Məhkəmə qərarları › İş №2(005)-528/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-528/2022

06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-528/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “MERCEDZ BENZ E” markalı, buraxılış ili 2017-cü olan minik avtomobilinə vurduğu maddi ziyana görə 10.893,7 manatın, avtomobilimə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 200 manatın, hüquqi yardıma görə vəkilin ödənilmiş 100 (yüz) manatın və dövlət rüsumuna görə ödənilmiş 125 manatın cəmi, 11.317.7 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 99XZ666 qeydiyyat nişanlı, “MERCEDZ BENZ E” markalı, buraxılış ili 2017-cü olan minik avtomobil ilə 10.08.2021-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə (Heydər Əliyev adına Mərkəzin arxa hissəsində) 5 saylı xəstəxana istiqamətində hərəkətdə olarkən, arxadan gələn 99PB905 qeydiyyat nişanlı, “HYUNDAİ SONATA" markalı minik avtomobilini etibarnamə əsasında idarə edən Cavabdeh ona məxsus avtomobilin arxa tərəfinə (və yolun kənarında dayanmış digər avtomobilin arxa tərəfinə) zərbə ilə çırpılmış və nəticədə onun avtomobilinə küllü miqdarda zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən bir müddət sonra DYP əməkdaşları hadisə yerinə gəlmiş və bəlli olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdeh təqsirlidir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı cavabdehin barəsində Bakı şəhəri DYPİ YNH inspektoru polis baş leytenantı X2 tərəfindən İXP ******* saylı, 10.08.2021-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən, yol nəqliyyat hadisəsinə görə 99PB 905 qeydiyyat nişanlı, “HYUNDAİ SONATA" markalı minik avtomobilini etibarnamə əsasında idarə edən Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün inzibati qaydada cərimə olunmuşdur. Hadisədən dərhal sonra, cavabdeh ona vurduğu ziyanı ödəməyə söz vermiş, onunla aralarında ona məxsus avtomobilə vurulmuş zərərin ödənilməsi ilə bağlı dəfələrlə danışıqlar aparılmış və sonradan cavabdeh telefon zənglərinə belə cavab verməmişdir, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilən İnzibati xəta haqqında protokola əsasən baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdehin təqsiri sübut olunmuşdur. Onun təqsirli hərəkəti nəticəsində ona məxsus avtomobilə dəymiş zərəri müəyyən elmək üçün müstəqil ekspert kimi fəaliyyət göstərən X1 (VÖEN: **********) müraciət etmiş, ekspert tərəfindən avtomobilə baxış keçirildikdən sonra müəyyən olmuşdur ki, cavabdehin təqsirli hərəkəti nəticəsində mülkiyyətində olan 99XZ666 qeydiyyat nişanlı. “MERCEDZ BENZ E” markalı, buraxılış ili 2017-cü olan minik avtomobilimin bərpasına cəmi, 14930 (on dörd min doqquz yüz otuz) manat vəsait lazımdır. Cavabdehə məxsus avtomaşın “Azərsığorta" DSKŞ-də icbari sığorta olduğundan, baş vermiş hadisəyə görə, ona sığortaçı tərəfindən 4036.30 (dörd min doqquz yüz otuz altı manat, 30 qəpik) manat sığorta haqqı ödənilmişdir. Yəni, mülkiyyətində olan avtomobilə dəymiş 14930 manat zərərdən, 4036,30 manat sığorta haqqı ödənilmiş (14930-4036.30= 10.893.7), hesab edirəm ki, yerdə qalan 10.893,7 manat zərəri cavabdeh ona tam ödəməlidir. İşə baxan məhkəmə qətnamə çıxararkən cavabdeh tərəfindən mülkiyyətimdə olan avtomaşına vurulmuş (aldığı sığorta haqqı çıxıldıqdan sonra) 10.893.7 manat maddi ziyanın ödənilməsi ilə yanaşı, Azərbaycan Respublikası MPM-nin 107, 115 və 119-cu maddələrinin tələblərinə əsasən, ona məxsus avtomobilə dəymiş zərərin məbləğinin qiymətləndirilməsi ilə bağlı müstəqil ekspert kimi fəaliyyət göstərən X1 (VÖEN: **********) ödədiyi 200 (iki yüz) manatın, bu işin məhkəməyə hazırlanması və baxılması ilə əlaqədar (19.11.2021-ci il tarixdə Vəkil (VÖEN: **********) ilə “Hüquqi yardım göstərilməsi haqqında" 60/21 nömrəli müqaviləyə əsasən vəkilin bank hesabına (********************) eMaııat ödəniş sistemi vasitəsi ilə ödənilmiş (24.11.2021-ci il tarixli, əməliyyat nömrəsi ********** olan)) 100 manatın və dövlət rüsumuna görə ödədiyi 125 manatın da cavabdeh tərəfindən ona qaytarılmasını nəzərə almalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil 29.03.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək ona məxsus “MERCEDZ BENZ E” markalı, buraxılış ili 2017-ci il olan ** XZ *** qeydiyyat nişanlı minik avtomobilinə vurduğu maddi ziyana görə 8775,7 manatın, avtomobilimə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 200 manatın, hüquqi yardıma görə vəkilin ödənilmiş 100 (yüz) manatın və dövlət rüsumuna görə ödənilmiş 125 manatın cəmi, 9200,7 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və bildirdi ki, hadisə onun tərəfindən törədilib və inzibati qaydada cərimələnib. Avtomobilə dəyən zərər olduqca artıq yazılıb. O işləmir və o qədər məbləgi ödəmək iqtidarında deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhər DYPİ-nin İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Cavabdeh AR İXMnin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhər DYPİ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E200” minik markalı ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına 02.11.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9485 saylı, 21.02.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Müstəqil ekspert X3 tərəfindən tərtib edilmiş 25.10.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Mercedes Benz E" markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12812,0 manat müəyyən edilir. Nəqliyyat vasitəsinin zədələnməsi barədə 045877№-li arayışdan görünür ki, Cavabdeh tərəfindən 10.08.2021-ci il tarixdə, saat 18:40 radələrində Nərimanov rayonu, Həsənoğlu küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 99 XZ 66 dövlət qeydiyyat nişanlı avtomoblin ön hissəsinə zərər vurulmuşdur. İşdə olan 25.10.2021-ci il tarixli qəbzdən görünür ki, avtomobil qəzasının qiymətləndirilməsi üçün İddiaçı tərəfindən Müstəqil ekspert X1 200 manat ödənişedilmişdir. İşdə olan 10.09.2021-ci il tarixli qəbzdən görünür ki, 4036,30 manat sığorta ödənişi İddiaçı ödənlmişdir. İş materiallarında olan 30.11.2021-ci il tarixli dövlət rüsumundan görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 125 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsinə dair müqavilədən görünür ki, 100 manat məbləğində vəkil xərci ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırda iş üzrə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8775,7 manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, 99XZ666 qeydiyyat nişanlı, “MERCEDZ BENZ E” markalı, buraxılış ili 2017-cü olan minik avtomobil ilə 10.08.2021-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə (Heydər Əliyev adına Mərkəzin arxa hissəsində) 5 saylı xəstəxana istiqamətində hərəkətdə olarkən, arxadan gələn 99PB905 qeydiyyat nişanlı, “HYUNDAİ SONATA" markalı minik avtomobilini etibarnamə əsasında idarə edən Cavabdeh ona məxsus avtomobilin arxa tərəfinə (və yolun kənarında dayanmış digər avtomobilin arxa tərəfinə) zərbə ilə çırpılmış və nəticədə iddiaçının avtomobilinə küllü miqdarda zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi barədə Bakı şəhər DYPİ tərəfindən İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9485 saylı, 21.02.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Müstəqil ekspert X3 tərəfindən tərtib edilmiş 25.10.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Mercedes Benz E" markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12812,0 manat müəyyən edilir. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dəymiş zərər 12812,0 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 4036,30 manat məbləğində hissəsi sığorta ödənişi kimi iddiaçıya ödənildiyindən geri qalan 8775,7 manat məbləğ cavabdehdən tutulmalıdır. Eyni zamanda işə əlavə edimiş sənədlərlə sübut olundugundan müstəqil ekspertə ödənilmiş 200 manat, hüquqi yardıma görə vəkilin ödənilmiş 100 (yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 125 manat cəmi, 9200,7 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh maddi zərərin əvəzi kimi 8775,7 manat, avtomobilə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 200 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (yüz) manatın və dövlət rüsumuna görə ödənilmiş 125 manat cəmi, 9200,7 (doqquz min iki yüz manat, yetmiş qəpik) manat İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 8775,7 manat, avtomobilə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 200 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (yüz) manatın və dövlət rüsumuna görə ödənilmiş 125 manat cəmi, 9200,7 (doqquz min iki yüz manat, yetmiş qəpik) manat tutulub İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar