ dolları; 30.10.2015-ci il tarixli 0328/15/PB-2 saylı kredit müqaviləsi üzrə 24920,27 ABŞ dolları əsas borc, 11250,31 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 36670,68 ABŞ dolları; 16.11.2015-ci il tarixli 0328/15/PB-3 saylı kredit müqaviləsi üzrə 45143,72 ABŞ dolları əsas borc, 20379.98 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, cəmi 66523,7 ABŞ dolları; 25.12.2015-ci il tarixli 0328/15/PB-4 saylı kredit müqaviləsi üzrə 9363,09 ABŞ dolları əsas borc. 4227,04 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 14090,13 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, cəmi bütün kredit müqavilələri üzrə 79806,54 manat və 178113,71 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu. Kazım Kazımzadə küçəsində. 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106.9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu. Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124.7 kv.m ümumi. 65,4 kv.m əsas. 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha tcrpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2-mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinə, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 No-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetləri - Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 No-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin ilkin satış qiymətinin 170000 manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65.4 kv.m əsas. 59.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 650000 manat. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi. 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinin, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 296000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 No-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməklə, ümumi olaraq ilkin satış qiymətlərinin ******* manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmaları, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh və X4 qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehler Cavabdeh, X12, X6 və X2 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 mart 2018-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə deyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəəsinin MK-nın 06.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 18.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.11.2017-ci il tarixə ümumlikdə 819556.2 manat ümumi borcu vardır. İş materiallarında olan 20.09.2018-ci il tarixli Para BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış borcun tələbi haqqında bildirişə əsasən, ondan 7 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müvafiq iddia tələbi ilə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki Para Bank ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 22 faiz, olmaqla 50 000 manat, 14.08.2015-ci il tarixli, 0141/15/PB-1 saylı müqavilə üzrə illik 17 faizlə, 24 ay müddətinə 100 000 ABŞ dolları, 29.10.2015-ci il tarixli, 0328/15/PB-l saylı müqavilə üzrə illik 22 faizlə, 24 ay müddətinə 1 061 500 ABŞ dolları, 30.10.2015-ci il tarixli, 0328/15/PB-2 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 29 000 ABŞ dolları, 16.11.2015-ci il tarixli, 0328/15/PB-3 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 50 250 ABŞ dolları və 25.12.2015-ci il tarixli, 0328/15/PB-4 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 10 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "Para’' BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2016-ci il tarixli 0189/16/PB saylı, 14.08.2015-ci il tarixli 0141/15/PB-l saylı, 29.10.2015- ci il tarixli 0320/15/PB-l saylı, 30.10.2015-ci il tarixli 0328/15/PB 2 saylı, 16.11.2015-ci il tarixli 0328/15/PB-3 saylı, 25.12.2015-ci il tarixli 0328/15/PB-4 saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh iddiaçı “Para" BOKT ASC-nin xeyrinə 18.05.2016-cı il tarixli 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49992,50 manat əsas borc, 29814,04 manat faiz borcu, cəmi 79806.54 manat; 14.08.2015-ci il tarixli 0141/15/PB-l saylı kredit müqaviləsi üzrə 85041,04 ABŞ dolları əsas borc, 38390,93 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, cəmi 128431,97 ABŞ dolları; 29.10.2015- ci il tarixli 0328/15/PB-l saylı kredit müqaviləsi üzrə 1004772,32 ABŞ dolları əsas borc, 487624,91 ABŞ dolları faiz borcu, 10000 ABŞ dolları cərimə borcu, cəmi 1502397,23 ABŞ dolları; 30.10.2015-ci il tarixli 0328/15/PB-2 saylı kredit müqaviləsi üzrə 24920,27 ABŞ dolları əsas borc, 11250,31 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 36670,68 ABŞ dolları; 16.11.2015-ci il tarixli 0328/15/PB-3 saylı kredit müqaviləsi üzrə 45143,72 ABŞ dolları əsas borc, 20379.98 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, cəmi 66523,7 ABŞ dolları; 25.12.2015-ci il tarixli 0328/15/PB-4 saylı kredit müqaviləsi üzrə 9363,09 ABŞ dolları əsas borc, 4227,04 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 14090,13 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, cəmi bütün kredit müqavilələri üzrə 79806,54 manat və 178113,71 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106.9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124.7 kv.m ümumi. 65,4 kv.m əsas. 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha tcrpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2-mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinə, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 No-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetləri - Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 No-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin ilkin satış qiymətinin 170000 manat, Bakı şəhəri, Səbail rayonu. Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65.4 kv.m əsas. 59.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 650000 manat. Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinin, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 296000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 No-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməklə, ümumi olaraq ilkin satış qiymətlərinin ******* manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmaları, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh və X4 qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehler Cavabdeh, X12, X6 və X2 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hal-hazırda iddiaçı iddia edir ki, cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, iddiaçı Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 711053.6 ABŞ dolları pulun tutularaq “Para" BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir, cavabdeh isə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386-cı maddələri). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 425 və 442-ci maddələri). Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir (Mülki Məcəllənin 432.3-cü maddəsi). Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir (Mülki Məcəllənin 440.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilmiş müqavilələr üzrə borcun ödənilməsi öhdəliyinin icra edilməməsi müəyyən edilmir. Hal-hazırda iddiaçının iddia tələbi heç bir əsasa söykənmir. Bundan başqa məhkəmə iddiaçı “Para" BOKT ASC-nin iddia dəlili kimi istinad etdiyi cavabdehin təqsirli və qərəzli hərəkətləri nəticəsində məhkəmə qətnaməsinin icra edilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh X10 qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Para BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinədair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar