Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-518/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" MTK-dan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 18C, giriş 1, 26 saylı mənzilə görə ödənilmiş 31,465 (otuz bir min altmış beş) manat pulun, illik 5 % olmaqla 4719 (dörd min yeddi yüz on doqquz) manat faiz borcun, və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 03 aprel 2017-cü il tarixində onunla cavabdeh "xxxx” MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y,V,Çəməzəminli küçəsi ev 18C, giriş 1, 26 saylı mənzil “xxxx” MTK tərəfndən tikilmiş və həmin mənzil onun tərəfindən alınmış və 02 otaqdan, ümumi sahəsi 107,6 kv.m-dən ibarət həmin mənzil, 156.020 (yüz əlli altı min 20 ) manata ona satılmışdır. Mənzilin hər kv.m-nin qiyməti razılaşmaya əsasən 1450 manat təşkil edir.Həmin mənzilə görə o müqavilədə nəzərdə tutulmuş qaydada ilkin ödənişi yəni 32.04 % və ya 50000 manat etmişdir. Yerdə qalan 67.96% və ya 106000 manat pula dair isə “xxxx” ASC-dən kredit şəklində götürərək üçün yəni mənim, “xxxx" MTK və ‘xxxx” ASC arasında 03 aprel 2017-ci il tarixli, 103/F-17-01 saylı Öhdəliyə dair müqavilə bağlanmışdır. Nəticədə ‘xxxx"ASC ona 106000 manat pulu vermişdir. O, həmin pulla mənzilin dəyərini tam şəkildə ödədikdən sonra mənzili əldə etmişdir. Bundan sonra 04.03.2019-cu il tarixində həmin mənzilə dair ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilin texniki pasportunu verilmiş və 05.03.2019-ci il tarixdə həmin mənzilə dair çıxarış verilmişdir.Həm texniki pasport, həm də çıxarış verilən zaman onun mənzili səlahiyyətli orqanın nümayəndələri tərəfindən ölçülmüş və əslində onun xxxx”MTK-dan müqavilə əsasında aldığı mənzilin sahəsi 85.9 kv.m müəyyən edilmişdir.S onradan bu ziddiyyətin aradan qalxması üçün o “xxxx” MTK-nın sədrinə müracət etsə də onun tərəfinəln göndərilən işçilərhəmin mənzilin müqavilədə nəzərədə tutulduğu kimi 107.6 kv.m-dən ibarət olduğunu bildirmişlər. Daha sonra o şəxsi təşəbbüs göstərərək müstəqil qurumlara müraciət etmiş və ölçülərin 107.6 kv.m-dən ibarət olmadığı, əslində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətli nümayəndələri tərəfindən ölçülmüş 85.9 kv.m olduğunun şahidi olmuşdur.Dəfələrlə bununla bağlı MTK-ya müraciət etsə də bu ziddiyyəti aradan qaldıra bilməyərək məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X4 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edillməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" MTK-a məlumat verilmiş, lakin onlar üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlar: 03 aprel 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, bir tərəfdən İddiaçı sifarişçi, digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Turac-AF» firmasının direktoru X6 şəxsində-icraçı bu müqaviləni aşağıdakı şərtlər daxilində bağladılar: icraçı Bakı şəhəri, Y.V.Çəmənzəminli 18, küçəsində 16 mərtəbəli, 2 bloklu binanın 1 -ci blokunda, 8 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.6 kv.m. olan 26 saylı 2 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Göstərilən 2 otaqlı, ümumi sahəsi 107,6 kv.metr olan mənzilin hər kv.metrinin qiyməti tərəflərin razılaşması ilə 14550 (bir min dörd yüz əlli) manat, mənzilin ümumi qiyməti 156020 (bir yüz əlli altı min iyirmi) manat məbləğində müəyyən edilir. Sifarişçi mənzilin dəyərinin 50 000 (əlli min) manatını (32.04 %) müqavilə bağlandığı gün, qalan 106 020 (Bir yüz altı min iyirmi) manatını (67.96%) isə isə Turan Bank ASC-dəıı (bundan sonra «Bank» adlandırılacaq) aldığı sredit vəsaiti hesabına 15 (on beş) gündən gec olmayaraq ödəyir və ya «Bank» tərəfindən «İcraçı»nın bank hesabına köçürülür. İş materiallarında olan 03 aprel 2017-ci il tarixli 103/F-17-1 saylı öhdəliyə dair müqavilədən görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti, Müştəri xidmətləri strukturunun direktoru X5 şəxsində bir tərəfdən, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən, bundan sonra «Tikinti şirkəti» adlanacaq «TURAC-AF» firması, direktoru Qurbanov Yaşa: Qara oğlunun şəxsində digər tərəfdən müqavilə bağlayaraq, razılığa gəlirlər ki, «Tikinti şirkəti» bu müqavilənin 03 aprel 2017-ci il tarixli, 73 saylı müqaviləyə əsasən aldığı tikilən ünvan 1 ünvanında inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binanın, 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.6 kv.m. olan 26 saylı, 2 otaqlı mənzilini 156 020 (bir yüz əlli altı min iyirmi) manata; «Borcalan»a satır. «Bank» mənzilin dəyərinin 67.96% faizinin ödənilməsi üçün «Borcalan»a 106 020 (bir yüz altı min iyirmi) manat məbləğində kredit verir, «Tikinti şirkəti» və «Borcalan» isə həmin kredit məbləğinin, eləcədə faiz və cərimələrin «Bank»a ödənilməsini təmin edir. Mənzilin dəyərinin qalan 32.04 %-i və ya 50 000 (əlli min) manatı «Borcalan»ın öz vəsaiti hesabına «Tikinti şirkəti»nə ödənilir. «Tikinti şirkəti» öz öhdəsinə götürür ki, «Borcalan» «Bank»a olan kredit borcunu tam şəkildə ödədikdən və bu barədə «Bank»ın müraciət məktubunu (borcun olmamasına dair arayış) aldıqdan sonra Mənzili onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləri «Borcalan»a verəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı №1487086 saylı çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 18C, giriş 1, 26 saylı 85.9 kvm-li mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan **********30-05301-093087 reyestr nömrəli texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 85,9 kv.m, ya.ayış sahəsi 44.7 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 18C giriş 1, 26 saylı mənzilin, yaşayış və qeyri yaşayış (yardımçı) sahələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və baxış keçirilən zamanı müəyyən edilmiş faktiki vəziyyəti üzrə mənzilin tikililərinin ayrı-ayrılıqda sahələri, yaşayış otağının sahəsi 26,2 m2 (6,03x4,35m); yaşayış otağının sahəsi 18,5 m2 (5,70x3,25m); dəhlizin (girişin) sahəsi 12,3m2(1,95x3,95+3,40x1,33m);mətbəxin sahəsi 17,0m2 (5,60x2,90 +1,45x0,50m); hamamayaqyolunun sahəsi 7,5 m2 (4,15x1,80m); anbar tikilisinin sahəsi 2,9 m2 (1,80x1.60m); açıq eyvanın sahəsi 1,5 m2 (3,25x1,50)x 0,3) təşkil edilir. Bakı şəhəri, Nərimanov rayonu, Y V.Çəmənzəminli kyçəsi ev 18C giriş 1,26 saylı mənzilin ümumi sahəsinin 85,9 m2, o cümlədən yaşayış sahəsinin 44,7m2, yardımçı (köməkçi) sahəsinin 41,2 m2 olduğu müəyyən edimişdir. Müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli kyçəsi ev 18C giriş 1,26 saylı mənzilin 107,6kv.m təşkil edir. Mülki işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, 03 aprel 2017-cü il tarixində onunla cavabdeh "xxxx” MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Y,V,Çəməzəminli küçəsi ev 18C, giriş 1, 26 saylı mənzil “xxxx” MTK tərəfindən tikilmiş və həmin mənzil onun tərəfindən alınmış və 02 otaqdan, ümumi sahəsi 107,6 kv.m-dən ibarət həmin mənzil, 156.020 (yüz əlli altı min 20 ) manata ona satılmışdır. Müqavilədə göstərildiyi kimi, həmin məzilin ümumi sahəsi 107.6 kv.metr, hər kv.metr üçün ödəniləcək məbləğ 1450 manat, ümumi ödəniləcək məbləğ 156020 manat təşkil edir. Müqavilə bağlandığı gün onun tərəfindən 50000 manat ilkin ödəniş olaraq "Turac-AF” firmasının xəzinəsinə ödəmişdir. Bundan sonra 04.03.2019-cu il tarixində həmin mənzilə dair ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilin texniki pasportunu verilmiş və 05.03.2019-ci il tarixdə həmin mənzilə dair çıxarış verilmişdir. İddiaçı həm texniki pasport, həm də çıxarış verilən zaman onun mənzili səlahiyyətli orqanın nümayəndələri tərəfindən ölçülmüş və əslində onun xxxx”MTK-dan müqavilə əsasında aldığı mənzilin sahəsi 85.9 kv.m olduğunu bilmişdir. Mənzilin sahəsinin müqavilədə göstərildiyindən az olduğunu bildirərək, aldığı mənzilin sahəsindəki fərqə görə artıq ödədiyi 31,465 (otuz bir min altmış beş) manat pulun, illik 5 % olmaqla 4719 (dörd min yeddi yüz on doqquz) manat faiz borcun, ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən: tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhcərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2010-ci il tarixli 695 nömrəli Fərmanına əsasən 59.1-ci maddə göstərilmiş müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci bəndinə əsasən “Lociya”- xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahə; “Eyvan”-binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş keçid yerləşgə; “Balkon” – fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança hesab olunur. Həmin qərarın 3.2-ci bəndinə əsasən- yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 3.3.-cü bəndinə əsasən açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir). Həmin qərarın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq mənzilin faktiki sahəsinin müqavilə ilə qeyd edilmiş sahəyə uyğun gəldiyindən iddiaçı şəxsin pul tələbi ilə bağlı iddia tələbi tam əsassızdır, qeyd edilən faktın əksinə olmasını sübut və ya təsdiq edən hər hansı hallar müəyyən olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ondan alınan artıq 31,465 (otuz bir min altmış beş) manat pulun, illik 5 % olmaqla 4719 (dörd min yeddi yüz on doqquz) manat faiz borcun, məbləğin alınıb ona qaytarılması tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, ididaçı mənzilin faktiki sahəsinin 107.6 kv.m-dən ibarət olmadığını qeyd etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-518/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-518/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver