Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-528/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı X6, Cavabdeh ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X6 Cavabdeh ASC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Problemli kreditlərin restrukturizasiyasına dair Prezidentin fərmanına və MBNP-nın xx xxxx 2019-cu il təsdiq olunmuş qaydalarına əsasən onun kredit borc məbləğinin düzgün müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014 - cü il tarixdə "Cavabdeh" ASC - dən 2549 manat, xx xxxxxxxx 2013-cü ildə 1000 manat, xx xxxxxx 2013 -cü ildə 1000 manat, xx xxxx 2014 -cü ildə 200 manat və cəmi cəmi 4749,00 manat kredit götürmüşdür. Müəyyən iqtisadi çətinliklər səbəbindən kredit ödənişində problemlər yaranmışdır. xx xxxxxx 2017-ci il tarixli Məhkəmə əmrinə əsasən 2401.08 manat əsas, 1385.31 manat faiz, cəmi 3786.39 manat bankın və 20 manat dövlət rüsumu, xx xxxxxx 2016 - cı il Məhkəmə əmrinə əsasən 995.26 manat əsas, 296.28 faiz, cəmi 1291.54 bankın vo 20 manat dövlət rüsumu, xx xxxx 2017 - ci il Məhkəmə əmrinə əsasən 982.45 rranat əsas, 739.19 manat faiz, cəmi 1721.64 manat bankın və 20 manat dövlət rüsumu, xx xxxxxx 2016 - cı il Məhkəmə əmrinə əsasən 195 manat əsas, komission haqqı, 30.00 manat cərimə borcu, cəmi 337.00 manat bankın və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə cəmi 7216.57 mənat borc ondan tutulmalı idi. Prezidentin fərmanı və Maliyyə X3 Qaydasına əsasən hesablama zamanı ona hesablanmış kredit borcunun düzgün hesablanmadığı məlum olur. MBNP -nın xx xxxx 2019 - cu ildə təsdiq edilmiş qaydalarının 5.2.1 maddəsində qeyd edilir ki, "Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir". Lakin Bank tərəfindən fərmana əsasən qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, hesablanmış faiz və dəbbə pulları tam silinməmişdir. 1176.37 manat borcun qalmalı olduğu halda ona 2164.65 manat borc qaldığı göstərilirmişdir. Məhkəmə əmrlərinə əsasən əsas borc qalığı, Məhkəmə əmrlərindən sonra ödənilmiş məbləğ, restrukturizasiya qərarından sonra hesablanmış kompensasiya və ödənilməli qalan borc qalığı haqqında hesablamanı nəzərə çatdırır. Məhkəmə əmrlərindən sonrakı dövr ərzində 2178.54 manat ödəniş etmişdir. QALİQ BORC: 4573.79 - 2178.54 - 1218.88 =1176.37 manat. Bununla əlaqədar MBNP-na və "Cavabdeh" ASC-nə rəsmi müraciət etməyinə baxmayaraq heç bir dəqiqləşmə aparılmamış və kredit borcunun dəqiq nə qədər qalması barədə düzgün cavab verilməmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin giriş hissəsində məhkəmə qərarlarının tarixi və nömrələri xx xxxxxx 2017-ci il 2(005) -156/2017 saylı əmrinə, xx xxxxxx 2016-cı il 2(007)- 5567/2016 saylı əmrinə, xx xxxx 2017-ci il 2(007)-1609/2017 saylı əmri, xx xxxxxx 2016-cı il 2(007)-8470/2016 saylı əmri kimi oxunmasını bildirərək, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edib "Cavabdeh" ASC-yə olan kredit borcunun MBNP-nin xx xxxx 2019-cu il qaydalarına əsasən düzgün müəyyən edilməklə 1176, 37 (bir min yüz yetmiş altı manat 37 qəpik) AZN məbləğində borcunun olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizə ilə eyni məzmunlu izahat verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli əmrindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli Baş sazişə əsasən borcluya xx.xx.2014-cü il tarixli, illik 28% olmaqla 36 ay müddətinə 2549 manat kredit verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli əmrindən görünür ki, kreditor ilə Borclu İddiaçı arasında xx.xx.2014-cü il tarixdə tərəflər arasında kağız daşıyıcıda və ya bankın sayıt vasitəsi ilə, həmçinin digər vasitələrlə təklif edəcəyi (oferta) əqdlərin müştəri tərəfindən imzalanma və ya təsdiq edilmə yolu ilə (aksept) bağlanmasının ümumi şərtlərini müəyyən edən əqdlərin bağlanma şərtlərinə dair Baş saziş imzalanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli əmrindən görünür ki, İddiaçı müraciəti əsasında sonuncu ilə Cavabdeh X14 arasında xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank borcluya 1000 manat məbləğində kredit vermişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli əmrindən görünür ki, İddiaçı müraciəti əsasında sonuncu ilə «Bank ofBaku» X14 arasında xx.xx.2013- cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank borcluya 1000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixli müraciətinizə cavab olaraqbildirilir ki, müraciətiniz əsasında Sizinlə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, PCO11221/13 saylı müqaviləyə əsasən 1000 AZN məbləğində kart kredit və xx.xx.2014cü il tarixli, R-BS-DK086231/14 saylı razılaşmaya əsasən xx.xx.2014-cü il tarixində 2549 AZN məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. Siz Cavabdeh ASC qarşısında üzərinizə götürdüyünüz öhdəlikləri vaxtında və lazımınca icra etmədiyiniz üçün Bank tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2017-ci il tarixli 2(007)-4609/2017 saylı və xx.xx.2016-cı il tarixli 2(007)-5567/2016 saylı məhkəmə əmrləri ilə təmin edilmişdir. Qeyd etmək istərdik ki, Sizin kredit xərcləri üzrə hesablamalar müvafiq müqavilələrin şərtlərinə əsaslanaraq bankdaxili qaydalara uyğun olaraq düzgün aparılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının icrası ilə bağlı xx xxxxx 2019-cu il tarixində Sizin kreditləriniz hesabına kredit kartı üzrə 353,92 AZN və nağd pul krediti üzrə 864,96 AZN olmaqla ümumi 1218,88 AZN kompensasiya məbləği köçürülmüşdür. Əlavə olaraq qeyd edirik ki, Sizin cari tarixə Bank qarşısında kredit kartı üzrə 787,96 AZN və nağd pul krediti üzrə 2442,44 AZN borc öhdəliyiniz mövcuddur. Sonda müvafiq fərmanın icrasına uyğun olaraq Sizə cari əsas borc öhdəliklərinizin restrukturizasiya edilməsi təklif olunur. İş materiallarında olan 8425 saylı qərardan görünür ki, İddiaçı müraciətinə X12 X1 baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X8 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Barənizdə aparılmış hesablama zamanı hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, kredit məbləğinin qalıqları ilə bağlı müvafiq kredit təşkilatına və ya Azərbaycan Kredit Bürosuna müraciət edə bilərsiniz. İş materiallarında olan Cavabdeh ASC-nin məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixdə 1536,12 manat əsas, 886,32 manat faiz borcu və 20 manat məhkəmə xərci üzrə borcu vardır. İş materiallarında olan Cavabdeh ASC-nin məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixdə 628,53 manat əsas, 159,43 manat faiz borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 1472 saylı rəyinə əsasən, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli məhkəmə əmrlərində göstərilən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə cavabdehin banka olan borcunu müəyyən etmək mümkün olmadı. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, PCO11221/13 saylı müqaviləyə əsasən 1000 AZN məbləğində kart kredit və xx.xx.2014-cü il tarixli, R- BS-DK086231/14 saylı razılaşmaya əsasən xx.xx.2014-cü il tarixində 2549 AZN məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün Bank tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2017-ci il tarixli 2(007)-4609/2017 saylı və xx.xx.2016-cı il tarixli 2(007)-5567/2016 saylı məhkəmə əmrləri ilə təmin edilmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixdə 1536,12 manat əsas, 886,32 manat faiz borcu və 20 manat məhkəmə xərci, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixdə 628,53 manat əsas, 159,43 manat faiz borcu qalmışdır. X12 X2 8425 saylı qərarına əsasən, iddiaçının müraciətinə baxılarkən kredit borcları üzrə aparılmış hesablama zamanı hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Əlavə olaraq kredit məbləğinin qalıqları ilə bağlı müvafiq kredit təşkilatına və ya Azərbaycan Kredit Bürosuna müraciət etməsi izah olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 1472 saylı rəyinə əsasən, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli məhkəmə əmrlərində göstərilən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə cavabdehin banka olan borcunu müəyyən etmək mümkün olmadı. İddiaçı bankın iddiaçı ilə bağladığı müqavilələrin şərtlərinə əməl etdiyini, bu səbəbdən onun hüquqlarının pozulması və manatın devolvasiyasını əsas gətirmiş və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına icra edilməyən iki məhkəmə əmri üzrə borcundakı faiz və cərimə borclarının silinərək, qalıq borcunun 1176,37 manat olması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Göründüyü kimi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-1563/2017 saylı, xx.xx.2017-ci il tarixli 2(007)-4609/2017 saylı, xx.xx.2016-cı il tarixli 2(007)-8470/2016 saylı və xx.xx.2016-cı il tarixli 2(007)-5567/2016 saylı məhkəmə əmrləri ilə Cavabdeh ASC-nin tələbləri təmin edilmişdir. Həmin məhkəmə əmrlərindən sonra müvafiq olaraq iddiaçıya kompensasiya hesablanmış və iddiaçının sözügedən məhkəmə əmrləri üzrə qalıq borc məbləğinin ödənilməsinə yönəldilmişdir. Məhkəmə iclasında cavabdeh bank tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli “X9”nin layihəsindən görünür ki, “Bank” “Kredit alan”a restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 2164,65 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Lakin həmin müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Habelə, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarından və ərizələrindən müəyyən olunur ki, onun hazırda tələbi məhkəmə əmrləri çıxarıldıqdan sonra cavabdeh bankın onun tərəfindən həyata keçirilmiş ödənişlərin hara yönəldildiyini bilmir, lakin elə iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi DSMF-nun Bakı şəhəri Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, müvafiq ödənişlər sonuncunun vasitəsilə cavabdeh bankın hesabına köçürülüb. Hazırda iddiaçı həmin əmrlər üzrə ödəmələrinin kredit borcuna düzgün olaraq yönəldilmədiyini qeyd etsə də, öz iddia tələblərini əsaslandırdığı hallarla bağlı məhkəmə qeyd edir ki, iddiaçı qalıq borcunun 1176,37 manat olması, cərimə və faizlərin silinməsi ilə bağlı tələbləri irəli sürməkdə haqlı olmamışdır. Belə ki, Problemli Kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, iddiaçıya müvafiq kompensasiya hesablanaraq kredit borclarının silinməsinə yönəldilmiş, qalıq borcun isə restrukturizasiya olunması barədə yeni müqavilə bağlanması təklif edilmiş, iddiaçı həmin müqaviləni bağlamaqdan imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı digər hallarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni X9 bağlanmasını təklif etsinlər. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X3 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən, 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən, Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir: 5.2.1-ci bəndinə əsasən, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; 5.2.2-ci bəndinə əsasən, əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; 5.2.3-ci bəndinə əsasən, əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: 1. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; 2. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. 6.1-ci bəndinə əsasən, Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1.həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. 6.2-ci bəndinə əsasən, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Hazırkı mülki iş üzrə kredit müqavilələri həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə münasibətdə Fərmanın təsiri altına düşsə də, hazırki iddia tələbi Fərmanın 8.6-cı bəndinin tələblərinə uyğun deyil. Bu baxımdan hazırki iddia ərizəsindən göründüyü kimi kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar siyahısına daxil deyildir.Belə ki, xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi və xx.xx.2014-cü il tarixdə bağlanmış Baş saziş üzrə borc İddiaçı tərəfindən tam ödənilmişdir. Borc məbləği ödənilməyən digər iki müqavilə üzrə isə bank faiz və cərimə borclarını silməklə iddiaçıya yeni güzəştli şərtlərlə müqavilə bağlamağı təklif etsə də, o, bundan imtina edir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisələndirilən məhkəmə əmrləri üzrə xitam verilmiş borc məbləğlərinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunması üçün əsaslar mövcud deyil.( Kredit təşkilatları tərəfindən fiziki şəxslərin əsas kredit borcları Fərmana əsasən restrukturizasiya olunması üçün yuxarıda qeyd edilən Qaydanın 6.1.3-cü bəndinin tələbinə əsasən, fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır.) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəhs edilən Qaydanın 5.2-ci bəndinə əsasən, Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə faiz və dəbbə pulunun silinməsini nəzərdə tutur. İddiaçının hazırda mübahisələndirdiyi borc məbləğlərinin isə xarici valyutada olması müəyyən edilməməklə, 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilməsi halı mövcud deyildir.( borc tələbi təmin edilməyən xx.xx.2014-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə borc məbləği istisna olmaqla) Beləliklə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi”nə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 20 manat ekspertiza xərci X4 tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 Cavabdeh ASC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 20 manat X4 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-528/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-528/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver